Hakikat Books
English

Chapter 23 / 73

Dəstəmazı pozan şeylər

DƏSTƏMAZI POZAN ŞEYLƏR:

Bu barədə iyirmi dördə qədər şey bildirilir:

1. Arxadan çıxanlar.

2. Öndən çıxanlar.

3. Qurd və kiçik daş kimilər öndən və arxadan çıxarsa.

4. İmalə etdirmək.

5. Qadınlar doğum yerinə dərman axıtdıqda, dərman geri gələrsə.

6. Qulağa tökülən dərman ağızdan çıxarsa dəstəmaz pozulur. [Qulaqdan və ya burundan çıxsa, pozulmur. “Hindiyyə”.]

7. Sidik yoluna pambıq qoyulduqda, islanıb düşmüş olsa. [Pambığın bir hissəsi çöldə qalıb, bayır tərəfi quru olsa, düşmədikcə pozulmaz.]

8. Pambıq düşsə və bayırda qalan hissəsi islanmış olsa.

9. Ağız dolusu qusmaq. Bəlğəm qusmaq, çox olsa da pozmaz. Yatan insanın ağzından gələn su, sarı da olsa, təmizdir.

10. Xəstəlik səbəbi ilə gözdən yaş axması pozur. Ağlamaqla, soğan kimi şeylərin təsiri ilə gözdən yaş axdıqda pozulmur.

11. Burundan gələn qan, irin, sarı su burun dəliyindən xaricə çıxmasa da pozur. Burundan axan selik murdar deyildir, pozmur.

12. Tüpürdükdə, tüpürcəkdə görülən qan çox olarsa.

13. Bir şeyi dişlədikdə, dişlədiyi yerdə qan olarsa və ağıza, dişə qan bulaşarsa dəstəmaz pozulur. Bulaşmazsa pozulmur.

14. Bədənin bir yerindən qan çıxsa və az da olsa dağılsa, hənəfidə pozulur. Maliki və şafidə pozulmur.

15. Yəhərsiz heyvan üzərində dalğın yataraq enişlə aşağı endikdə.

16. Dəstəmaz alıb-almamaqda şübhə edilsə və daha çox alınmadığı zənn edilsə.

17. Kişilər xanımları ilə çılpaq olaraq qucaqlaşsa.

18. Dəstəmaz əzalarından birini yumaq unudulsa və hansı biri olduğu bilinməsə.

19. Bədənin bir yerində olan qabardan öz-özünə və ya sıxdıqda irin, qan və sarı su çıxsa.

20. Bədənin hər hansı bir yerində yara varsa, yaranın ortasına sarı su, qan, irin kimi nəcs maye yığılıb, bədənin sağlam yerinə və ya üstündəki pambığa, sarğıya bulaşıbsa, dəstəmaz pozulur. Yaradan, çibandan çıxan rəngsiz su dəstəmazı pozmur, deyildi. Qoturluq, çiçək [və ekzema] xəstəliyi olanların bu qavlə uyması caizdir.

21. Bir yerə söykənib yatdıqda, söykənilən şey götürüldüyü halda yıxılma ehtimalı olarsa.

22. Rüku və səcdəsi olan namazlarda özü və yanındakı eşidəcək dərəcədə gülmək. Əgər yalnız özü eşidəcək qədər gülərsə, yalnız namaz pozulur, dəstəmaz pozulmur.

23. Bir şəxsi sara (epilepsiya) tutsa, yaxud huşunu itirsə.

24. Qulaqdan irin, sarı su, qan gəlsə və qüsldə yuyulması lazım olan yerə qədər axsa.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail