Hakikat Books
English

Chapter 49 / 73

Zəkat vermək

Questions answered in this chapter (25)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Zəkatın fərz olmasının dəlili nədir? draft Report an error
  2. Neçə şəxsə zəkat verilməsi caiz deyildir? draft Report an error
  3. Zəkat verilməsi caiz olmayan şəxslər kimlərdir? draft Report an error
  4. Yad sanılıb övlada, müsəlman sanılıb kafirə zəkat verilərsə, nə olar? draft Report an error
  5. Zəkatı hansı səkkiz sinif şəxsə vermək lazımdır? draft Report an error
  6. Fəqir kimə deyilir? draft Report an error
  7. Zəkatın fərz olmasının şərtləri hansılardır? draft Report an error
  8. Zəkatı fəqirə verməyib xeyriyyə işlərinə xərcləyən şəxsin halı necədir? draft Report an error
  9. Zəkat verəndə heç bir mənfəət qalmaması niyə lazımdır? draft Report an error
  10. Zəkat malı nə deməkdir və neçə növdür? draft Report an error
  11. Zəkat malının nisabı və üzərindən keçməli olan müddət nədir? draft Report an error
  12. Qızılın və gümüşün xalisliyi zəkata necə təsir edir? draft Report an error
  13. Yağış və ya çay suyu ilə suvarılan torpaq məhsulunun (üşr) hökmü nədir? draft Report an error
  14. Zimmiyə (qeyri-müsəlman vətəndaşa) zəkat, fitrə, kəffarə və sədəqə verilərmi? draft Report an error
  15. Kağız pul (fülus) ilə alış-veriş və zəkat necə olur? draft Report an error
  16. “Bədayius-sənayi”yə görə zəkat hansı maldan verilir? draft Report an error
  17. Qızıl və gümüşün “səmən” olması nə deməkdir? draft Report an error
  18. İnsanın istifadə etdiyi ehtiyac əşyası (həvaici-əsliyyə) zəkata tabedirmi? draft Report an error
  19. Bir illik ehtiyacı hazırlamaq uzun arzu (dünya hərisliyi) sayılırmı? draft Report an error
  20. Kağız pulun (fülus) hər zaman ticarət malı olması zəkata necə təsir edir? draft Report an error
  21. Qızıl niyə hər zaman və hər yerdə zəkat üçün yararlıdır? draft Report an error
  22. Camiul-Əzhər alimlərinin kağız pul və zəkat haqqındakı qərarı nədir? draft Report an error
  23. Borclunu ona zəkat verib sonra borcunu almaq yolu ilə borcdan qurtarmaq caizdirmi? draft Report an error
  24. Əbdülhəkim Arvasi kağız pul ilə zəkat vermək haqqında nə buyurmuşdur? draft Report an error
  25. Bağilərin (üsyançıların) və yol kəsənlərin topladığı zəkat və mal haqqında nə deyilir? draft Report an error

Bəqərə surəsinin 43-cü və 110-cu ayələri zəkatın fərz olduğuna sübutdur.

On iki şəxsə zəkat verilməsi caiz deyildir: məcnun olana, meyitin kəfəninə, kafirə, zənginlərə, ata-anasına, nənə-babasına, övladlarına və nəvələrinə, Zövcəsinə, Köləsinə, Mükatəbəsinə, yəni sahibinə müəyyən bir miqdar pul verməklə azad olacaq öz köləsinə, Müdəbbərəsinə, yəni sahibinin ölümündən sonra azad olacaq köləyə. Qadının ərinə zəkat verməsi ixtilaflıdır. Doğru olan verməməkdir.

Bir şəxsi yad bilib övladı çıxsa, müsəlman sanıb kafir çıxsa, bunlara zəkat verilməz. Lakin bilmədən verilmiş olduğu təqdirdə, ən səhih qövlə görə, zəkatı təkrar verməz.

Zəkatı səkkiz şəxsə vermək lazımdır:

1-Din istilahına görə miskin (bir günlük dolanışığından artıq bir şeyi olmayan müsəlman) olana,

2-Qurban nisabına malik olmayan kasıblara,

3-Borcu olan müsəlmana,

4-Zəkat malı və üşr toplamağa məmur olan şəxsə (əmək haqqı miqdarında),

5-Ölkəsində zəngin olsa da, hal-hazırda olduğu yerdə kasıb olana,

6-Cihad və həcc yolunda möhtac qalana,

7-Azad olması üçün sahibinə müəyyən məbləğ ödəməli olan köləyə,

8-Müəlləfəi-kulüb deyilən kafirlərə. Onlar, qəlblərinə iman yerləşdirilməsi istənilən kafirlərdir ki, hal-hazırda bunlar yoxdur.

Nəfəqədən, yəni gündəlik dolanışıq üçün vəsaitdən çox, lakin qurban nisabından az malı olana kasıb deyilir. Nisab, dində zənginlik ölçüsüdür. İslam dinində zənginliklə kasıblıq arasında sərhəddir. Maaşı nə qədər olursa olsun, evini dolandırmaqda çətinlik çəkən hər bir məmur zəkat ala bilər və qurban kəsməsi, fitrə verməsi vacib olmaz. Din bilgilərini öyrətməkdə və öyrənməkdə olan, qırx illik nəfəqəsi olsa da, zəkat ala bilər. Zəkat pulu ilə məscid tikilməz, cihad edilməz və həccə gedilməz. Meyyitə kəfən alınmaz. Zənginin kiçik övladına, öz analarına, atalarına, övladlarına, zövcəyə zəkat verilməz. Bacı-qardaşa, gəlinə, kürəkənə, qayınanaya, qayınataya, xala, dayı, əmi, bibiyə vermək daha savabdır. Kasıba zəkat nisabdan az verilir. Lakin uşaqları da varsa, hər birinə nisab miqdarı düşməyəcək qədər çox verilə bilər. Malını israf edənə, harama xərcləyənə zəkat verilməz. Seyyidlər indi qənimətdən haqqlarını ala bilmədikləri üçün onlara da verilə bilər.

Zəkatın fərz olmasının altı şərti var:

1-Müsəlman olmaq,

2-Həddi-buluğa çatmaq.

3-Ağıllı olmaq,

4-Azad olmaq,

5-Zəkat nisabı qədər halal zəkat malına malik olmaq,

6-Əlindəki malın ehtiyacından və borcundan çox olması.

[Zəkat fərz olduqdan sonra müsəlman kasıba zəkat verməyənin və ya başqa borcu olanın xeyriyyə ilə məşğul olması və sədəqə verməsi savab olmaz, günah olar. Onun ilk növbədə zəkatını verməsi və borcunu ödəməsi fərzdir. “Hadika” ikinci cild 635-ci səhifə və “Berika” 1369-cu səhifələrində deyilir ki, pulunu haram yerlərə sərf edən və ya israf edən şəxslərə zəkat və sədəqə vermək caiz deyil. Çünki harama yardım etmək haramdır.]

Verənə heç mənfəəti qalmaması lazımdır. Zövc və zövcə bir-birinə zəkat verərsə, verənə mənfəəti tam olaraq kəsilməz. Hər ibadətdə olduğu kimi zəkat verməkdə də niyyət etmək lazımdır. Zəkat malı, borcu olanın borcundan çox olmalı, ehtiyacından artıq olmalı və bu artıq mal Nisab miqdarı olmalıdır. Qızılın nisabı, ölçüsü 20 misqal, yəni 96 qram, 13,3 qızıl lirədir. Gümüşün nisabı 200 dirhəm, yəni 672 qramdır. Zəkatı verməyin fərz olması üçün, zəkat malının nisab miqdarı olduqdan etibarən bir hicri il sonra da mülkündə qalması lazımdır. Zəkatın fərz olmasına mane olmaq üçün bir il tamam olmadan hiləi şəriyyə, yəni dini çarə axtarmaq imam Muhammədə görə məkruhdur. Hiləi şəriyyə, müsəlmanların islama uymaları və haram işləməmələri üçün ehtiyatlı yol axtarmasıdır. İmam Əbu Yusifə görə məkruh deyildir. Çünki fərz olduqda itaət etməmək günahdır. Günahdan çəkinmək itaətdir. Fitva imam Muhammədin qavlinə görədir.

“Zəkat malı” artan, çoxalan mal deməkdir. Bu da dörd növdür: İlin yarıdan çoxunda otlaqda otlayan dörd ayaqlı dişi erkək qarışıq və ya yalnız dişi saimə (çəməndə bağlanmadan otlayan heyvan), yəni ətlik, südlük heyvanlar, ticarət üçün satın alınan mallar, qızıl və gümüş əşya, torpaqdan çıxan qida maddələri. Otlaqda yalnız erkək heyvanı olanlara və qatırı, eşşəyi olanlara onların zəkatlarını vermək fərz deyil. Dəvənin, sığırın və qoyunun balaları böyükləri ilə birlikdə olarsa, zəkat hesabına qatılırlar. Zəkat, uşr, kəffarə və sədəqəi fitr olaraq veriləcək malın yerinə, onların qiymətlərini də vermək caizdir. Şafi məzhəbində caiz deyildir. Zəkat fərz olduqdan sonra mal məhv olarsa, zəkat qüvvədən düşər. Sahibi özü tələf edərsə, qüvvədən düşməz.

Ağıllı və həddi-buluğa çatmış müsəlmanın, tam mülkü olan və halal yoldan gələn zəkat malının miqdarı nisab miqdarı olduqdan (zəkat həddinə çatdıqdan) bir il sonra bu malın müəyyən miqdarını səkkiz sinif müsəlmandan bir və ya bir neçəsinə verməsinə zəkat deyilir. Verilən şəxsin müsəlman olması lazımdır. Tam mülk dedikdə, istifadəsi mümkün və caiz olan mal nəzərdə tutulur. Satın alınan mal sözləşmədən sonra mülk olsa da, təslim alınmadan öncə istifadəsi mümkün olmadığı üçün tam mülk sayılmır. Qəsb edilən, yəni zülm ilə, zorla alınan mala, oğurlanan, faiz, rüşvət, qumar ilə alınan mala, mahnı oxumaq, çalğı çalmaq əvəzində alınan mala, spirtli içki satmaqla əldə olunan mala və fasid bey (alqı-satqı) ilə satın alınan mala “Malı-habis”, yəni pis, haram mal deyilir. Bu malların zəkatı verilmir. Çünki bunlar alanın mülkü deyil. Sahiblərinə, sahibi ölübsə, varislərinə, varisi yoxdursa, kasıb müsəlmanlara verilməlidir. Bir kimsə habis malları bir-biri ilə və ya öz halal malı ilə qarışdırarsa, bu qarışıq onun mülkü olsa da, buna “Mülki habis” deyilir. Mülki habisi də başqasına vermək, istifadə etmək haramdır və tam mülk olmadığı üçün zəkatı verilmir. Buna qarışmış habis malın mislini, misli yoxdursa qiymətini öz halal, zəkat malından habis malın sahiblərinə ödədikdən sonra mülki habisdən istifadə etmək halal olur və onu zəkat nisabına qatması lazım olur. Bu borclarını ödəmək üçün halal malı yoxdursa, borc alıb ödəməlidir. Borcunu ödəmədən əvvəl mülki habisdən istifadə etmək, başqasına vermək haram olsa da, satsa, hədiyyə versə alana haram olmaz. Sahibləri və varisləri bilinmirsə, və ya müxtəlif insanlardan toplanan haram mallar bir-biri ilə qarışdırılıb mülki habis olarsa, hamısını müsəlman kasıblara sədəqə vermək lazımdır.

Kasıb, aldığını geri hədiyyə edərsə, verənin geri alması caizdir.

Qızıl və gümüş xalis olaraq istifadə olunmur. Xalisi yarıdan çoxdursa, zəkatları hər halda verilir və ağırlıqları ilə hesablanır. Bunlardan bazarda səmən, yəni satın alınan mala qarşılıq olaraq istifadə edilən iki növ vardırsa, xalisi daha çox olana “Ceyyid”, xalisi az olana “Züyuf” deyilir. Xalisləri yarıdan azdırsa, ticarətdə istifadə edildikdə və qiymətləri qızıl və ya gümüş nisabı qədər olduqda zəkatlarını vermək lazımdır.

Yağış və ya çay suyu ilə sulanan uşrlu torpaq məhsulu, miqdarı az olsa da və tez çürüyən, xarab olan meyvə-tərəvəz olsa da, onda biri uşr (torpaqdan alınan məhsulun zəkatı) olaraq verilir. Uşr məmuru bunları sataraq pulunu “Beytül-mal” deyilən xəzinəyə qoyur. Meyvə görünəndə və ya olanda və ya toplandığı zaman vermək fərz olur, deyilmişdir. Heyvanla və ya dolabla (su çarxı ilə), maşınla, motorla sulanan məhsulun iyirmidə biri verilir. Heç bir məsrəf çıxmadan əvvəl vermək lazımdır. Hökumətin uşru mal sahibinə bağışlaması, əfv, ləğv etməsi caiz deyil. Dağdan və uşrlu torpaqdan əldə edilən balın da uşru verilir.

Zimmiyə, yəni müsəlman ölkəsində yaşayan kafirə zəkat verilməz. Lakin fitrə, kəffarə, nəzr və sədəqə verilir. “Bahr”da deyilir ki: “Zimmi olmayan kafirə, istər müstəmin, yəni öz dövlətindən başqa dövlətin torpaqlarına sığınan, istərsə də hərbi (islam dövləti ilə müharibə halında olan qeyri-müsəlman ölkədən olan şəxs) olsun, fərz, vacib və nafilə sədəqə verilməz.” Borcu olmayan bir kasıba nisab miqdarı və ya daha çox zəkat vermək məkruhdur. Kasıbın ailəsi, uşaqları varsa, hər birinə nisab miqdarı düşməyəcək qədər vermək caizdir.

Rayic, yəni keçər axça (dövriyyədə olan pul) olan fülus (xırda pul, mis pul) ilə mal satmaq caizdir. Fülus, qızıldan və gümüşdən başqa metaldan və ya kağızdan pul demək olub, adətə görə səmən, yəni satın alınan mala qarşılıq olduğu üçün təyin edilməsi, yəni işarə verilməsi, göstərilməsi lazım deyil. Fülus bazarlarda keçərsiz olarsa, İmam azama (rahiməhullahu təala) görə satış batil olur. İmameynə, yəni İmam Əbu Yusif ilə İmam Muhammədə “rahimə-hümallahü təala” görə batil olmaz, qiyməti qədər keçər axça verilir. Borc aldıqdan sonra fülus keçərsiz olarsa, İmam azama görə mislini, yəni aldığı qədər fülus ödəyər. İmameynə görə qiyməti qədər keçər axça ödəyər. Rayic olmayan fülus ilə alış-veriş etmək üçün fülusu təyin etmək, göstərmək lazımdır. Təyin edilən mal təayyün edər. Yəni onu vermək lazım olur. Oxşarını verə bilməz. Sərrafa bir dirhəm ağırlığında gümüş verib bunun yarısı ilə fülus və yarısı ilə də yarım dirhəmdən bir habbə (dən) nöqsan gümüş ver desə, bu bey (ticarət) fasid olar. Çünki yarım dirhəm gümüşü daha az ağırlıqda gümüşə satmaq faiz olar. Əgər bunun yarısı ilə fülus ver və yarısı ilə də yarım dirhəmdən bir habbə nöqsan gümüş ver desə, fülusun beyi (satış, ticarət) səhih olar. Əgər bu bir dirhəm gümüş ilə mənə yarım dirhəm ağırlığında fülus və yarım dirhəmdən bir habbə nöqsan gümüş ver desə, beyin ikisi də səhih olar. Bir habbə nöqsan gümüş eyni ağırlıqdakı gümüş qarşılığı və yarım dirhəm fülus da yarım dirhəmdən bir habbə artıq ağırlıqdakı gümüş qarşılığı satılmış olar. Fülus ilə bunun qarşılığı olan gümüşün ağırlıqları fərqli olsa da, cinsləri başqa olduğundan caiz olar.

“Bədayıus-sanayı”da deyilir ki: “Zəkat olaraq veriləcək mal, zəkatı lazım olan malın cinsindən və ya başqa cinsdən zəkat malı olmalıdır. [Qızıl yerinə kasıba paltar, ayaqqabı, buğda, yağ kimi şeylər vermək caiz deyildir.] Zəkat malı ayn və ya deyn olur. Ayn, bir şeyin özü deməkdir. Ayn, insanın zəkat üçün ayırdığı və yanında hazır olan maldır. Deyn, hazır və mövcud olmayan mal deməkdir. Deyn, zəkat verəcək insanın əlində, yanında olmayıb, başqasında olan zəkat malıdır. Ayn olan zəkat malı çəki və ya həcm ilə ölçülür, ya da heç ölçülmür. Ölçülmürsə, ya saimə heyvan, ya da ticarət uruzu (qızıl və gümüşdən başqa canlı və cansız hər növ mal) olur. Saimə heyvan verilərkən nass (ayəti kərimə və Hədisi-şəriflər) ilə bildirilən heyvanın orta vəziyyətdə olanı verilir. Aşağı vəziyyətdə olanı verilərsə, orta vəziyyətdə olandan fərqi qədər qızıl və ya gümüş də verilir. Heyvanın qiyməti verildikdə, yenə orta vəziyyətdə olanın qiyməti verilir. Aşağı vəziyyətdə olanın qiyməti verilərsə, qızıl və ya gümüş ilə tamamlanır. İki orta ölçülü qoyun yerinə qiymətlərinin cəmi qədər bir dolu, kök qoyun vermək caizdir. Çünki faiz malı olmayanlarda qiymətə etibar olunur. Ticarət malından nass ilə bildirilənin qırxda biri verilir. Öz cinsindən olan başqa mal verilərsə, yaxşının yerinə orta və ya aşağı mal verildikdə, aradakı fərqi tamamlamaq lazımdır. Çünki uruz ağırlıqla və ya həcmlə ölçülməyən əşya deməkdir. Bunlarda miqdar fərqi faiz sayılmır. Məsələn, bir yaxşı paltar yerinə iki adi paltar vermək caizdir. Öz cinsindən olmayan başqa mal verildikdə, fərz olunan miqdardan az verilərsə, aradakı fərqi tamamlamaq lazımdır. Zəkat malı çəki və ya həcm ilə ölçülürsə, malın özünün qırxda biri verilir. Öz cinsindən olmayan başqa zəkat malı verilərsə, onun qiyməti qədər vermək lazımdır. Öz cinsindən olan başqa mal verilərsə, Şeyheynə, yəni İmam Əzəm Əbu Hənifə ilə İmam Əbu Yusifə görə (rahimə-hümallahü təala) qiyməti qədər deyil, miqdarı qədər verilir. Məsələn, 200 kiloqram ticarət malı olan yaxşı növ buğdanın qiyməti 200 dirhəm gümüşdürsə, onun zəkatı olaraq 5 kilo adi buğda vermək caizdir. Bunun kimi, iki yüz dirhəm ceyyid gümüşün zəkatı olan beş dirhəm ceyyid gümüş yerinə beş dirhəm züyuf verilə bilər. Nəzr vermək də belədir.

Qızıl ilə gümüş mütləq Səmən, yəni ödəmə vasitəsidir. Səmən olaraq yaradılmışdırlar. İnsanın hər hansı bir ehtiyacını ödəmək üçün özləri işlədilməz. Ehtiyac əşyasını satın almaq üçün vasitədirlər. Başqa əşyalar isə həm ödəmə vasitəsi olaraq, həm də özləri istifadə edilmək üçün yaradılmışdırlar.” “Bədayı”dan tərcümə tamamlandı.

İnsanın rahat və islama uyğun yaşaya bilməsi üçün istifadə etməli olduğu şeylərə “Ehtiyac əşyası” deyilir. Ehtiyac əşyası insanın halına və zamana görə dəyişir. Rahat yaşamaq üçün lazım olmayıb, zövq üçün, bəzək üçün, hörmət qazanmaq üçün istifadə olunan şeylərə “Zinət əşyası” deyilir. Qızıl və gümüş ehtiyac əşyası deyil, zinət əşyasıdır. Kişilərin evdə və küçədə, qadınların yalnız evdə mübah şeylərlə zinətlənmələri caizdir.

Ailəsinin, uşaqlarının bir illik qidasını hazırlamaq uzun arzu (tuli-əməl) sayılmaz. Bir illik nəfəqəyə “Həvaici-əsliyyə” deyilir. Lazımlı əşyadan sayılır. Nisab hesabına qatılmaz. Buna malik olan zəngin sayılmaz. Buna malik olmayan subay şəxsin qırx günlük qida maddəsi saxlaması caizdir. Daha çox saxlamaları təvəkkülü pozar. Hədisi-şərifdə: “İnsanların ən yaxşısı ömrü uzun və əməli gözəl olan kəsdir”, “İnsanların ən pisi ömrü uzun, əməli pis olandır”, “Ölmək istəməyin! Qəbir əzabı çox acıdır. Ömrü uzun olub islamiyyətə uymaq böyük səadətdir” və “Müsəlmanlıqda ağaran tüklər qiyamət günü nur olacaqdır” buyurulmuşdur.

Göründüyü kimi, rayic olan fülus hər zaman ticarət malıdır. Qiyməti, bazarda işlədilən qızıl pullardan dəyəri ən az olana görə nisab miqdarı olarsa, zəkatını vermək fərzdir. Çünki ticarət malının nisabı İmameynə (rahimə-hümallahü təala) görə qızıl və gümüş puldan ticarətdə daha çox istifadə olunanı ilə hesablanır. Zəkatı da qiyməti hesab edilən pul ilə və ya malın özünün qırxda biri ilə verilir. Kasıb bunu ehtiyac əşyası kimi istifadə edir. Fülus, qızıldan və gümüşdən başqa olan pul deməkdir. Mis, tunc və başqa qatışıqlardan olduğu kimi, kağızdan da düzəldilir. Yəni kağız pullar fülusdur. Onların zəkatını vermək lazımdır. Lakin onların qiymətləri qızıl və gümüşün qiyməti kimi “Həqiqi qiymət” deyil, “Etibari qiymət”dir. Hökumətin verdiyi qiymətdir. Verildiyi kimi geri də alına bilər. Etibari qiymətləri getdikdə “Səmən” (ödəmə vasitəsi) və zəkat malı ola bilməzlər. İbn Abidin buyurur ki: “Ticarət malının qiyməti ticarətdə çox işlədilən, pul olaraq hazırlanmış qızıl və ya gümüş ilə hesablanılır. Gümüş ilə hesablandıqda 240 dirhəm gümüş qiymətində olsa, qızıl ilə hesablandıqda 20 misqal qızıl qiymətində olsa, hər iki qiymət nisab miqdarı olsa da, bu malı gümüş ilə qiymətləndirmək lazımdır. Çünki zəkat olaraq altı dirhəm gümüş və ya yarım misqal qızıl vermək lazım olur. Bu isə beş dirhəm gümüş qiymətində olduğu üçün kasıba faydası az olur. [Çünki 20 misqal qızıl və 200 dirhəm gümüş eyni nisabı göstərdikləri üçün qiymətləri eynidir.] Bir misqal ağırlığındakı qızıl lirəyə bir dinar deyilir. [Türk qızıl lirələrinin hamısı bir yarım misqal, yəni 7,2 qr. ağırlığındadır] Rayic olan fülusun zəkatını nisabı hesab edilmiş olan qızıl və ya gümüş ilə vermək vacibdir.” Buradan aydın olur ki, kağız pulun nisabını ticarətdə işlədilən qızıl pulun ən aşağı dəyərlisi ilə hesablamaq və zəkatlarını qızıl olaraq vermək lazımdır. Çünki gümüş, hal-hazırda pul kimi heç istifadə olunmur. Kağız pulun zəkatı nisablarını hesablamaqda istifadə edilən metal ilə, yəni qızıl ilə verilir. Özünün qırxda biri kağız pul olaraq verilə bilməz. Çünki kağız pulun özü ehtiyac əşyası kimi istifadə oluna bilməz. Adi kağız olduğu halda kağız pulları kağız kimi işlətmək israfdır. İsraf isə haramdır. Kağız pulun zəkatını, pul kimi istifadə etməsi üçün kağız olaraq vermək də caiz deyil. Çünki pul olaraq işlədilməsi üçün qiyməti həqiqi və daimi olan qızıl verilir.

Qızıl, pul şəklində və ya başqa hər şəkildə verilə bilər. Hər zaman hər yerdə tapılır. Öz şəhərində qızıl tapa bilməyən, qızıl əşya satılan yerdəki dostuna kağız pul göndərib, bu pulla qızıl alaraq zəkatını verməsini ondan istəyər. Kağız pulları sonradan da ödəmək olar. Kağız pulların zəkatını vermək bu qədər asan olduğu halda, fiqh kitablarının bu əmrlərinə uymaq istəməyib qızıl yerinə, qiyməti etibari və müvəqqəti olan kağız pullar vermək doğru deyildir. Fiqh kitablarına uymaq istəməyib, ibadətləri ayəti kərimələrdən öz anladığına görə yerinə yetirmək istəyənlərə “Məzhəbsiz” və “Azğın” deyilir. Bu cür yolunu azmışlara: “Mən, ibadətlərimi Qurani-kərimdən və Hədisi-şəriflərdən sənin anladığın kimi deyil, məzhəb imamlarının anlayıb bildirdikləri kimi yerinə yetirirəm” demək lazımdır. Məzhəb imamlarının (rahiməhumullahu təala) anladıqlarını bildirən kitablara “Fiqh kitabları” deyilir.

“Camiul əzhər” mədrəsəsinin müəllimlərindən Abdürrahman Cəzirinin rəhbərlik etdiyi alimlər heyətinin hazırladığı “Kitab-ül fiqh aləl-məzahib-il-ərbəa” kitabında bütün fiqh bilgiləri dörd məzhəbə görə ayrı-ayrı yazılmışdır. Bu kitab beş cüz olub, hamısı hicri 1392-ci və miladi 1972-ci ildə Qahirədə nəşr olunmuşdur. Bu kitabda “Maliyyə sənədlərinin (banknotların) zəkatı” başlığı altında deyilir: “Fiqh alimləri kağız pulların zəkatını vermək lazım olduğunu demişdirlər. Çünki bunlar ticarətdə qızıl və gümüş yerinə işlədilirlər. Bunlar hər zaman qızıl və ya gümüş ilə asanlıqla dəyişdirilə bilər. Çox kağız pulu olanın bunları qızıl və gümüş zəkatı nisabına qatmaması və onların zəkatlarını verməməsi ağlın qəbul edəcəyi şey deyil. Buna görə, üç məzhəbin fiqh alimləri kağız pulların zəkatını vermək lazım olduğunu sözbirliyi ilə bildirdilər. Yalnız Hanbəli məzhəbi bunlardan ayrıldı. Hənəfi məzhəbinin alimləri kağız pulların “Deyni kavi” (borc verilən zəkat malı və zəkat malının satışından alınacaq qarşılıq) sənədi olduğunu, istəndiyi zaman qızılla və gümüşlə dərhal dəyişdirilə biləcəyini söylədilər. Buna görə də zəkatlarının dərhal verilməsi lazım olduğunu dedilər. Çünki alınacaq borcun zəkatını vermək, qızıl, gümüş ələ keçdiyi an fərz olur. Ələ keçmədən əvvəl zəkat fərz olsa da, vermək fərz olmaz.” İstərsə, ala bilənə qədər gözləyib, aldığı zaman keçmiş illərin zəkatını verər. İstərsə də gözləməyib, əlində olan qızıl və gümüşdən onların da zəkatlarını hər il verər. Alacağı qızılların zəkatı olaraq, əlindəki sənədləri vermək olmaz. Sənəddə yazılmış qızıl və gümüşləri borclu olandan aldıqda, onların qırxda birini ayıraraq keçmiş illərin hər biri üçün ayrı-ayrı kasıblara vermək fərzdir. Zəkat olaraq kağız pul verilə bilməz. Bu pulların qırxda biri ilə sərrafdan dəyəri ən aşağı olan qızıl pul alıb, bu pulları və ya onların ağırlığı qədər qızıl üzüyü, bilərziyi kasıblara vermək lazımdır.

Borclusuna zəkat verərək, onu borcdan qurtarmaq üçün: “Sənə zəkat verəcəyəm. Lakin səndən alacağımı, verəcəyim zəkatıma qarşılıq sayıram. Sən də qəbul et!” demək caiz deyil. Zəkatı kasıba verməli, kasıb da aldığını zənginə geri verərək borcunu ödəməlidir. Kasıbın geri verməsinə güvəni olmayan alacaqlı üçün “Fətavayı-Hindiyyə”nin altıncı cildində deyilir: “Alacaqlı, güvəndiyi bir şəxsi borclusuna göstərərək, “sənə verəcəyim zəkatı təslim almaq və sonra sənin mənə olan borcunu ödəmək üçün, bu şəxsi vəkil et” deyər. Kasıb da o şəxsi vəkil edər. Vəkil, zəkatı aldığı zaman o mal kasıbın mülkü olur. Sonra onu zənginə geri verərək, kasıbın borcunu ödəmiş olur. İki şəxsin bir kasıbdan alacağı olsa, onlardan biri, kasıba alacağı qədər zəkat verib, onu özünə olan borcundan qurtarmaq istəsə, kasıba o qədər zəkat verər. Sonra alacağını kasıba sədəqə edər, yəni halal edər, bağışlayar. Sonra kasıb, əlindəki zəkatı bu zənginə hədiyyə edər. Yaxud kasıb, borcu qədər qızılı birindən borc alıb zənginə hədiyyə edər. Zəngin bunu zəkat niyyəti ilə bu kasıba geri verər. Sonra kasıbı borcundan azad edər, yəni ona bağışlayar. Kasıb, zəkat olaraq aldığı qızılları əvvəlcə borc aldığı şəxsə geri verər. Zəkat ilə [və nəzr edilən mal ilə] xeyriyyə işləri görmək olmaz. Bunun üçün, onu tanıdığı bir kasıba verməli, kasıb da onunla xeyirli işləri görməlidir.” Buradan aydın olur ki, bir şəxs, kağız pul ilə zəkat verə bilmək üçün verəcəyi kağız pulun dəyəri qədər qızıl pul ağırlığındakı qızıl zinət əşyasını zövcəsindən və ya bir tanıdığından borc alar. Qızılları tanıdığı və ya qohumlarından bir kasıba zəkat niyyəti ilə verər. Beləliklə kağız pulların zəkatı verilmiş olar. Sonra kasıb bu qızılları həmin zənginə hədiyyə edər. Zəngin də alıb, sahibinə geri verərək borcunu ödəyər. Zəngin zəkat vermək üçün ayırdığı əlində olan kağız pulların (zəkatı verildiyi üçün) bir qismini bu kasıba verər. Geri qalanı ilə istənilən xeyir və yaxşılıq edə bilər. Kasıb da bu xeyriyyənin savabına qovuşmaq istəsə, zəkat olaraq aldığı qızılları bu zənginə satar. Sonra xeyirli işlər görməsi üçün zəngini vəkil edib, kağız pulları zənginə geri verər.

Dörd məzhəb elmlərində mütəxəssis, böyük alim seyyid Abdülhakim Arvasi (rahmətullahi əleyh) buyurdu: “Kağız pulların qiyməti etibari-qiymətdir. Etibardan düşdükdə, dəyəri qalmaz. Bu səbəbdən, fitrə və zəkatı kağız pulla vermək caiz deyil. Əvvəlcədən kağız ilə verilmiş zəkatlar, qızıl ilə dövr edilərək qəza edilməlidir. Həcdən başqa digər maliyyə ibadətlərinin, yəni mal ilə edilən ibadətlərin qəzası dövr yolu ilə həyata keçirilir.”

“Dürr-ül-muxtar”da deyilir: “Asilər, yəni hökumətə üsyan edərək dövləti əllərinə keçirmiş müsəlmanlar və zalım olan müsəlman sultanlar, heyvan və uşr deyilən torpaq məhsullarının zəkatlarını alar və bunları Allahu təalanın əmr etdiyi yerlərə verərlərsə, bu aldıqları mallar zəkat olur. Aldıqlarını başqa yerlərə verərlərsə, bunlar zəkat sayılmaz. Mal sahibləri zəkatlarını yenidən müsəlman kasıblara verməlidirlər. Ticarət mallarının zəkatlarını və pul zəkatlarını toplasalar, alimlərin çoxuna görə zəkat sayılmaz. Fitva da belədir. Bəzi alimlərə görə isə, zalım sultanlar müsəlman olduqları üçün və əllərindəki mallar millətin haqqı olduğundan kasıb sayılacaqları üçün, onlara zəkat niyyəti ilə verilənlər zəkat sayılır.” İbn Abidin deyir ki: “Vergi olaraq, gömrük deyərək və başqa adlarla alınan mallar, pullar da belədir. Niyyət edilsə belə, zəkat sayılmaz deyənlərin sözləri doğrudur. Yəni zalım olan müsəlmanların bu malların zəkatlarını toplamağa haqları yoxdur.” Fitvanın da belə olduğu “Tahtavi” haşiyəsində yazılmışdır. Göründüyü kimi, heyvan zəkatını və uşru verməyin səhih olması üçün, onları toplayan hökumət müsəlman olmalı və topladıqlarını “Beyt-ül-mal” deyilən dövlət xəzinəsinin dörd qismindən alacaqlı olanlara paylamalıdır. Hökumətə verilən hər növ vergi, alimlərin çoxuna görə, ticarət malının və pulun zəkatı olmaz. Bəzi alimlər, toplayan hökumətin müsəlman olduğunu bilmək və verilən malları, pulları zəkat niyyəti ilə vermək şərti ilə caiz olduğunu desələr də, bu söz zəifdir.

Kadi-zadə “Fəraid” kitabında “Əsmaül-hüsna”dan bəhs edərkən deyir ki, dua ibadət deməkdir. Buna görə namaza dua deyilir. İslamiyyətdə dua, Allahu təalaya yalvararaq muradını istəməkdir. Allahu təala dua edən müsəlmanı çox sevər. Dua etməyənə qəzəblənər. Dua möminin silahıdır. Dinin təməl dirəklərindən biridir. Yerləri, göyləri aydınladan nurdur. Dua, gəlmiş dərdləri, bəlaları yox edər. Gəlməmişlərin də gəlməsinə mane olar. “Mənə xalis qəlb ilə dua edin! Belə duaları qəbul edərəm” mənasındakı ayəti kərimədən aydın olur ki, dua etmək, namaz, oruc kimi ibadətdir. “Mənə ibadət etmək istəməyənləri zəlil və dəyərsiz edər, Cəhənnəmə ataram” mənasındakı ayəti kərimə məşhurdur. Allahu təala hər şeyi səbəblə yaratmaqda, nemətləri səbəblərin ardından göndərməkdədir. Zərərləri, dərdləri uzaqlaşdırmaq və faydalı şeyləri vermək üçün də dua etməyi səbəb etmişdir.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাPortuguêsItalianoУкраїнськаNederlandsБългарскиNorskWolofEestiދިވެހި

Share

WhatsApp Telegram X Facebook E-mail