Hakikat Books
English

Chapter 21 / 56

Hicr

Questions answered in this chapter (3)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. On səkkizinci pis xasiyyət olan hicr (küsülülük) nədir? draft Report an error
  2. Qeyri-müsəlman vətəndaşlara dünya işləri üçün küsülü olmaq caizdirmi? draft Report an error
  3. Küsülü olduğu şəxslə nə vaxt barışmaq daha yaxşıdır? draft Report an error

18 – Hicr, dostluğu tərk etmək, küsülü olmaq deməkdir. Hədisi-şərifdə, “Möminin möminə üç gündən çox hicr etməsi halal olmaz. Üç gecədən sonra onun yanına gedib salam verməsi vacib olur. Salamına cavab verərsə, savabda ortaq olurlar. Verməzsə günah ona olur” buyuruldu. İstər kişi, istər qadın olsun dünya işləri üçün möminin mömindən inciməsi, yəni onu tərk etməsi, aradakı bağlılığı kəsməsi caiz deyildir. Zimmi, yəni qeyri-müsəlman müaməlatda müsəlman kimidir. İbadətlərdən və nikahdan başqa olan işlərə “Müaməlat” deyilir.

[Qeyri-müsəlman vətəndaşlardan da dünya işləri üçün incik olmaq caiz deyildir. Onların da gülər üzlə, şirin dillə könüllərini almaq, incitməmək, haqlarını ödəmək lazımdır. İstər müsəlman, istər kafir olsun, istər İslam məmləkətində, istər darül hərbdə olsun, harada olursa olsun, heç bir insanın malına, canına və şərəfinə, namusuna toxunmaq caiz deyildir. İslam məmləkətində yaşayan kafirlər və başqa məmləkətlərdən gələn kafir turistlər, kafir tacirlər, müaməlatda müsəlmanların haqq və hürriyyətlərinə malikdirlər. Öz dinlərinin vəzifələrini etməkdə, ibadətlərini yerinə yetirməkdə sərbəstdirlər. İslamiyyət kafirlərə də bu hürriyyəti vermişdir. Müsəlman, Allahın əmrlərinə tabe olmalı, günah işləməməlidir. Hökumətin qanunlarına qarşı gəlməməli, cinayət işləməməlidir. Fitnə çıxmasına səbəb olmamalıdır. Müsəlmanlara və kafirlərə hər yerdə yaxşılıq etməli, hər kəsin haqqına riayət etməlidir. Heç kimə zülm, işkəncə etməməlidir. Müsəlmanlığın gözəl əxlaqını, şərəfini, hər yerdə hər kəsə göstərməli, hər millətin İslam dininə sevgi və hörmət bəsləməsinə səbəb olmalıdır].

Küsülü olana üç gündən öncə gedib barışmaq daha yaxşıdır. Çətinlik olmaması üçün üç gün icazə verilmişdir. Daha sonra günah başlar və gün keçdikcə artar. Günahın artması barışana qədər davam edər. Hədisi-şərifdə, “Səndən küsənə get, barış! Zülm edəni əfv et. Pislik edənə yaxşılıq et!” buyuruldu. “Əssələmü aleyküm” deyənə on savab verilir. Əssələmü aleyküm və rahmətullah deyənə iyirmi savab verilir. Əssələmü aleyküm və rahmətullah və bərəkətüh deyənə otuz savab verilir. Cavab verməkdə də belədir. Üç gündən artıq küsülü qalan şəfaət olunmazsa, əfv olunmazsa, Cəhənnəmdə əzab görəcəkdir. Günah işləyənə ona nəsihət olmaq niyyəti ilə hicr etmək caizdir, hətta müstəhəbdir. Allahu təala üçün incimək olar. Hədisi-şərifdə, “Əməllərin, ibadətlərin ən qiymətlisi hubbi fillah və buğdı fillahdır” buyuruldu. Hubbi fillah, Allahu təala üçün sevmək deməkdir. Buğdı fillah, Allahu təala üçün sevməmək, incik olmaq deməkdir. Allahu təala Musa əleyhissəlamdan soruşdu: “Mənim üçün nə etdin?” “Sənin üçün namaz qıldım, oruc tutdum, zəkat verdim, ismini çox zikr eylədim”, dedikdə, Allahu təala, “Namaz, sənə burhandır (dəlildir). Pis iş etməkdən qoruyar. Oruc, qalxandır. Cəhənnəm atəşindən qoruyar. Zəkat da məhşər yerində kölgə verər, sənə rahatlıq verər. Zikr, məhşərdə qaranlıqdan qurtarar, işıq verər. Mənim üçün nə etdin?” buyurdu. “Ya Rəbb! Sənin üçün olan işin nə olduğunu mənə bildir”, deyə yalvardıqda, “Ya Musa! Dostlarımı sevdinmi? Düşmənlərimdən əlaqəni kəsdinmi?” buyurdu. Musa əleyhissəlam Allahu təalanın ən çox sevdiyi ibadətin hubbi fillah və buğdı fillah olduğunu anladı. Günah işləyəni, qəbahət edəni uzun zaman hicr eyləmək caizdir. Əhməd ibn Hanbəlin (rahiməhullahu təala) haramdan gəldiyi bilinən hədiyyəni qəbul etdikləri üçün əmisini və oğullarını hicr eylədiyi məşhurdur. Rəsulullah (sallallahu əleyhi və səlləm) Təbük qəzasına gələ bilməyən üç nəfəri və zövcələrini hicr eyləmişdir.

Allaha təvəkkül edənin yavəri Haqdır.

Naşad könül bir gün olar şad olacaqdır.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail