Hakikat Books
English

Chapter 38 / 73

Namazda tadili ərkan

Questions answered in this chapter (1)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Tədili-ərkan nədir və tərk edilərsə, namaz nə olar? draft Report an error

Namazın beş yerində tadili ərkanı unutmadığı halda bilərək tərk etmək, İmam Əbu Yusifə görə (rahiməhullahu təala) namazı pozur. İmam Azam və İmam Muhammədə görə pozmur. Lakin vacib qəsdən tərk edildiyinə görə, nöqsanın düzəldilməsi üçün namazı iadə etmək lazımdır. Unudaraq tərk edilsə, “Səcdəi-səhv” etmək lazımdır.

Tadili ərkanın tərk edilməsinin iyirmi altıya qədər zərəri var:

1. Kasıblığa səbəb olur.

2. Axirət alimləri o insana qəzəblənər.

3. Adilliyini itirər, şahidliyi qəbul olunmaz.

4. Namaz qıldığı məkan qiyamət günü əleyhinə şəhadət edər.

5. Bir şəxs tadili ərkansız namaz qılarkən, kimsə görüb söyləməsə günahkar olar.

6. O namazın təkrar qılınması vacib olar.

7. İnsanın imansız ölməsinə səbəb olar.

8. Namazın oğrusu olar.

9. Qıldığı namazı Hesab günü köhnə əski kimi üzünə çırpılar.

10. Allahu təalanın mərhəmətindən məhrum olar.

11. Allahu təalaya duada ədəbsizlik etmiş olar.

12. Namazın əlavə savabından məhrum olar.

13. Digər ibadətlərin savabının verilməməsinə səbəb olar.

14. Cəhənnəmə layiq olar.

15. Cahillərin onu görüb, tadili ərkanı tərk etmələrinə səbəb olar. Buna görə də, din adamının günah işləməsi daha çox əzab çəkməsinə səbəb olur.

16. İmamına müxalifət etmiş olar.

17. Namazdakı rüknlər arasındakı keçidlərdəki sünnətləri tərk etmiş olar.

18. Allahu əzimüşşanın qəzəbinə düçar olar.

19. Şeytanı sevindirmiş olar.

20. Cənnətdən uzaq olar.

21. Cəhənnəmə yaxın olar.

22. Öz nəfsinə zülm etmiş olar.

23. Nəfsini kirləndirmiş olar.

24. Sağında və solunda olan mələklərə əziyyət etmiş olar.

25. Rəsulullahı (sallallahu əleyhi və səlləm) kədərləndirmiş olar.

26. Bütün məxluqata zərəri toxunar. Belə ki, o şəxsin günahı ucbatından yağışlar yağmaz, yerdə əkinlər bitməz və vaxtsız yağış yağıb, fayda yerinə ziyan vermiş olar.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail