114-cü MƏKTUB
Hindistanın böyük alimlərindən Abdullah-i Dəhləvinin (rahiməhullahu təala) “Məkatib-i şərifə” kitabında yüz iyirmi beş məktub vardır. Yüz on dördüncüsü Hacı Abdullah Buxariyə yazılmış olub, fars dilindən tərcüməsi aşağıdakı kimidir:
Allahu təalada heç bir nöqsanlıq yoxdur. O, həmişə doğru söyləyər, qullarına doğru yolu göstərər. Uca öndərimiz, sevgili Peyğəmbərimiz Muhamməd Mustafaya (sallallahu təala əleyhi və səlləm) və Onun Alinə və Əshabına (radıyallahu təala anhum əcmain) bizdən salamlar və dualar olsun! Buradakı, yəni Dehli şəhərindəki təriqətçilər diləklərinə qovuşmaq üçün Əsma oxuyurlar. Muska yazırlar. Beləliklə hər kəsi özlərinə çəkirlər. Əmir-ül-möminin Əli (kərrəməllahü vəchəh və radıyallahu təala anh) həzrətlərini digər üç xəlifədən (radıyallahu anhum) daha üstün tuturlar. Bunlara “Şii” deyilir. Üç xəlifəyə və Əshab-ı kirama düşmən olanlara “Rafizi” deyilir.
Həzrəti Əbu Bəkrin, həzrəti Ömərin və həzrəti Osman Zinnureynin həzrəti Əlidən (radıyallahu təala anhum əcmain) daha üstün olduqlarını Əhli sünnət vəl-cəmaat alimləri (rahiməhumullahu təala) müxtəlif kitablarında bildirmiş və bunu ayəti kərimələrlə, hədisi-şəriflərlə və Əshab-ı kiramın (radıyallahu təala anhum əcmain) icması, yəni söz birliyi ilə isbat etmişlər. Bu qiymətli kitablardan ikisi Hindistandakı böyük alimlərdən Şah Vəliyyullah Mühəddis Dəhləvinin (rahiməhullahu təala) “İzalət-ül-xəfa” və “Qürrət-ül-eyneyn” kitablarıdır. Ərəbcə və farsca qarışıq olub, birincisi Urdu dilinə tərcüməsi ilə birlikdə 1382-ci (m. 1962) ildə Pakistanda çap edilmişdir. İkincisi türkcəyə tərcümə edilərək “Əshab-ı Kiram” kitabının içində nəşr edilmişdir. Həmçinin “Haqq Sözün Vəsiqələri” kitabında vardır. Böyük alim İbn Həcər-i Məkkinin (rahiməhullahu təala) ərəbcə “Əs-səvaiq-ul-mühriqə” kitabı İstanbulda Hakikat Kitabevi tərəfindən ofset üsulu ilə çap etdirilmişdir. Bu kitabı oxuyan insaflı bir müsəlman məzhəbsizlərin yanlış yolda olduqlarını yaxşıca anlayar. Onlardan bir qismi bu gün özlərinə “Cəfəri” deyirlər. “Biz on iki imamın yolundayıq” deyərək gəncləri aldadırlar. Halbuki On iki imamın yolunda olan müsəlmanlara “Əhli sünnət” deyilir. Əhli sünnət alimləri (rahiməhumullahu təala): “On iki imamı sevmək son nəfəsdə imanla ölməyə səbəb olur”, buyurmuşlar.
Cənazə alayları, dövr etmək üçün ziyafətlər verdirirlər. Camaatla namaz qılmırlar. Məscidlərdə mövlud məclisləri, ilahilər, mərsiyələr oxudurlar. Təkkələrdə çalğı, tənbur dinləyirlər. Bunlar kimi daha neçə-neçə bidəti təriqət adı ilə edirlər. Hətta Hindistandakı Cukiyyə və Bərəhmən kafirlərinin ibadətlərini də təriqətə aid edirlər. Dünyaya düşkün olanlarla, fasiqlərlə bir yerdə olurlar. Namazda qövməyə, cəlsəyə və camaata, hətta Cümə namazına əhəmiyyət vermirlər. Sələfi-salihinin zamanlarında belə şeylər heç yox idi. Bunların heç biri islamiyyətdə yoxdur. Əhli sünnət vəl-cəmaat alimləri (rahiməhumullahu təala) belə bidətlərdən qaçardılar. Allahu təalaya şükürlər olsun ki, Əshab-ı kiramda (radıyallahu təala anhum) bu çirkin bidətlərin heç biri yox idi. Müsəlman olmaq istəyən və Sələfi-salihinin (rahiməhumullahu təala) yolunda olmaq istəyən şəxsin belə təriqətçilərdən qaçması lazımdır. Bunlar din oğrularıdır. Allahu təalanın qullarının dinlərini, imanlarını yıxırlar. Zikr və etdikləri digər şeylər qəlbi, nəfsi hərəkətə gətirir. Bunlarda hallar, hərəkətlər hasil olması deyil, ma-sivadan təmizlənmələri lazımdır. Kəşfin, yəni kəramətin, qeyb olan şeylərdən xəbər verməyin və cinlə danışmağın onsuz da islamiyyətdə qiyməti yoxdur. Cukiyyə kafirləri də kəşf və kəramət göstərməkdədirlər. Ağlı olanların gözünü açması, doğrunu əyridən ayırması lazımdır. Həm dinə sarılmaq, həm də dünyaya düşkün olmaq bir insanda birlikdə ola bilməz. Dünyalıq ələ keçirmək üçün dinini vermək ağıllı insanın edəcəyi iş deyil. Buxara şəhərinin alimləri, şeyxləri təvəkkül sahibi idilər. Dünyaya düşkün deyildilər. Ziyafətlər vermək, dünyaya düşkün olanları toplamaq qəlbi qaraldar. O böyüklər belə şeylərdən qaçardılar. Onlar Sələfi-salihinin (rahiməhumullahu təala) doğru olan etiqadına, Rəsulullahın (sallallahu təala əleyhi və səlləm) sünnətinə sarılmışdılar. Hər işlərində “Əzimət” yolunu tutmuşdular. Bidətlərdən çəkinərdilər. Haram və məkruh yollardan gələn şeylərdən qaçardılar. Harama səbəb olan mübahlar da haram olur. “Zikri-xəfi”, yəni səssiz zikr etmək, “Zikri-cəhri”dən, yəni səslə zikr etməkdən daha əfzəldir. Belə zikr edərdilər. Hədisi-şərifdə bildirilən “ehsan” mərtəbəsində idilər. Qəlbləri həmişə feyz qaynağına, yəni Allahu təalaya qarşı idi. Belə olan təsəvvüf böyüyünün təvəccöhünə qovuşan sadiq, xalis bir şəxsin qəlbi, hətta bütün lətifələri dərhal zikr etməyə başlayar. Hüzura, yəni Allahu təaladan başqa heç bir şeyin qəlbdə olmamasına ki, buna “Müşahidə” də deyilir, və cəzbələrə, “varidat” deyilən feyzlərə, yəni zahirini və batinini nurların bürüməsi kimi nemətlərə qovuşar. Mürşidinin qəlbindən feyz alanın qəlbinə Allahu təaladan başqa heç bir şeyin düşüncəsi gəlməz. Bütün əzaları sünnətə uyğun və əzimətlə hərəkət edər. Bu nemətlər nə böyük səadətdir! Ya Rəbbi! Sevgili Peyğəmbərin Muhamməd Mustafanın (sallallahu aleyhi və alihi və səlləm) hörmətinə və O uca Peyğəmbərin yolunda olan məşayix-i kiramın (rahmətullahi əleyhim əcməin) hörmətinə bu çox qiymətli nemətlə bizləri ruziləndir. İmam Rabbani Mücəddid-i əlfi saninin (rahmətullahi əleyh) feyzləri insanın bütün lətifələrini bu nemətə qovuşdurmaqdadır.