Hakikat Books
English

Chapter 2 / 56

Pis əxlaq və çarələri

Questions answered in this chapter (12)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Müsəlman hər şeydən əvvəl niyə qəlbini təmizləməlidir? draft Report an error
  2. Əxlaq dəyişdirilə bilərmi (pisini yaxşısı ilə əvəz etmək)? draft Report an error
  3. Əxlaqın qaynağı olan qüvvələrdən qəzəb nədir? draft Report an error
  4. Şəhvət nədir? draft Report an error
  5. Gözəl əxlaqın əsası olan dörd orta dərəcə (hikmət, ədalət, iffət, şücaət) hansılardır? draft Report an error
  6. Bu dörd gözəl xasiyyətin əsərləri (əlamətləri) hansılardır? draft Report an error
  7. Pis əxlaqın ortaq dərmanı nədir və insan öz eybini necə öyrənir? draft Report an error
  8. Pis əxlaqa yoluxan şəxs ondan necə qurtular? draft Report an error
  9. Riyazət (nəfsə ağır gələn şeyi adət etmək) necə fayda verir? draft Report an error
  10. Gözəl əxlaqın qaynağı nədir və gözəl xasiyyətli olmaq necə olur? draft Report an error
  11. Pis əxlaqı çıxarıb gözəl əxlaqı yerləşdirmək necə olmalıdır? draft Report an error
  12. Pis əxlaqın məşhurları neçədir və neçəsi bu kitabda izah edilir? draft Report an error

Müsəlmanın hər şeydən əvvəl qəlbini təmizləməsi lazımdır. Çünki qəlb bütün bədənin rəisidir. Bütün üzvlər qəlbin əmrindədir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm), “İnsanın bədənində bir ət parçası vardır. Bu yaxşı olarsa, bütün üzvlər yaxşı olar. Bu pis olarsa, bütün orqanlar korlanmış olar. Bu qəlbdir” buyurdu. Yəni bu ürək deyilən ət parçasındakı könüldür. Onun yaxşı olması pis əxlaqdan təmizlənməsi və yaxşı əxlaq ilə bəzədilməsidir. İnsanın surətinə, şəklinə “Bədən”, “Xəlq” deyilir. İnsanın qəlbindəki qüvvətə, təbiətə, hala, “Hulq” deyilir. “Əxlaqı zəmimə”, qəlbin xəstəlikləridir. Bunların müalicəsi çətindir. Dərmanlarını yaxşı bilmək və düzgün istifadə etmək lazımdır. Xülq, yəni əxlaq, qəlbdəki məlakə və qəlbdəki arzu, hal deməkdir. İnsanın etiqadı, sözləri, hərəkətləri, həmişə bu qüvvədən hasil olmaqdadır. İxtiyari hərəkətlər əxlaqın əsərləridir.

Əxlaqı dəyişdirmək, pisini yox edib, yerinə yaxşısını gətirmək mümkündür. Hədisi-şərifdə, “Əxlaqınızı gözəlləşdirin!” buyuruldu. İslamiyyət mümkün olmayan şeyi əmr etməz. Təcrübələr də belə olduğunu göstərməkdədir. [Təcrübə, qəti bilgi əldə etməyə yarayan üç vasitədən biridir. Bu vasitələrdən ikincisi, Müxbiri-Sadiqin1 xəbər verməsidir. Üçüncüsü, hesab ilə anlamaqdır.] İnsanların əxlaqlarını dəyişdirə bilmə istedadları eyni deyildir.

Əxlaqın mənşəyi, səbəbi insani ruhun üç qüvvəsidir. Bunlardan birincisi ruhun “İdrak” qüvvəsidir. Buna “Nitq” və “Ağıl” deyilir. Nitqin nəzəri qüvvəsinin orta miqdarına “Hikmət” deyilir. Hikmət, yaxşını pisdən, haqqı batildən ayıran qüvvədir. Bu qüvvənin lazımından artıq olmasına “Cərbəzə”, yəni bilmişlik deyilir. Cərbəzə insan mümkün olmayan şeyləri anlamağa cəhd edər. Mütəşabih, yəni açıq mənası bilinməyən ayələrə məna verər. Qəza, qədər haqqında danışar. Məkr, hiylə, sehr kimi zərərli şeylər edər. Bu qüvvənin lazımından az olmasına “Bəladət”, yəni axmaqlıq deyilir. Belə şəxs xeyri-şəri bir-birindən ayıra bilməz. Nitqin əməli qüvvəsinin orta olmasına “Ədalət” deyilir. Ədalətin azı-çoxu olmaz.

Əxlaqın qaynağı olan qüvvələrdən ikincisi “Qəzəb”dir. Heyvani ruhun qüvvəsidir. Bəyənmədiyi, istəmədiyi bir şey qarşısında qanı hərəkətə gəlir. Bu qüvvənin insani ruh tərəfindən təmin edilən orta miqdarına “Şücaət”, cəsarət deyilir. Lazımlı, faydalı işlərə can atmaqdır. Müsəlmanların iki mislindən çox olmayan kafirlərlə hərb etmələri, məzlumu zalımdan qurtarmaları buna aiddir. Bu qüvvənin çox olması “Təhəvvür”, tələskən, aqressiv olmaqdır. Tez hiddətlənər. Bu qüvvənin az olması “Cübn”, qorxaqlıqdır. Lazımlı olan şeyi etməkdən çəkinir.

Ruhun qüvvələrindən üçüncüsü “Şəhvət”dir. Heyvani ruhun ona şirin gələn şeyləri istəməsidir. Bunun insani ruh tərəfindən təmin edilən orta miqdarına “İffət”, namus deyilir. İnsan təbiətinin möhtac olduğu şeyləri İslamiyyətə və insanlığa uyğun olaraq edər. Lazımından çox olmasına “Şərəh”, ehtiras, fücur (günah işləmək) deyilir. İstər halaldan olsun, istər haramdan olsun hər istədiyini əldə etməyə çalışar. Başqalarının zərərinə də olsa bəyəndiyi şeyləri toplayar. Şəhvətin lazımından az olmasına “Humud”, fəaliyyətsizlik, həvəssizlik deyilir ki, xəstə olduğundan və ya həyasından, yaxud qorxusundan, kibrindən, möhtac olduğu şeylərə qovuşmaqda ləng davranar.

Yuxarıda bildirilən dörd orta dərəcə, yəni hikmət, ədalət, iffət və şücaət, yaxşı əxlaqın əsasıdır. İnsan, ruhun üç qüvvətindən hikmətə tabe olduqda, digər ikisinə, yəni qəzəbə və şəhvətə hakim olar. Bu ikisini orta dərəcəli olan iffətə və şücaətə qovuşduraraq səadət əldə edər. Əgər, ağlın nəzəri qüvvəsi, orta dərəcəsi olan hikməti tapa bilməyib, iki pis uca meyl edərsə, pis əxlaq hasil olar. Həddindən artıq olan altı xüsusiyyət hər zaman pisdir. Orta dərəcədə olan dörd xüsusiyyət də pis niyyət ilə olarsa, onlar pis olur. Mala, mövqeyə qovuşmaq üçün, din adamı olmaq, riya ilə, özünü göstərmək üçün namaz qılmaq və cihad etmək, hikmətdən sui-istifadə etməkdir. Bir istəyə və ya mövqeyə qovuşmaq üçün bəzi istəklərini tərk etmək, iffətdən sui-istifadədir.

Əsas olan dörd yaxşı xüsusiyyətdən hər birinin, əsərləri, əlamətləri vardır. Hikmətin yeddi əsəri vardır. Şücaətin və iffətin hər birinin on bir əsəri vardır.

Pis əxlaqın əlacı – Pis əxlaqın hamısı üçün müştərək əlac, xəstəliyi və zərərini, səbəbini, ziddini, əlacın faydasını bilməkdir. Sonra bu xəstəliyi özündə müəyyən etmək, axtarmaq, tapmaq gəlir. Bunu ya özü edər, yaxud bir alimin, rəhbərin bildirməsi ilə anlayar. Mömin möminin aynasıdır. İnsan öz qüsurlarını çətin görər. Güvəndiyi yoldaşından soruşaraq qüsurunu öyrənər. Sadiq olan dost onu təhlükələrdən, qorxulardan mühafizə edən kimsədir. Belə bir dost tapmaq çox müşküldür. Bunun üçündür ki, İmam Şafii buyurdu:

Sadiq dost və xalis Kimya

Az olur heç axtarma!

Həzrəti Ömər (radıyallahu anh) buyurdu:

Dostum eybimə oyatdı məni,

Qardaşlıq sünnətinin budur təməli.

Düşmənlərinin ona qarşı işlətdikləri kəlmələr də insana eyiblərini tanıtmağa yarayır. Çünki düşmən insanın eyiblərini axtarıb üzünə vurar. Yaxşı dostlar isə insanın eyiblərini çox görməzlər. Birisi İbrahim Ədhəm həzrətlərinə eybini, qüsurunu bildirməsi üçün yalvardıqda, “Səninlə dost oldum. Hər halın, hərəkətlərin mənə gözəl görünür. Eybini başqalarından soruş”, dedi. Başqasında bir eyib gördükdə, bunu özündə axtarmaq, özündə taparsa, bundan qurtulmağa çalışmaq da pis əxlaqın əlaclarındandır. “Mömin möminin aynasıdır” hədisi-şərifinin mənası budur. Yəni, başqasının eyiblərində öz eyiblərini görür. İsa əleyhissəlama, bu gözəl əxlaqını kimdən öyrəndin dediklərində, “Bir kimsədən öyrənmədim. İnsanlara baxdım. Xoşuma gəlməyən əxlaqlarından çəkindim. Bəyəndiklərimi mən də etdim” buyurdu. Loğman həkimə, “Ədəbi kimdən öyrəndin” dediklərində, “Ədəbsizdən!” dedi. Sələfi salehinin, Əshabı-kiramın, Vəlilərin (rahmətullahi təala əleyhim əcməin) həyat hekayələrini oxumaq da yaxşı əxlaqlı olmağa səbəb olur.

Pis əxlaqı olan kimsə buna yoluxmanın səbəbini araşdırmalı, bu səbəbi yox etməyə, bunun ziddini etməyə çalışmalıdır. Pis əxlaqdan qurtulmaq, bunun ziddini etmək üçün çox çalışmaq lazımdır. Çünki insanın alışdığı şeydən qurtulması müşküldür. Pis şeylər nəfsə şirin gəlir.

İnsanın pis şey etdikdən sonra ardınca riyazət çəkməsi, nəfsə çətin gələn şeyi etməyi adət halına salması da faydalı əlacdır. Məsələn, bir pislik etsəm bu qədər sədəqə verəcəyəm və ya oruc tutacağam, gecə namazları qılacağam deyə and içməlidir. Nəfs bu çətin şeyləri etməmək üçün onlara səbəb olan pis adətini etməz. Pis əxlaqın zərərlərini oxumaq, eşitmək də faydalı əlacdır. Bu zərərləri bildirən hədisi-şəriflər çoxdur. Bunlardan bir neçəsi belədir:

1 – “Allah qatında pis əxlaqdan böyük günah yoxdur.” Çünki insan bunun günah olduğunu bilməz, tövbə etməz. İşlədikcə günahı qat-qat artar.

2 – “İnsanların heç çəkinmədən, sıxılmadan etdikləri günah pis əxlaqlı olmaqdır.”

3 – “Hər günahın tövbəsi vardır. Pis əxlaqın tövbəsi olmaz. İnsan pis əxlaqının tövbəsini etməyib, daha pisini edər.”

4 – “İsti su buzu əritdiyi kimi, gözəl əxlaq da xətaları əridər. Sirkə balı korladığı kimi, pis əxlaq yaxşı əməlləri məhv edər.”

Pis niyyətlə olmayan hikmət, ədalət, iffət və şücaət gözəl əxlaqın qaynağıdır. Gözəl əxlaqlı olmaq üçün və bu əxlaqı mühafizə edə bilmək üçün saleh kimsələrlə, gözəl əxlaqlılarla dostluq etmək lazımdır. İnsanın əxlaqı dostunun əxlaqı kimi olar. Əxlaq xəstəlik kimi yoluxucudur. Pis əxlaqı olanla dostluq etməmək lazımdır. Hədisi-şərifdə, “İnsanın dini dostunun dini kimi olar” buyuruldu. Faydasız şeylərdən, oyunlardan, zərərli zarafatlaşmaqdan və münaqişə etməkdən çəkinmək lazımdır. Elm öyrənmək və faydalı işlər görmək lazımdır. Əxlaqı korlayan, şəhvəti hərəkətə gətirən seks, fəhşa kitablarını oxumamaq, belə radio və televizordan qorunmaq lazımdır. Gözəl əxlaqın faydaları və haramların zərərləri, Cəhənnəmdəki əzabları həmişə xatırlanmalıdır. Mal, mövqe arxasınca qaçanlardan heç biri muradına qovuşa bilməmişdir. Malı, mövqeyi xeyir üçün axtaran və xeyir işlərdə işlədən rahatlığa, hüzura qovuşmuşdur. Mal, mövqe qayə olmamalı, xeyrə vasitə olmalıdır. Mal, mövqe bir dənizə bənzəyər. Çox kimsə bu dənizdə boğulmuşdur. Allahu təaladan qorxmaq bu dənizin gəmisidir. Hədisi-şərifdə, “Dünyada qalıcı deyil, yolçu kimi yaşamaq, öləcəyini heç unutmamaq lazımdır!” buyuruldu. İnsan dünyada qalıcı deyildir. Dünya zövqlərinə daldıqca dərdlər, üzüntülər, sıxıntılar artar. Aşağıdakı hədisi-şərifləri heç unutmamaq lazımdır:

1 – “İbadətləri az olan bir qul gözəl əxlaqı ilə qiyamətdə yüksək dərəcələrə qovuşar.”

2 – “İbadətlərin ən asanı və çox faydalısı az danışmaq və gözəl əxlaqlı olmaqdır.”

3 – “Bir qulun ibadətləri çox olsa da pis əxlaqı onu Cəhənnəmin dibinə aparar. Bəzən küfrə aparar.”

4 – Birinin gündüzləri oruc tutduğu, gecələri namaz qıldığı, lakin pis əxlaqlı olduğu, dili ilə qonşularına, dostlarına əziyyət etdiyi söyləndikdə, Rəsulullah (sallallahu əleyhi və səlləm) cavabında, “Belə olmaq yaxşı deyildir. Gedəcəyi yer Cəhənnəm atəşidir” buyurdu.

5 – “Gözəl əxlaqı tamamlamaq, yerləşdirmək üçün göndərildim”. Səmavi dinlərin hamısında gözəl əxlaqlar vardı. Bu din bunları tamamlamaq üçün göndərildi. Bu din var ikən gözəl əxlaq bildirəcək başqa qaynağa, başqa kimsəyə ehtiyac yoxdur. Bunun üçün Muhamməd əleyhissəlamdan sonra Peyğəmbər gəlməyəcəkdir.

6 – “Gözəl əxlaqlı olan dünya və axirət səadətlərinə qovuşar.” Çünki gözəl əxlaqlı insan Allahu təalaya və qullara qarşı olan haqları, vəzifələri ifa edər.

7 – “Surəti və əxlaqı gözəl olanı Cəhənnəm atəşi yandırmaz.”

8 – “Özündən uzaqlaşanlara yaxınlaşmaq, zülm edənləri əfv etmək, özünü məhrum edənlərə ehsan etmək gözəl əxlaqlı olmaqdır”. Gözəl əxlaqlı insan ondan inciyənə yaxşılıq edər. Ehsan edər. Malına, şərəfinə, bədəninə zərər verəni əfv edər.

9 – “Hirsləndiyi zaman mülayim davrananın qəlbini Allahu təala əmniyyət və iman ilə doldurar.” Qorxusuz və əmin olar. Pislik edənə yaxşılıq etmək gözəl əxlaqların ən üstünüdür. Kamil insan olmağın əlamətidir. Düşmənləri dost edər. İmam Qəzali (rahiməhullahu təala) deyir ki, “İncil”də gördüm: İsa əleyhissəlam, “Pislik edənə pisliklə cavab verməyin! Sağ yanağınıza vurana sol yanağınızı çevirin! Paltonuzu alana şalvarınızı da verin!” buyurdu. Xristianların indi əllərində mövcud olan uydurma “İncil” kitablarında da belə yazıldığı “Cavab verə bilmədi” kitabımız bildirməkdədir. Xristianların İspaniyada, Qüdsdə, Hindistanda və “Bosniya və Herseqovina”da müsəlmanlara və yəhudilərə etdikləri qorxunc zülmlər və inkvizisiya məhkəmələrində bir-birlərinə etdikləri işgəncələr kitablarda mövcuddur. Bu vəhşi hərəkətləri həqiqi İncilə tabe olmadıqlarını göstərməkdədir.

Hər müsəlman qəlbindən bütün pis əxlaqı çıxarıb gözəl əxlaqı yerləşdirməlidir. Bir neçəsini çıxarıb bir neçəsini yerləşdirməklə insan gözəl əxlaqlı olmaz. Təsəvvüf insanı bu kamala qovuşduran yoldur. [Belə olmayan yola təsəvvüf deyilməz. Hər elmin, hər sənətin saxtaları, korlanmışları olduğu kimi dindən, İslamiyyətdən, İslamiyyətin gözəl əxlaqından xəbərləri olmayan saxtakarlar, yalançılar özlərinə təriqətçi, şeyx deyirlər. Heç kimsə bunlara aldanmamalı, cahillərin, əxlaqsızların kitablarını oxumamalı, radiolarını dinləməməli, tələlərinə düşməməlidir.]

Pis əxlaqın məşhurları altmış ədəddir. Bunlardan qırx ədədi tərcümə edilərək qırx maddə halında aşağıda bildirilmişdir. Bunlardan çəkinən və əksini edən gözəl əxlaqlı olar.

Notes

  1. Müxbiri-Sadiq – doğru xəbərləri insanlara çatdıran Peyğəmbərimiz həzrəti Muhamməd (sallallahu əleyhi və səlləm). ↑

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail