Hakikat Books
English

Chapter 36 / 73

Camaat namazının fəziləti

Questions answered in this chapter (1)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Camaatla namazın fəziləti nədir? draft Report an error

Camaatla qılınan iki rükət namazın savabı, yalnız qılınan iyirmi yeddi rükət namazdan daha çoxdur.

Bir rəvayətə görə, camaat namazının savabı yalnız qılınan min rükət namazdan daha artıqdır. Camaat namazının savabı çoxdur. Bunlardan bir neçəsi bəyan edilmişdir:

1. Möminlər bir araya gəldikdə, bir-birlərinə məhəbbət əmələ gəlir.

2. Cahillər alimlərdən namazın məsələlərini öyrənirlər.

3. Bəzisinin namazı qəbul olur və bəzisinin namazı qəbul olmazsa, qəbul olanların hörmətinə qəbul olmayanların namazı da qəbul olur.

Hədisi-şərifdə: “Ey ümmətim və Əshabım! Sizin üçün iki yol qoydum: Biri Qurani əzimüşşan, digəri sünnətimdir. Bunlardan başqa yol tutan kimsə ümmətim deyildir!”, buyruldu. [Abdülqani Nablüsi (rahiməhullahu təala) “Hadika” kitabının 99-cu səhifəsində deyir ki: “Allahu təala, islamiyyətin bir qismini Qurani-kərim ilə bildirdiyi kimi, bir qismini də Peyğəmbərinin (sallallahu təala əleyhi və səlləm) sünnəti ilə bildirmişdir. Rəsulullahın sünnəti, Onun inandıqları, söylədikləri, etdikləri, əxlaqı və birinin sözü və ya işi qarşısında susması (beləcə, qəbul etdiyinin anlaşılması)dır”. Bu Hədisi-şərif, Ədilləi şəriyyədən (şəriət dəlilləri) ikincisini göstərməkdədir.]

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail