Hakikat Books
English

Chapter 27 / 56

Sui-zənn

Questions answered in this chapter (4)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. İyirmi dördüncü pis xasiyyət olan suizənn nədir? draft Report an error
  2. “Qəlbimiz təmizdir” deyib haram işləmək necədir? draft Report an error
  3. Allahu təalaya hüsni-zənn etmək haqqında nə bildirilir? draft Report an error
  4. Peyğəmbərlərin bildirdiyi xəbərlərə necə inanılmalıdır? draft Report an error

24 – Günahının bağışlanmayacağını zənn etmək Allaha (cəllə cəlaluhu) sui-zənn olar. Möminləri haram işləyən yəni, fasiq zənn etmək sui-zənn olar. Sui-zənn haramdır. Haram işlədiyini öyrənərək, bilərək onu sevməmək sui-zənn olmaz, buğdi-fillah (Allah üçün sevməmək) olar, savab olar. Din qardaşının ayıbını gördükdə ona hüsni-zənn etməli, təvilinə çalışmalıdır. Onu islah etməlidir. Qəlbə gələn xatirə, düşüncə sui-zənn olmaz. Zənn etmək yəni, qəlbin o tərəfə meyl etməsi sui-zənn olar. Hucurat surəsinin 12-ci ayətində məalən, “Ey iman edənlər! Sui-zənn etməkdən özünüzü qoruyun! Zənn etməyin bəzisi günahdır” buyuruldu. Hədisi-şərifdə “Sui-zənn etməyin. Sui-zənn səhv qərar verməyə səbəb olar. İnsanların gizli işlərini araşdırmayın, qüsurlarını görməyin, münaqişə etməyin, həsəd etməyin, bir-birinizə düşmənlik etməyin, bir-biriniz haqqında dedi-qodu etməyin, qardaş kimi sevişin. Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, yardım edər. Onu özündən aşağı görməz” buyuruldu. Müsəlmanın müsəlmanı öldürməsi haramdır. Bir hədisi-şərifdə, “Müsəlman müsəlmanın canına, malına və namusuna təcavüz etməz. Allahu təala bədənlərinizin qüvvətinə, gözəlliyinə baxmaz. Əməllərinizə də baxmaz. Qəlblərinizə baxar”, buyuruldu. Allah (cəllə cəlaluhu) qəlblərdə olan ixlasa və Allah qorxusuna baxar. Əməllərin, ibadətlərin qəbul olunması üçün yəni, savab verilməsi üçün həm şərtlərinə uyğun olması, həm də ixlas ilə niyyət etməsi lazımdır. “İbadət səhih olarsa, qəbul olunar. Niyyətə baxılmaz” demək ilhad olar, zındıqlıq olar. Allah rızası üçün edilməyən xeyrat, yaxşılıq və ibadətlər qəbul olunmaz. “Allahu təala qəlbə baxar. Yaxşı niyyətlə edilən hər şeyi qəbul edər” demək də cahil şeyxlərin, təriqətçilərin sözləridir.

[Qəlbimiz təmizdir, deyərək haram, çirkin və pis işlər görürlər. Yaxşı niyyət ilə edilən hər şey yaxşılıq və ibadət olar, deyirlər. Belə açıq-aşkar günah işləyənləri və müsəlmanları aldadaraq özlərinə mürid toplayanları sevməmək, bunlara tabe olmamaq lazımdır. Bunların fasiq olduqlarını söyləmək sui-zənn olmaz.]

Hədisi-şərifdə, “Allaha hüsni-zənn edin!” buyuruldu. Zümər surəsi 53-cü ayətində məalən, “Ey günahı çox olan qullarım! Allahın rəhmətindən ümidinizi kəsməyin. Allah günahların hamısını bağışlayar. O, sonsuz məğfirət və sonsuz mərhəmət sahibidir” buyuruldu. Şərtlərinə uyğun tövbə etdikdə hər cür küfrü və hər cür günahı şübhəsiz bağışlayar. İstəsə küfrdən başqa günahları tövbəsiz də bağışlayar. Hədisi-qüdsidə, “Qulum məni necə zənn edərsə, onu zənn etdiyi kimi qarşılaram” buyuruldu. Qəbul edəcəyini zənn edərək tövbə edəni əhv edər.

[Allahın (cəllə cəlaluhu) Peyğəmbərlərinə (salavatullahi təala və təslimatühü aleyhim əcmain) xəbər verməsinə, bildirməsinə “Vəhy” deyilir. Vəhy iki cürdür: Cəbrayıl adındakı bir mələk Allahdan (cəllə cəlaluhu) aldığı xəbərləri gətirərək Peyğəmbərə oxuyur. Buna “Vəhyi mətlu” deyilir. Bu vəhyin kəlimələri də mənaları da Allahdan gəlmişdir. Qurani-Kərim vəhyi-mətludur. Vəhyin ikinci qismi “Vəhyi qeyri mətlu”dur. Bu vəhy Allahu təala tərəfindən Peyğəmbərlərin (əleyhissalatu vəssəlam) qəlbinə bildirilir. Peyğəmbər bu vəhyi öz seçdiyi kəlimələrlə yanındakılara deyər. Bu sözlərə “Hədisi-qüdsi” deyilir. Hədisi-qüdsinin kəlimələri Peyğəmbərdəndir. Peyğəmbərin (əleyhissalatu vəssəlam) kəlimələri də mənaları da özündən olan sözlərinə “Hədisi-şərif” deyilir.]

Hədisi-şərifdə, “Allahu təalaya hüsni-zənn etmək ibadətdir”, və “Özündən başqa ilah olmayan Allahu təalaya and olsun ki, Allahu təala ona hüsni-zənn edərək edilən duanı əlbəttə qəbul edər” və “Qiyamət günü Allahu təala bir qulunun Cəhənnəmə atılmasını əmr edər. Cəhənnəmə aparılarkən arxasına dönərək, ya Rəbb! Dünyada sənə həmişə hüsni-zənn etdim, dediyi zaman, Onu Cəhənnəmə aparmayın! Qulumu mənə olan zənni kimi qarşılayaram, buyurur” buyuruldu.

Saleh və ya fasiq olduğu bilinməyən möminə hüsni-zənn etmək lazımdır. Fasiq və saleh olmasının ehtimalı bərabərdirsə “Şəkk”, şübhə deyilir. Bərabər deyilsə çox olana “Zənn”, az olana “Vəhm” deyilir.

Bu yaşa gəldin nə əməl qıldın?

Ömrün gəlib keçdi, peşmanmı oldun?

İndi hüzuruma nə üzlə gəldin,

Desə Allah, sən nə cavab verərsən?

İki yol göstərdim, həm ağıl verdim,

Bir yolu seçməkdə sərbəst buraxdım.

İslamiyyəti tərk edib nəfsinə uydun,

Desə Allah, sən nə cavab verərsən?

İsti, soyuq dedin dəstəmaz almadın,

Dünyaya daldın, namaz qılmadın.

Cənabət gəzib, qüsl etmədin,

Desə Allah, sən nə cavab verərsən?

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail