Hakikat Books
English

Chapter 5 / 56

Mal, mövqe hərisliyi

Questions answered in this chapter (6)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Üçüncü pis xasiyyət olan mal və mövqe hərisliyi nədir? draft Report an error
  2. “İki ac qurd” hədisi mal və şöhrət hərisliyi haqqında nə bildirir? draft Report an error
  3. “İnsana zərər olaraq barmaqla göstərilməsi kifayətdir” hədisi nəyi izah edir? draft Report an error
  4. “Tərifləməyi sevmək insanı kor və kar edər” hədisi nəyi izah edir? draft Report an error
  5. Mövqe və şöhrət arzusu insanda hansı səbəblərdən hasil olur? draft Report an error
  6. Mövqe istəməyin səbəblərindən nəfsi əyləndirmək nədir? draft Report an error

3 – Qəlb xəstəliklərinin, yəni pis əxlaqın üçüncüsü mal və mövqe hərisliyidir. Aşağıdakı hədisi-şəriflər “Hubbürriyasət” deyilən bu xəstəliyin müayinə və müalicəsini öyrədir:

1) “İki ac qurd bir qoyun sürüsünə girdiyi zaman verdikləri zərərdən mal və şöhrət hərisliyinin verəcəyi zərər daha çoxdur.”

2) “İnsana zərər olaraq din və dünya işlərində barmaqla göstərilməsi bəs edər.” Yəni, insanın din və ya dünya işlərində şöhrət sahibi olması dininə də, dünyasına da çox zərər verir.

3) “Mədh olunmağı sevmək insanı kor və kar edər. Qəbahətlərini, qüsurlarını görməz. Doğru sözləri, ona edilən nəsihətləri eşitməz.”

Mövqe və şöhrət sahibi olmaq arzusu insanlarda üç şeydən hasil olur: Birinci səbəb, nəfsin arzularına qovuşmaqdır. Nəfs arzularının haram yollardan əldə edilməsini istəyər. İkincisi, özünün və başqalarının haqlarını zalımlardan qurtarmaq və müstəhəb olan, məsələn, sədəqə vermək üçün və yaxşı əməllər etmək üçün yaxud, mübah olan işlər etmək üçün, məsələn, yaxşı yemək, yaxşı geyinmək, yaxşı evlərdə yaşamaq və ailə-uşaq sahibi olub, rahat və məsud yaşamaq üçün və ya ibadətlərinə mane olacaq şeylərdən qurtulmaq üçün və İslam dininə, müsəlmanlara xidmət üçün mövqe sahibi olmaq istəmək olar. Bu niyyət ilə vəzifəyə qovuşarkən, riya kimi, haqqı batil ilə qarışdırmaq kimi, İslamiyyətin qadağan etdiyi şeyləri etməzsə və vacibləri, sünnətləri tərk etməzsə, bunun mövqe sahibi olması caizdir, hətta müstəhəbdir. Çünki, caiz və lazım olan şeylərə qovuşdurucu səbəbləri, vasitələri etmək də caiz və lazım olur. Allahu təala Qurani-Kərimdə yaxşı insanların necə olacağını bildirərkən, bunların “Müsəlmanlara imam olmaq istədiklərini” də bildirməkdədir. Süleyman əleyhissəlam, “Ya Rəbb! Məndən sonra kimsəyə nəsib etməyəcəyin bir mülkü mənə ehsan eylə!” deyərək məlik və əmir olmaq istəmişdir. Öncəki dinlərdən bildirilən və rədd edilməyən xəbərlər bizim dinimizdə də mötəbərdir. Hədisi-şərifdə, “Haqq və ədalət üzrə bir gün hakimlik etməyi, bir il davamlı qəzavat etməkdən daha çox sevirəm” buyuruldu. Bir hədisi-şərifdə, “Bir saat ədalət ilə idarəçilik etmək, altmış il nafilə ibadət etməkdən daha yaxşıdır” buyuruldu. Riya ilə və haqqı batil ilə qarışdıraraq vəzifə sahibi olmaq caiz deyildir. Yaxşı niyyətlə olsa da caiz deyildir. Çünki haramları və məkruhları yaxşı niyyət ilə də etmək caiz deyildir. Hətta, bəzi haramların yaxşı niyyətlə edilməsi daha böyük günah olur. Niyyətin yaxşı olması itaətlərdə, ibadətlərdə faydalı olur. Mübah, hətta fərz olan bir əməl niyyətə görə günah ola bilər. Günah işləyənin, “Sən qəlbimə bax! Qəlbim təmizdir. Allah qəlbə baxar” sözünün yanlış, hətta zərərli olduğu buradan da aydın olur.

Mövqe sahibi olmağı istəməyin səbəblərindən üçüncüsü nəfsini əyləndirməkdir. Nəfs, maldan olduğu kimi mövqedən də ləzzət alır. Arada İslamiyyətə uyğun olmayan işlər olmazsa, nəfsi ləzzət aldığı şeyə qovuşdurmaq haram olmasa da, təqvanın, himmətin az olduğunu göstərir. Mövqe əldə etdikdən sonra insanların könüllərini qazanmaq üçün, riya, yaltaqlıq etməsindən və özünü göstərməsindən qorxulur. Hətta, münafiqlik və haqqı batillə qarışdırmaq və hətta hiylə və yalan kimi təhlükəli hallar da ola bilər. Halal ilə haram qarışıq olan şeyi etməmək lazımdır. Mövqe sahibi olmağın bu üçüncü səbəbi, haram deyilsə də, yaxşı olmadığı üçün əlacını bilmək və etmək lazımdır. Öncə mövqenin keçici, ötəri olduğunu və zərərlərini, təhlükələrini düşünmək lazımdır. Şöhrətdən və hörmət toplayaraq kibrli olmaqdan qurtulmaq üçün, İslamiyyətdə mübah, caiz olub, xalqın bəyənmədiyi işləri etmək lazımdır. Bir zamanlar bir əmir bir zahidin ziyarətinə gedir. Zahid əmirin və ətrafındakıların ona yaxınlaşmaq istədiklərini anladıqda, ziyafət verir. Özü iri tikələri hərisliklə tez-tez yeməyə başlayır. Əmir bu halı görüb, zahidi bəyənməyərək oradan ayrılır. Zahid arxasından, “Əlhamdulillah! Rəbbim məni qurtardı” deyir. Mövqe sahibi olmaq arzusunu yox edən ən qüvvətli dərman insanlardan uzaq durmaqdır. Din və dünya üçün zəruri vəzifələrdən başqa insanlar arasına qarışmamaq lazımdır. Hədisi-şərifdə bu əlac tövsiyə edilmişdir.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail