Hakikat Books
English

Chapter 47 / 73

Xəstəlikdə namaz

Questions answered in this chapter (6)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Ayaq üstə dura bilməyən xəstə namazını necə qılar? draft Report an error
  2. Səcdə edə bilməyən xəstə namazını necə qılar (ima)? draft Report an error
  3. Qibləyə dönə bilməyən və uzanan xəstə namazını necə qılar? draft Report an error
  4. İma ilə belə qılına bilməyən namazlar üçün nə edilir? draft Report an error
  5. İnsana yoxsulluq gətirən iyirmi dörd şey hansılardır? draft Report an error
  6. Yatarkən sübh namazına qalxmaq üçün nə oxunur və necə dua edilir? draft Report an error

“Neməti islam”da deyilir: ayaqüstə dura bilməyən və ya ayaqüstə durduqda xəstəliyinin müddətinin uzanacağını çox zənn edən xəstə namazını oturaraq qılıb, rüku üçün bədənini bir az əyər. Sonra dikəlib, yenidən yerə səcdə edər. Özünə rahat olan şəkildə oturar. Diz çökməsi, bardaş qurması, ihtiba etməsi, yəni oturağı üstə oturub qollarını dizlərinin ətrafında halqa etməsi caizdir. Baş, diş, göz ağrısı xəstəlik sayılır. Düşmənə görünmək qorxusu da üzrdür. Ayaqüstə olarkən dəstəmazı pozulan da oturaraq qılar. Bir şeyə söykənərək ayaqüstə dura bilən dayanaraq qılar. Ayaqüstə çox dura bilməyən iftitah təkbirini ayaqüstə deyib, ağrı baş qaldırdıqda oturaraq davam edər.

Yerə səcdə etməkdən aciz olan ayaqüstə qiraət edib, rüku və səcdə üçün oturaraq işarə edər. Rüku üçün bir az, səcdə üçün daha çox əyilər. Bədənini əyə bilməyən başını əyər. Bir şey üzərinə səcdə etmək lazım deyildir. Bir şey üzərinə səcdə edərsə, səcdə üçün rükudan çox əyilmişdirsə, namazı səhih olsa da məkruhdur. Söykənərək oturmaq mümkün ikən uzanaraq işarə ilə qılmaq caiz deyildir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir xəstənin qarşısına yastıq qoyub üzərinə səcdə etdiyini görərək yastığı götürmüşdür. Xəstə qarşısına taxta qoymuş, onu da götürmüşdür. “Bacarırsansa alnını torpağa qoyaraq qıl! Buna gücün çatmırsa, işarə ilə qıl və səcdə üçün rükudan daha çox əyil!” buyurmuşdur. “Bahr-ürraıq” da bildirildiyinə görə Ali İmran surəsinin 191-ci ayəti kəriməsi “Namazı gücü çatan ayaqüstə qılar. Aciz olan oturaraq qılar. Bundan da aciz olan uzanaraq qılar.” deməkdədir. İmran ibn Husayn xəstə olarkən Rəsulullah (sallallahu əleyhi və səlləm) ona “Ayaqüstə qıl! Gücün çatmazsa, oturaraq qıl! Buna da qüdrətin çatmazsa, yanıüstə və ya arxasıüstə uzanaraq qıl!” buyurdu. Göründüyü kimi ayaqüstə dura bilməyən xəstə oturaraq qılar. Otura bilməyən uzanaraq qılar. Hər hansı şəkildə otura bilməyən uzanaraq qılar. Yerdə otura bilən xəstənin və avtobusda, təyyarədə gedənin, kresloda, stulda ayaqları sallayaraq qılması caiz deyildir. Camaat namazına getdiyi halda ayaqüstə qıla bilməyən evində ayaqüstə qılar. İyirmi şeydən birinin olması camaat namazına getməməsi üçün üzrlü səbəbdir: yağış, şiddətli isti və soyuq, canına və ya malına qəsd edəcək düşmən qorxusu, dostları getdiyi halda yolda tək qalmaq qorxusu, havanın çox qaranlıq olması, kasıb borclunun tutulub həbs olunmaq qorxusu, kor olmaq, gəzə bilməyən iflic, bir ayağı kəsik olmaq, xəstə, iflic olmaq, palçıq, gəzə bilməmək, gəzə bilməyən ahıl, qoca, nadir tapılan fiqh dərsini qaçırmaq qorxusu, sevdiyi yeməyi qaçırmaq qorxusu, səfərə yola düşmək anında, onu əvəz edəcək birini tapa bilməyən xəstə baxıcısı, gecə şiddətli rüzgar, ayaqyoluna getmək ehtiyacı. Xəstəliyinin artmasından və ya uzanmasından qorxmaq, xəstənin baxımsız qalması, çox yaşlı olduğundan çətinliklə gəzmək Cümə namazına getməməsi üçün üzrlü sayılır. Camaat namazına piyada gedib gəlmək nəqliyyat vasitəsilə getməkdən daha yaxşıdır. Məsciddə stulda oturaraq işarə ilə qılmaq caiz deyildir. İslamın bildirmədiyi şəkildə ibadət etmək bidətdir. Bidət etməyin böyük günah olduğu fiqh kitablarında yazılmışdır.

Qiblə tərəfə dönə bilməyən xəstə özünə rahat olacaq tərəfə dönərək qılar. Arxasıüstə yatan başının altına bir şey qoyaraq üzü qibləyə qarşı uzanar. Dizlərini bükməsi yaxşı olar. Başı ilə işarə edə bilməyənin namazı qəzaya buraxması caizdir. Namaz arasında xəstə olan gücü çatdığı şəkildə davam edər. Yerdə oturaraq qılan xəstə namaz əsnasında yaxşı olarsa, ayaqüstə qılaraq davam edər. Ağlını, huşunu itirən namaz qılmaz. Beş vaxt keçmədən yaxşı olarsa, beş vaxtı qəza edər. Altı namaz keçərsə, heç birini qəza etməz.

İşarə ilə də olsa, qılınmayan namazı təcili qəza etmək fərzdir. Qəza etməyə vaxt tapmadan ölüm halına düşərsə, qılmadığı namazların ödənməsi üçün qoyduğu maldan fidyə verilməsini vəsiyyət etmək vacib olmaz. Qəza edəcək zaman səhhəti düzələrsə, vəsiyyət vacib olar. Vəsiyyət etməzsə, vəlisinin, hətta yad adamın öz malından isqat etməsinin caiz olduğu bildirilmişdir. Neməti-islam kitabından alınan yazı tamam oldu.

Hədisi-şərifdə buyrulmuşdur: “İnsana yoxsulluq iyirmi dörd şeydən gələr:

1-Zərurət olmadan ayaqüstə sidiyə getmək.

2-Cünub olaraq təam yemək.

3-Çörək qırıntısını dəyərsiz bilib taptamaq.

4-Soğan və sarımsaq qabıqlarını oda atmaq.

5-Böyüklərin önündə yerimək.

6-Atasını və anasını adı ilə çağırmaq.

7-Ağac və süpürgə çöpü ilə dişini qurdalamaq.

8-Əli palçıqla yumaq.

9-Kandarda oturmaq.

10-Sidiyə getdiyi yerdə dəstəmaz almaq.

11-Qabı yumadan yemək qoymaq.

12-Paltarını üstündə tikmək.

13-Ac ikən soğan yemək.

14-Üzünü ətəyi ilə silmək.

15-Evi hörümçəklərdən təmizləməmək

16-Sübh namazını qıldıqdan sonra məsciddən tez çıxmaq.

17-Bazara erkən gedib, gec qayıtmaq.

18-Kasıb birindən çörək satın almaq.

19-Ataya və anaya bəddua (qarğış) etmək.

20-Çılpaq yatmaq.

21-Qab-qacağı açıqda saxlamaq.

22-Çırağı, şamı üfürərək söndürmək.

23-Hər işi bismillah demədən etmək.

24-Şalvarını ayaqüstə geyinmək.”

Bir şəxs yatarkən Kəvsər surəsini oxuyarsa və sonra “Ya Rəbb! Məni sabah sübh namazına vaxtında oyat” deyərsə, Biiznilləhi təala o şəxs sübh namazına vaxtında oyanar.

“Şira-tül-islam”da deyilir ki, Hədisi-şərifdə “Dua etmək ibadətdir” buyruldu. Qəbul olmasa da, savab olar. Duanın qəbul olması üçün şərtlər vardır: halal yemək lazımdır. Haram tikə yeyənin duası qırx gün qəbul olmaz. Dua ehtiyacı təmin edən, səadətə qovuşduran qapının açarıdır. Bu açarın dişləri halal tikədir. Geyindiyi də halal olmalıdır. Qadağan edilməyən mala halal deyilir. Dua edərkən qəlb oyanıq olmalı, qəbul ediləcəyinə inanılmalıdır. Söylədiyindən xəbəri olmayan qafilin duası qəbul olmaz. Duadan əvvəl tövbə və istiğfar etmək lazımdır. Duanın qəbulu üçün tələsmək lazım deyil, duaya davam etmək lazımdır. Allahu əzimüşşan dua etməyi və dua edəni sevir. Qəbul etdiyi halda istənilən şeyi verməyi gecikdirərək, duanın və savabının çox olmasını istəyər. Duanı ən azı yeddi dəfə təkrar etmək lazımdır. Rahat və hüzurlu vaxtlarda çox dua edənin, dərd və bəla vaxtındakı duaları tez qəbul olur. Duadan əvvəl Allaha həmd və Rəsulullaha salat və salam söyləmək lazımdır. Rəsulullah (sallallahu əleyhi və səlləm) duaya başlarkən “Sübhanə Rabbiyəl aliyyil aləl-Vəhhab” deyərdi. Əvvəlcə günahlara tövbə etmək, sonra bütün möminlərin sağ və salamat olması üçün dua etmək, hər istədiyini söyləyib, verməsini can və qəlbdən istəmək lazımdır.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail