Hakikat Books
English

Chapter 1 / 56

Birinci hissə

Questions answered in this chapter (6)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. İnsana dünyada və axirətdə zərər verən hər şey nədən meydana gəlir? draft Report an error
  2. Pis əxlaq qəlbə nə edir və qəlbin ölümü nədir? draft Report an error
  3. Küfrün ən pisi, ən böyüyü hansıdır (şirk)? draft Report an error
  4. Şirk nə deməkdir; müşrik kimə deyilir? draft Report an error
  5. Şirkdən sonra ən pis qəlb xəstəliyi hansıdır (bidət)? draft Report an error
  6. Edilməməsi lazım olan şeylər (günahlar) necə işlənir? draft Report an error

Kitabımızın birinci qismində pis əxlaqdan mühüm olan qırx ədədi və bunların çarələri açıqlanacaqdır. Aşağıdakı yazıların hamısı Əbu Said Muhamməd Hadiminin (rahiməhullahu təala) “Bəriqa” kitabının birinci cildindən tərcümə edilmişdir. Bu kitabı iki cild olub ərəbcədir. 1284-cü [m. 1868] ildə İstanbulda nəşr edilmiş, 1411-ci [m. 1991] ildə, “Hakikat Kitabevi” tərəfindən təkrar çap edilmişdir. Hadimi həzrətləri 1176-cı hicri qəməri [m. 1762] ilində Konyanın Hadim qəsəbəsində vəfat etmişdir.

PİS ƏXLAQ VƏ BUNLARDAN QURTULMAĞIN ÇARƏLƏRİ

İnsana dünyada və axirətdə zərər verən hər şey pis əxlaqdan meydana gəlməkdədir. Yəni, zərərlərin, pisliklərin başı pis əxlaqlı olmaqdır. Haramlardan [pisliklərdən] çəkinməyə “Təqva” deyilir. Təqva, ibadətlərin ən qiymətlisidir. Çünki bir şeyi bəzəmək üçün öncə çirkləri, pislikləri yox etmək lazımdır. Bunun üçün günahlardan təmizlənmədikcə taət-ibadətlərin faydası olmaz, heç birinə savab verilməz. Pisliklərin ən pisi “küfr”dür. Kafirin [Allaha düşmən olanın] heç bir yaxşılığı, xeyirxah əməlləri axirətdə faydalı olmaz. [Zülm ilə öldürülən kafir şəhid olmaz. Cənnətə girməz.] İmanı olmayanın heç bir yaxşılığına savab verilməz. Bütün yaxşılıqların təməli təqvadır. Hər şeydən öncə təqva sahibi olmağa çalışmaq lazımdır. Hər kəsə təqva sahibi olmağı əmr və nəsihət etmək lazımdır. Dünyada rahatlığa, hüzura qovuşmaq, sevişmək, qardaşca yaşaya bilmək, axirətdə də sonsuz əzabdan xilas olaraq əbədi nemətlərə, səadətlərə qovuşmaq ancaq təqva ilə nəsib olar.

Pis əxlaq qəlbi xəstə edər. Bu xəstəliyin artması qəlbin ölümünə [yəni küfrə] səbəb olur. Pis əxlaqın ən pisi olan şirk, yəni küfr isə qəlbin ən böyük zəhəridir. İmanı olmayanın, “Qəlbim təmizdir. Sən qəlbə bax” kimi sözləri boş sözlərdir. Ölmüş olan qəlb təmiz ola bilməz.

Küfrün növləri vardır. Hamısının da ən pisi, ən böyüyü “şirk”- dür. Bir pisliyin hər çeşidini bildirmək üçün çox vaxt bunların ən pisi söylənir. Bunun üçün ayəti-kərimələrdə və hədisi-şəriflərdə olan şirk kəliməsindən hər növ küfr mənası anlaşılır. Nisa surəsinin qırx səkkiz və yüz on altıncı ayəti-kərimələrində müşrikin heç əfv edilməyəcəyi bildirildi. Bu ayəti-kərimələr kafirlərin Cəhənnəm atəşində sonsuz yanacaqlarını bildirməkdədir.

[“Şirk”, Allahu təalaya ortaq qoşmaq, bənzətmək deməkdir. Bənzədən kimsəyə “Müşrik”, bənzədilən şeyə “Şərik” deyilir. Bir kimsədə, bir şeydə üluhiyyət sifətlərindən birisinin olduğuna inanmaq onu şərik etmək olur. Allahu təalaya məxsus olan sifətlərə, yəni “Sifəti-zatiyyə” və “Sifəti-sübutiyyə”lərə “üluhiyyət sifətləri” deyilir. Sonsuz var olmaq, yaratmaq, hər şeyi bilmək, xəstələrə şəfa vermək üluhiyyət sifətlərindəndir. Bir insanda, günəşdə, inəkdə, hər hansı bir məxluqda üluhiyyət sifəti olduğuna inanaraq ona təzim, hörmət etməyə, ona yalvarmağa, ona “ibadət etmək”, tapınmaq deyilir. O şeylər “Sanəm=büt” olur. Belə zənn olunan insanın və kafirlərin heykəlləri, rəsmləri və məzarları önündə də təzim edici şeylər söyləmək, etmək də ibadət etmək, şirk olur. Bir insanda üluhiyyət sifətlərindən birinin olduğuna inanmayıb, Allahın sevgili qulu olduğuna və ya vətənə, millətə xidmətləri olduğuna inanaraq bunun rəsminə, heykəlinə, təzim etmək şirk olmaz, küfr olmaz. Lakin hər hansı bir insanın rəsminə hörmət etmək haram olduğu üçün təzim, hörmət edən bir müsəlman fasiq olur. Haram olduğuna əhəmiyyət verməzsə, başqa bir haramı əhəmiyyət vermədən edənlər kimi “Mürtəd” olur. Müşrik olmayan yəhudi və xristianlar da Muhamməd əleyhissəlama inanmadıqları üçün kafirdirlər. [Allaha düşməndirlər.] Bunlara “Kitablı kafir” deyilir. İndi xristianların çoxu İsa əleyhissəlama üluhiyyət sifəti isnad etdikləri üçün müşrikdirlər. Barnabas və Aryus məzhəbində olanlar kitablı kafir olsalar da, bunlar bu gün yoxdur.]

Qəlb xəstəliklərinin şirkdən sonra ən pisi, “Bidət”lərə inanmaq və bidət işləməkdir. Bidətlərdən sonra günahlardan çəkinməmək gəlir. İstər kiçik olsun, istər böyük olsun şirkdən yəni küfrdən başqa günah işləyib, tövbə etmədən ölən bir mömin şəfaətə qovuşaraq, yaxud heç bir səbəb olmadan yalnız Allahu təalanın mərhəmət etməsi ilə əfv oluna bilər. Kiçik günah əfv edilməzsə, Cəhənnəmdə əzab çəkiləcəkdir. Qul haqqı da olan günahların əfvi çətindir və əzabları daha şiddətli olacaqdır. Zövcəsinin mehrini verməmək və insanların haqq dini öyrənmələrinə mane olmaq qul haqlarının ən böyüyüdür. Hədisi-şəriflərdə buyuruldu ki, “Bir zaman gələcək ki, insan qazancının halaldan, haramdan olduğunu düşünməyəcək” və “Bir zaman gələcək ki, İslamiyyətə tabe olmaq, əlində alov tutmaq kimi çətin olacaq.” Bunun üçün haramların hamısından və təhrimi məkruhlardan çəkinmək təqva olur. Fərzləri və vacibləri tərk etmək haramdır. Müəkkəd sünnətləri üzrsüz tərk etmək təhrimən məkruh olur deyildi. Etiqadda, əxlaqda və əməldə əmr olunanları tərk edənə qiyamətdə əzab ediləcəkdir. Əzaba səbəb olan şeyləri tərk etmək lazımdır. Məsələn, namaz qılmamaq və qadınların, qızların açıq gəzmələri böyük günahlardandır. Bir günahı tərk etmək, məsələn, beş vaxt namazı hər gün qılmaq çox lazımdır. Lakin bu kitabımızda tərk edilməməsi lazım olanları deyil, tərk edilməsi lazım olanları bildirəcəyik.

Edilməməsi lazım olan şeylər, ya bəlli bir üzv ilə icra edilir, yaxud bütün bədən ilə edilir. Günah işlənən üzvlərdən səkkiz üzv məşhurdur. Bu üzvlər; qəlb, qulaq, göz, dil, əl, mədə, fərc (cinsiyyət orqanı) və ayaqlardır. Qəlb insanın sinəsində, sol tərəfində olan ürək deyilən ət parçasına üfürülmüş ruhani bir lətifdir. Ruh kimi maddə olmayan [mücərrəd olan] bir varlıqdır. Günah işləyən bu üzvlərin özləri deyildir. Bunlarda olan hiss qüvvətləridir. Dünyada və axirətdə səadətə qovuşmaq, rahat olmaq istəyən bu üzvlərin günah işləmələrinə mane olmalıdır. Günah işləməmək qəlbində təbii, adət halını almalıdır. Namaz qılan, haram işləməyən sünni bir kimsəyə “Müttəki” və “Saleh” [yaxşı insan] deyilir. Allahu təalanın rızasına, sevməsinə qovuşaraq, “Vəli”si olur. Qəlbdə adət halını almadan, özünü məcbur edərək günahlardan çəkinmək də təqva olsa da, övliya olmaq üçün günah işləməmək adət halını almalıdır. Bunun üçün də qəlbin təmizlənməsi lazımdır. “Qəlbin təmizlənməsi İslamiyyətə tabe olmaqla olur.” “İslamiyyət” üç qismdir: Elm, əməl, ixlas. Yəni, əmrləri və qadağaları öyrənmək, öyrəndiklərinə əməl etmək, bunları yalnız Allah rızası üçün etmək lazımdır. Qurani-Kərim bu üçünü əmr və mədh etməkdədir. Bu “İslam əxlaqı” kitabında qəlbin təmizlənməsi üçün yalnız tərk edilməsi lazım olan günahlar bildiriləcəkdir. Bunlara “Pis əxlaq” deyilir.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail