Canlı və cansız, bütün varlıqların bir nizam içində olduqlarını görürük. Hər maddənin quruluşunda, hər hadisədə, hər reaksiyada heç dəyişməyən nizam, riyazi əlaqələr olduğunu görürük. Bu qaydaları, bağlantıları fizika, kimya, astronomiya və biologiya qanunları deyə adlandırırıq. Bu dəyişməz nizamdan faydalanaraq, sənaye, fabriklər qurur, dərmanlar düzəldir, aya gedir, ulduzlarla, atomlarla əlaqə qururuq. Radiolar, televizorlar, elektronik beyinlər və internetlər düzəldirik. Məxluqlarda bu nizam olmasaydı, hər şey təsadüfi olsaydı, bunların heç birini edə bilməzdik. Hər şey toqquşar, korlanar, fəlakətlər olardı. Hər şey yox olardı.
Varlıqların nizamlı, əlaqəli, qanunauyğun olmaları, onların öz-özünə, təsadüfən var olmadıqlarını, hər şeyin bilikli, qüdrətli, görən, eşidən, istədiyini edən bir varlıq tərəfindən var edildiklərini göstərməkdədir. O dilədiklərini var etməkdə və yox etməkdədir. Hər şeyi var etməyə və yox etməyə, başqa şeyləri səbəb etmişdir. Səbəbsiz yaratsaydı, varlıqların bir-biri arasında bu nizam olmazdı. Hər şey qatmaqarışıq olardı. Onun varlığı da bəlli olmazdı. Həm də elm, mədəniyyət meydana gəlməzdi.
O, varlığını bu nizamlılıqla bəlli etdiyi kimi, qullarına rəhm edərək, var olduğunu ayrıca da bildirmişdir. Adəm əleyhissəlamdan başlayaraq, hər əsrdə dünyanın hər yerindəki insanlar arasından ən yaxşı, ən üstün olaraq yaratdığı birinə mələklə xəbər göndərərək, özünü və öz adlarını bildirmiş, insanların dünyada və axirətdə rahat olmaları, yaxşı yaşamaları üçün nə etmələri və nədən çəkinmələri lazım olduğunu bəyan etmişdir. Bu cür seçilmiş üstün insanlara “Peyğəmbər” deyilir. Onların bildirdikləri əmrlərə və qadağalara “Din” və “Əhkami diniyyə” deyilir. İnsanlar qədim şeyləri unutduğu üçün və hər zaman mövcud olan pis insanlar Peyğəmbərlərin (aleyhimüssaləvatü vəttəslimat) kitablarını və sözlərini dəyişdirdiklərinə görə, qədim dinlər unudulmuş, korlanmışdır. Pis insanlar uydurma dinlər də meydana gətirmişdirlər.
Hər şeyi yaradan uca Allah, insanlara rəhmi gəldiyi üçün qullarına son bir Peyğəmbər və yeni bir din göndərmişdir. Bu dini qiyamətə qədər qoruyacağını, pis insanlar hücum etsə də, dəyişməyə, pozmağa cəhd etsələr də, özü onu pozulmamış şəkildə hər yerə yayacağını müjdələmişdir.
Allaha şükürlər olsun ki, hələ kiçik yaşlardan bir olan yaradana inanmışıq. Onun adının “Allah” olduğunu, son Peyğəmbərinin “Muhamməd” əleyhissəlam olduğunu və onun bildirdiyi dinin “İslamiyyət” olduğunu öyrənmək səadətinə qovuşduq. Bu islam dinini doğru olaraq anlamaq istədik. Məktəbdə, universitetdə oxuyarkən onu öyrədəcək bir qaynaq axtardıq. Lakin masonlara, kommunistlərə satılmış fənn təqlidçiləri ilə vəhhabilərə satılmış, məzhəbsiz olmuş şəxslər gəncliyin ətrafını bürümüşdü. Dinlərini dünyaya satmış olan bu mürtədlər və azğınlar elə hiyləgərcəsinə çalışmışdılar ki, doğru yolu seçib ayırmaq qeyri-mümkün olmuşdu. Allaha yalvarmaqdan başqa çarə yox idi. Uca Allahımız Əhli sünnət alimlərinin (rahiməhumullahu təala) kitablarını oxumaq nəsib etdi. Lakin özünü mütərəqqi göstərən “Fən fırıldaqçıları”nın, yəni fənn bilgisində mütəxəssis olmadığı halda özünü fənn adamı və müsəlman göstərib, müsəlmanların dinini, imanını pozmağa, islamiyyəti içəridən yıxmağa çalışan şəxslərin fənn bilikləri adı altında və dini dünya mənfəətlərinə alət edən “Din fırıldaqçıları”nın Quran tərcüməsi adı altında aşıladıqları pozuq fikirlər ruhumuza işləmişdi. Allahu təalaya sonsuz şükürlər olsun ki, həqiqi din adamlarının xəbərdarlıq etməsi ilə yaxşını pisdən ayırmağa başladıq. Başımıza yerləşdirilənlərin elm deyil, bəzəklə örtülmüş zəhər olduqlarını, onların təsiri ilə qəlbimizin qaraldığını anlaya bildik. Əhli sünnət alimlərinin kitablarını görməsəydik, dostu düşməndən ayıra bilməyəcək, nəfsimizin və din düşmənlərinin hiylələrinə, yalanlarına aldanacaqdıq. Dinsizliyi, əxlaqsızlığı mütərəqqilik kimi tanıdan məkrli düşmənlərin tələlərindən qurtula bilməyəcəkdik. Xalis, təmiz müsəlman olan anamızla, atamızla və onlardan əldə etdiyimiz islam bilikləri ilə istehza edəcəkdik. Sevgili Peyğəmbərimiz (sallallahu təala əleyhi və səlləm) islam düşmənlərinin tələlərinə düşməməyimiz üçün bizi xəbərdar edir: “Dininizi ricalin ağızlarından öyrənin!”, buyurur. Rical, yəni həqiqi din alimi tapa bilmədikdə, onların kitablarından öyrənəcəyik. Bidət sahiblərinin, məzhəbsiz, cahil din adamlarının din kitabları kafirlərin kitabları kimi çox zərərlidir.
Qadınların, qızların başları, saçları, qolları, ayaqları açıq, kişilərin də dizləri ilə göbək arası açıq olaraq başqasının yanına çıxmaları haramdır. Yəni Allahu təala bunları qadağan etmişdir. Allahu təalanın əmrlərini və qadağalarını bildirən dörd haqq məzhəb, kişilərin övrət yerlərini, yəni baxması və başqasına göstərməsi qadağan edilmiş üzvlərini fərqli olaraq bildirmişdirlər. Hər müsəlmanın, aid olduğu məzhəbin bildirdiyi övrət yerini örtməsi fərzdir. Buraları açıq olanlara başqalarının baxması haramdır. “Kimya-i səadət”də deyilir ki, “Qadınların, qızların başı, saçı, qolları, ayaqları açıq küçəyə çıxmaları haram olduğu kimi, incə, bəzəkli, dar, xoş ətirli paltarla örtünərək çıxmaları da haramdır. Belə çıxmalarına icazə verən, razı olan, bəyənən anası, atası, əri və qardaşı da onun günahına və əzabına ortaq olurlar”. Yəni Cəhənnəmdə birlikdə yanacaqlar. Əgər tövbə etsələr, əfv olunar, yandırılmazlar. Allahu təala tövbə edənləri sevər. Ağıllı, buluğ yaşına çatmış qızların və qadınların yad kişilərə görünməmələri hicrətin üçüncü ilində əmr olundu. İngilis cəsuslarının və onların tələlərinə düşmüş cahillərin, Hicab ayəti gəlmədən əvvəl olan örtünməməyi irəli sürərək, örtünməyi sonradan fiqhçilərin uydurduğunu demələrinə aldanmaq olmaz.
Təkrar bildirək ki, bir uşaq ağıllı və həddi-buluğa çatmış olanda, yəni yaxşını pisdən ayıracaq və evlənəcək yaşa gəldikdə, dərhal imanın altı şərtini öyrənməsi, sonra “Əhkami islamiyyə”ni, yəni fərzləri, halal və haramları öyrənməsi və onlara uyması, ona fərz olur. Bir qız doqquz, bir oğlan on iki yaşına çatdıqda ağıllı və həddi-buluğa çatmış olur. Bu bilgiləri atasından, anasından, qohumundan, dost-tanışından soruşub öyrənməsi fərzdir. Müsəlman olan bir kafirin də, dərhal bir din adamına, müftiyə gedib bunları öyrənməsi, onların da öyrətmələri və ya həqiqi bir din kitabı hədiyyə edib oradan oxuyub öyrənməsini tapşırmaları fərzdir. “Afərin, afərin” deyib öyrətməsələr və ya kitab verməsələr fərzi yerinə yetirməmiş olurlar. Fərzi yerinə yetirməyən Cəhənnəmdə yanacaqdır. Din adamını və ya kitabını axtarıb tapana qədər öyrənməməsi üzrlü hesab edilir.
Oxuduğumuz doğru islam bilgilərini gənclərə çatdırmaq üçün və hər kəsin dünyada rahatlığa, hüzura, axirətdə sonsuz nemətlərə qovuşmalarına xidmət etmək üçün Əhli sünnət alimlərinin kitablarından seçmə, qiymətli yazıları nəşr etməyə inşəallah davam edəcəyik.
Məqsədlərə nail olmaq üçün “Salətən tüncina” oxumaq lazımdır: “Allahummə salli alə seyyidinə Muhammədin və alə əli seyyidinə Muhammədin salətən tüncina bihə min cəmiil əhvali vəl-afat və taqdi lənə bihə cəmial hacaat və tütahhirunə bihə min cəmiisseyyiat və tərfəunə bihə a’ləddərəcat və tübəlliqunə bihə aksalqayat min cəmiil hayrat-i fil hayati və badəl-məmat”.
Hər cür sıxıntıdan və təhlükədən qorunmaq, şeytanların, düşmənlərin zərər və hücumlarından xilas olmaq üçün “İstiğfar” oxumağın çox faydalı olduğu Hədisi-şəriflərdə bildirilmişdir.
Canım qurban olsun sənin yoluna,
Adı gözəl, özü gözəl Muhamməd!
Gəl şəfaət eylə kəmtər quluna,
Adı gözəl, özü gözəl Muhamməd!
Mömin olanların çoxdur cəfası,
Axirətdə olar zövq-ü səfası.
On səkkiz min aləmin Mustafası,
Adı gözəl, özü gözəl Muhamməd!
Yeddi qat göyləri seyran eyləyən,
Kürsinin üstündə cövlan eyləyən,
Miracda ümmətin Haqdan diləyən,
Adı gözəl, özü gözəl Muhamməd!
Yunus neylər iki cahanı sənsiz,
Sən haqq Peyğəmbərsən şəksiz şübhəsiz!
Sənə uymayanlar gedər imansız,
Adı gözəl, özü gözəl Muhamməd!