Hakikat Books
English

Chapter 8 / 56

Bidət etiqadı

Questions answered in this chapter (2)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Altıncı pis xasiyyət olan bidət etiqadı nədir? draft Report an error
  2. Quranda və hədisdə açıqca bildirilənə inanmayan və ya şübhə edən nə olar? draft Report an error

6 – “Bidət etiqadı”, yanlış, azğın inanmaqdır. İmanın pozuq və azğın olmasıdır. Müsəlmanların çoxu bu pis xəstəliyə tutulmuşdurlar. Hiss orqanları ilə anlaşıla bilməyən, hesab ilə əldə oluna bilməyən şeylərdə ağıl işlətmək və ağlın yanıldığı şeylərə inanmaq insanı bu xəstəliyə gətirib çıxarar. Hər müsəlmanın “etiqadda məzhəb”in iki İmamından birinə, yəni “Matüridi” və ya “Əşari” məzhəbinə tabe olması lazımdır. Bu iki İmamdan birini təqlid etmək insanı bu xəstəlikdən qurtarar. Çünki “Əhli-sünnət” alimləri (rahiməhumullahu təala) ağlın çatmadığı bilgilərdə yalnız Qurani-Kərimə və Hədisi-şəriflərə tabe olmuş, ağıllarını yalnız bu ikisinin mənalarını axtarıb tapmaqda və anlamaqda işlətmişdirlər. Bu mənaları Əshabı-kiramdan, Onlar da Rəsulullahdan öyrənmiş və öyrəndiklərini kitablarına yazmışdırlar. [Qurani-Kərimdə və Hədisi-şəriflərdə açıqca bildirilmiş olan bir şeyə inanmayan və ya şübhə edən “Kafir” [Allahın düşməni] olur. Açıq olaraq bildirilməmiş, şübhəli olan əmrlərə yanlış məna vermək “Bidət” olur. Qurandan, hədisdən yanlış məna çıxarana “Bidət sahibi” deyilir. Öz anladıqlarına, düşüncələrinə Quran, hədis deyənə “Zındıq” deyilir. Bu yanlış anladığına inanan, bidət sahibi olur. Belə şey olmaz, ağlım qəbul etməz desə, kafir olur. Bir harama mübah deyən kimsə, bir ayətə və ya hədisi-şərifə istinad edərək söyləyirsə, kafir olmaz, bidət sahibi olur. Əbu Bəkr ilə Ömərin xilafətə seçilmələri haqlı deyildi demək bidətdir. Xilafətə haqları yox idi demək küfrdür. Muhamməd Şihristani (rahiməhullahu təala), “Miləl və Nihal”da deyir ki, Hənəfi məzhəbinin alimləri etiqadda Əbu Mansur Matüridi (rahiməhullahu təala) həzrətlərinə tabe olmuşdurlar. Çünki Əbu Mansur həzrətləri üsul və füruda İmam Əzəm Əbu Hanifənin məzhəbindədir. “Üsul”, etiqad deməkdir. “Füru”, əhkami-islamiyyə deməkdir. Maliki, Şafii və Hənbəli məzhəblərinin alimləri etiqadda Əbül-Həsən Əşari (rahiməhullahu təala) həzrətlərinə tabe olmuşdurlar. Əbül-Həsən Əşari həzrətləri Şafii məzhəbində idi. Şafii alimlərindən Əbül-Həsən Əli Sübqinin oğlu Abdülvəhhab Tacüddini Sübqi (rahiməhullahu təala) deyir ki, hənəfi alimlərinin kitablarını araşdırdım, on üç məsələdə Şafii etiqadından ayrıldıqlarını gördüm. Lakin bu ayrılıqları onları doğru yoldan çıxarmır. Əsasda ayrılıqları yoxdur. Hər ikisi də haqq yoldadır. Muhamməd Hadimi (rahiməhullahu təala) “Bəriqa” kitabının üç yüz on yeddinci səhifəsində, Matüridi və Əşari məzhəbləri arasındakı ən kiçik fərqləri də hesaba qataraq hamısının yetmiş üç ədəd olduğunu bildirmişdir. Bidət sahiblərinin mütləq Cəhənnəmə gedəcəkləri “Hadiqa” və “Bəriqa” kitablarında geniş yazılmışdır.]

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail