Hakikat Books
English

Chapter 22 / 56

Cübn

Questions answered in this chapter (2)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. On doqquzuncu pis xasiyyət olan cübn (qorxaqlıq) nədir və şücaət nədir? draft Report an error
  2. “Qızım Fatimə oğurluq etsə, əlini kəsərəm” hədisi nəyi bildirir? draft Report an error

19 – Cübn, qorxaqlıq deməkdir. Qəzəbin, sərt davranmağın lazımlı miqdarına “Şücaət” deyilir. Lazımından az olmasına, zəif olmasına “Cübn” deyilir. Cübn, pis əxlaqdır. İmam Muhamməd ibn İdris Şafii (rahiməhullahu təala) buyurur ki, “Şücaət göstərmək lazım olan yerdə qorxaqlıq edən eşşəyə bənzər. Üzr istənilən kimsə qəbul etməzsə şeytana bənzər”. Qorxaq olan zövcəsinə və əqrəbasına qarşı qeyrətsizlik və həmiyyətsizlik göstərər. Onları qoruya bilməz. Zillətə və zülmə boyun əyər. Haram işləyəni gördükdə susar. Başqalarının malına tamah edər. İşində səbat göstərməz. Verilən vəzifənin əhəmiyyətini anlamaz. Allahu təala Tövbə surəsində şücaəti, qəhrəmanlığı mədh edir. Nur surəsində zina edənlərə həd cəzası verilməsində mərhəmət olunmamasını əmr edir.

Hədisi-şərifdə, “Sevgili qızım Fatimə oğurluq edərsə əlini kəsərəm!” buyuruldu. Allahu təala Fəth surəsində Əshabı-kirama (radıyallahu təala anhum əcmain), “Kafirlərə qəzəb edərlər”, hərbdə sərt davranarlar deyərək mədh edir. Tövbə surəsi, yetmiş üçüncü ayəti-kəriməsinin məali-alisi, “Kafirlərə qarşı sərt ol!”. Yəni “hücum etdikləri zaman qorxma”dır. Bir hədisi-şərifdə, “Ümmətimin xeyirlisi dəmir kimi dözümlü olanıdır” buyuruldu. İslama və müsəlmanlara düşmənlik edənlərə, hücum edənlərə qarşı sərt olmaq lazımdır. Bunlara qarşı qorxaq olmaq caiz deyildir. Qorxaraq qaçmaq Allahu təalanın təqdirini dəyişdirməz. Əcəl gəldikdə Əzrail əleyhissəlam insanı harada olursa olsun tapar. Özünü təhlükəyə atmaq da caiz deyildir. Təhlükəli yerdə yalnız qalmaq, yalnız gəzmək günahdır.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail