Hakikat Books
English

Chapter 9 / 56

Həvayi nəfs

Questions answered in this chapter (7)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Yeddinci pis xasiyyət olan həvayi-nəfs (nəfsin həvəsi) nədir? draft Report an error
  2. “Ümmətimin iki pis xasiyyətə yoluxmasından qorxuram” hədisi nəyi bildirir? draft Report an error
  3. Ağlın əlaməti haqqında hansı hədis vardır? draft Report an error
  4. İmam Rabbaniyə görə varlıqların əsli və nəfsin halı necədir? draft Report an error
  5. Nəfslə edilən iki cihad nədir? draft Report an error
  6. İnsanda nəfs olmasaydı, nə olardı? draft Report an error
  7. İbadət nə deməkdir? draft Report an error

7 – Qəlb xəstəliklərinin, yəni pis əxlaqın yeddincisi, “nəfsin həvası”na, şəhvətlərinə, istəklərinə, ləzzətlərinə tabe olmaqdır. Bunun pis olduğu Ayəti-kərimələrdə açıqca bildirilmişdir. Nəfsin arzularının insanı Allah yolundan azdırıcı olduqları, Qurani-Kərimdə xəbər verilmişdir. Çünki nəfs daim Allahu təalanı inkar, Ona inad, üsyan etmək istər. Hər işdə nəfsin arzularına tabe olmaq, nəfsə tapınmaq olur. Nəfsinə tabe olan, küfrə və ya bidət sahibi olmağa yaxud fisqə yəni haram işləməyə başlar. Əbu Bəkr Tamistani (rahiməhullahu təala) deyir ki, “Nəfsə tabe olmaqdan qurtulmaq, dünya nemətlərinin ən böyüyüdür. Çünki nəfs, Allahu təala ilə qul arasındakı pərdələrin ən böyüyüdür”. Səhl ibn Abdullah Tüstəri [283 h. Bəsrədə] deyir ki, “İbadətlərin ən qiymətlisi, nəfsə uymamaqdır”. İslam ibn Yusif Bəlhi, Hatəm-ül-əsama [237 h.] bir şey hədiyyə etdi. Hatəm bunu qəbul etdikdə, “bunu qəbul etmək nəfsin arzusuna tabe olmaq deyilmi?” dedilər. “Qəbul etməklə özümü zəlil, onu əziz eylədim. Rədd etsəydim, özüm əziz, o zəlil olardı. Nəfsimin xoşuna gələrdi”, dedi. Rəsulullah (sallallahu əleyhi və səlləm), uzun bir Hədisi-şərifin sonunda buyurdu ki, “İnsanı fəlakətə sürükləyən şeylər üçdür: Xəsislik, nəfsə tabe olmaq, özünü bəyənmək.” İmam Qəzali (rahiməhullahu təala) buyurdu ki, Allahu təalanın insana yardımına mane olan pərdələrin ən pisi, “Ucb”dur. Yəni eyblərini görməyib ibadətlərini bəyənməkdir. İsa əleyhissəlam buyurdu ki, “Ey havarilər! Külək çox işıqları söndürmüşdür. Ucb da çox ibadətləri söndürmüş, savablarını yox etmişdir.”

Hədisi-şərifdə, “Ümmətimin iki pis əxlaqa yoluxmalarından çox qorxuram. Bunlar, nəfsə tabe olmaq və ölümü unudub dünya arxasınca getməkdir” buyuruldu.

Nəfsə tabe olmaq İslamiyyətə tabe olmağa mane olur. Ölümü unutmaq, nəfsə tabe olmağa səbəb olur. Hədisi-şərifdə, “Ağlın əlaməti, nəfsə qalib və hakim olmaq və öldükdən sonra lazım olanları hazırlamaqdır. Axmaqlıq əlaməti, nəfsə tabe olub, Allahdan əfv, mərhəmət gözləməkdir” buyuruldu. Nəfsə tabe olub tövbə və istiğfar etmədən, əfv və Cənnət gözləmək axmaqlıqdır. Səbəbinə yapışmadan bir şey gözləməyə “Təmənni” deyilir. Səbəbinə yapışdıqdan sonra, gözləməyə “Rəca” deyilir. Təmənni, insanı tənbəlliyə aparır. Rəca isə, çalışmağa səbəb olur. Nəfsin sevdiyi, istədiyi şeylərə “Həva” deyilir. Nəfs yaradılışında pislikləri, zərərli şeyləri sevici və istəyicidir. “Nəfsindən çəkin daim. Ona güvənmə əsla. Yetmiş şeytandan daha artıq düşməndir sənə” beyti tam yerində söylənmişdir. Nəfsin insanı haramlara və məkruhlara sürükləməsinin zərərləri meydandadır. İstəkləri daima heyvani arzulardır. Heyvani arzular isə hər zaman dünyadakı ehtiyaclardır. İnsan bu arzuların arxasınca getdiyi qədər, axirət ehtiyaclarını hazırlamaqda geri qalır. Çox mühüm olan bir şey də budur ki, nəfs mübahlarla doymaz. Mübahlardan istifadə etməyi artırdıqca istəklərini artırır. Yenə də doymaz. İnsanı haramlara sürükləyər. Bundan başqa mübahlardan həddən artıq istifadə ələmlərə, dərdlərə, xəstəliklərə səbəb olur. Belə insan daima mədəsini, istəklərini düşünür. Xəsis və rəzil olur.

[İmam Rabbani (rahiməhullahu təala) buyurur ki, “Bütün varlıqların əsli “Adəm”dir, yoxluqdur. Hər şey yox ikən Allahu təala bunları yoxluqda bilirdi. Elmindəki bu adəmlərə öz sifətlərindən əks etdirdi, yansıtdı. Varlıqların əsilləri hasil oldu. Elmdəki bu əslləri xaricə çıxardı. Alma çəyirdəyinin alma ağacına əsl olması kimi varlıqlar hasil oldu. İnsanın quruluşunu anlamaq üçün bir şeyin aynadakı xəyalını düşünək. Aynadakı bu görüntü o şeydən gələn şüaların aynadakı əksidir. Ayna adəm (yoxluq) kimidir. İnsanın qəlbi və ruhu bu şüalara bənzər. Ayna insanın bədəninə, şüşənin parlaqlığı isə nəfsə bənzər. Yəni, nəfsin əsli adəmdir. Qəlb ilə, ruh ilə əlaqəsi yoxdur”. Nəfsə tabe olan həmişə İslamiyyətdən kənara çıxar. Heyvanlarda ağıl və nəfs olmadığı üçün ehtiyaclarını tapdıqda ödərlər. Yalnız bədənlərinə zərər verən, onları incidən şeylərdən qaçarlar. İslam dini rahat və hüzur içində yaşamaq üçün lazım olan şeylərdən və dünya ləzzətlərindən faydalı olanları qadağan etmir. Bunların əldə edilməsində və istifadə olunmasında ağla və dinə tabe olmağı əmr edir. İslam dini insanların dünyada da, axirətdə də rahat və hüzur içində yaşamasını istəyir. Bunun üçün ağıla tabe olmağı əmr edir. Nəfsə tabe olmağı qadağan edir. Ağıl yaradılmasaydı insan hər zaman nəfsinə tabe olar, fəlakətlərə sürüklənərdi. Nəfs olmasaydı insan yaşaması və törəməsi üçün, mədəni həyat üçün lazım olan şeyləri qazanmaqdan ötrü çalışmasında qüsur edərdi və nəfs ilə cihad savabından məhrum qalardı. Mələklərdən daha üstün olmaq yolu bağlı qalardı. Hədisi-şərifdə buyuruldu ki, “Axirətdə olacaqlardan sizin bildiklərinizi heyvanlar bilsəydi, yemək üçün ət tapa bilməzdiniz!” Yəni, heyvanlar axirətdəki əzabların qorxusundan yeməkdən, içməkdən kəsilərdilər. Bir dəri, bir sümük qalardılar. İnsanlarda nəfs olmasaydı, heyvanlar kimi qorxudan yeyə, içə və yaşaya bilməzdilər. İnsanların yaşaya bilmələri, nəfslərinin qəfləti və dünya ləzzətlərinə düşkün olması ilədir. Nəfs iki tərəfi kəskin bıçaq kimidir. Həm də zəhərli dərman kimidir. Həkimin tövsiyəsinə görə istifadə edən bundan fayda qazanar. Həddən artıq işlədən həlak olar. İslamiyyət nəfsin həlak edilməsini, yox edilməsini deyil, tərbiyə edilməsini, ondan istifadə edilməsini əmr edir.]

Nəfsin İslamiyyətdən qırağa çıxmasının qarşısını almaq üçün onunla iki cihad vardır: Birincisi, ona tabe olmamaq, onun arzularını yerinə yetirməməkdir. Buna, “Riyazət” çəkmək deyilir. Riyazət, vəra və təqva ilə olur. “Təqva”, haramlardan çəkinməkdir. “Vəra” haramlardan və mübahlardan ehtiyacdan artıq istifadə etməkdən də çəkinməkdir. Cihadın ikincisi, nəfsin istəmədiyi şeyləri etməkdir. Buna “Mücahədə” deyilir. Bütün ibadətlər mücahədədir. Bu iki cihad nəfsi tərbiyə edər. İnsanı kamilləşdirir. Ruhları qüvvətləndirir. Siddiqlərin, şəhidlərin və salehlərin yoluna qovuşdurur. Allahu təala qullarının itaətlərinə, ibadətlərinə möhtac deyildir. Qullarının günah işləməsi Ona heç zərər verməz. Qullarının nəfslərini tərbiyə etmək, nəfslə cihad etmək üçün bunları əmr etmişdir.

İnsanlarda nəfs olmasaydı, insanlıq qalmaz, mələklik hasil olardı. Halbuki, bədən bir çox şeylərə möhtacdır. Yemək, içmək, yatmaq, istirahət etmək lazımdır. Süvariyə heyvan lazım olduğu kimi, insana da bədən lazımdır. Heyvana baxmaq lazım olduğu kimi, bədənə xidmət etmək də lazımdır. İbadətlər bədən ilə edilir. Bir nəfərin gecələri yatmayıb, ancaq namaz qıldığı söyləndikdə, “İbadətlərin qiymətlisi az olsa da davamlı edilənlərdir” buyuruldu. İbadətin davamlı edilməsində qulluğa alışmaq vardır.

Niyyət edərək İslamiyyətə tabe olmağa “İbadət” etmək deyilir. Allahu təalanın əmrlərinə və qadağalarına “Əhkami-islamiyyə” və “Əhkamı ilahiyyə” deyilir. Əmr edilənlərə “Fərz”, qadağan edilənlərə “Haram” deyilir. Hədisi-şərifdə, “İbadətləri taqətiniz çatacaq qədər edin. Zövqlə edilən ibadətin qiyməti çox olur” buyuruldu. Bədən istirahət etdikdə ibadətlər həvəslə edilir. Bədən və zehn yorğun ikən edilən işdən sıxıntı hasil olur. Yorğunluğu aradan qaldırmaq üçün arabir mübah olan şeylərlə bədənə nəşə gətirmək lazımdır. İmam Qəzali (rahiməhullahu təala) buyurur ki, “Çox ibadət etdikdə bədən yorulur. Hərəkət etmək istəməz. Bu zaman yatmaqla və ya salehlərin həyat hekayələrini oxumaqla, yaxud mübah olan əyləncələrlə bədəni nəşələndirmək lazımdır. Belə etmək sıxılaraq ibadət etməkdən əfdaldır (daha yaxşıdır).” İbadət etməkdə məqsəd həm mücahədə edərək nəfsi tərbiyə etmək, həm də qəlbə sakitlik, rahatlıq vermək, qəlbi Allaha bağlamaq üçündür. “Namaz insanı pis və çirkin işlər etməkdən qoruyar” buyuruldu. Sevərək, nəşə ilə qılınan namaz belə olur. Bu nəşəni hasil etmək üçün nəfsin mübahlardakı arzularını ehtiyac olduğu qədər yerinə yetirmək lazım olur. Belə etmək İslamiyyətə tabe olmaq olur. İbadətlərə səbəb olan mübahlar da ibadət sayılır. “Alimin yuxusu cahilin ibadətindən xeyirlidir” hədisi-şərif, bu sözümüzün şahididir. Mürgüləyərək, yuxulayaraq, təravih namazı qılmaq məkruhdur. Yuxulu hal getdikdən sonra nəşə ilə qılmaq lazımdır. Yuxulayaraq qılınan namazda zəiflik və qəflət olur.

[Yuxarıdakı yazıları yanlış anlamaq lazım deyil. Yorğunluq və sıxıntı hasil olduğu zaman ibadət təxir edilir, tərk edilməz. Fərzləri üzrsüz tərk etmək böyük günahdır. Qəza etmək fərz olur. Vacibləri də qəza etmək vacib olur. Sünnətləri tərk edən bunların savabından məhrum qalır. Üzrsüz tərk etməyi adət edərsə, bu sünnətlərə məxsus olan şəfaətdən məhrum qalar. Yorğun, halsız, nəşəsiz olmaq, fərzləri vaxtından sonraya saxlamaq üçün üzr olmaz. Vaxtından sonraya saxlamaq günahından və əzabından insan qurtula bilməz. Əhkami-islamiyyəyə, yəni fərzlərə və haramlara əhəmiyyət verməməyin küfr olduğu aqaid (iman bilgiləri) kitablarında bildirilmişdir. İslam düşmənləri bu nöqtədən də gəncləri aldatmağa, İslamiyyəti içəridən yıxmağa çalışırlar. Bunlara aldanmamaq üçün Əhli-sünnət alimlərinin yazdıqları fiqh və elmihal kitablarını oxuyub, fərzləri, haramları yaxşı öyrənməkdən başqa çarə yoxdur.]

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail