Hakikat Books
English

Chapter 26 / 56

Vədini pozmaq

Questions answered in this chapter (4)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. İyirmi üçüncü pis xasiyyət olan vədini pozmaq nədir; vəd ilə əhd arasında fərq nədir? draft Report an error
  2. Münafiqlik əlamətləri haqqında hansı hədis vardır? draft Report an error
  3. “Dörd xasiyyət kimdə olarsa, xalis münafiq olar” hədisi nəyi bildirir? draft Report an error
  4. Dörd məzhəbdə olanlara qarşı necə davranılmalıdır? draft Report an error

23 – Vədində durmamaq da qəzəbə səbəb olur. Bir tərəfli verilən sözə “Vəd”, iki tərəfli sözləşməyə “Əhd” deyildiyini yuxarıda bildirmişdik. Zərər, əzab verəcəyini söz verməyə “Vaid” deyilir. Vaidində durmamağa “kərəm” deyilir, yəni ehsan olur. Yalan olaraq vəd etmək haramdır. Belə vədi pozmaq da ayrıca günahdır. Yerinə yetirmək isə yalançılıq günahını yox edər. Fasid “bey” (satış) də belədir. Bu beyi fəsx etmələri, satışdan vaz keçmələri vacib olur. Xitam edib tövbə edincə günahları qalmaz. Bu satışı xitam etməzlərsə günah iki qat olur. Vədi incaz etmək yəni, vədinə vəfa göstərmək, yerinə yetirmək lazımdır.

Hədisi-şərifdə, “Münafiqliyin əlaməti üçdür: Yalan danışmaq, vədinə sadiq qalmamaq, əmanətə xəyanət etmək” buyuruldu. Vədində durmağa gücü yetməzsə, münafiqlik əlaməti olmaz. Ona mal və ya söz, yaxud sirr əmanət olunan kimsənin bunlara xəyanət etməsi münafiqlik olar.

Buxaridə yazılan Amr ibn Asın (radıyallahu təala anh) oğlunun bildirdiyi hədisi-şərifdə, “Dörd şey münafiqlik əlamətidir: Əmanətə xəyanət etmək, yalan danışmaq, vədini pozmaq və əhdinə qadr etmək (sadiq qalmamaq) və məhkəmədə doğrunu söyləməmək” buyuruldu. İbn Hacər buyurdu ki, nifaq yəni münafiqlik, zahirin batinə (xaricin daxilə) uyğun gəlməməsi deməkdir. Sözü özünə uyğun gəlməz. Etiqad edilməsi lazım gələn şeylərdə münafiqlik etmək küfrdür. İşlərində və sözlərində münafiqlik etmək haram olar. Etiqadda, imanda münafiqlik digər küfrlərdən daha pisdir. İfa etmək, yerinə yetirmək niyyəti ilə vəd etmək caizdir, hətta savabdır. Belə vədi ifa etmək vacib deyildir, müstəhəbdir. İfa etməmək tənzihən məkruh olar. Hədisi-şərifdə “Bir kimsə yerinə yetirmək niyyəti ilə verdiyi sözü tuta bilməzsə günah olmaz” buyuruldu. Hənəfi və Şafii məzhəblərində əhdi pozmaq da üzrsüz məkruh, üzrlü caizdir. Lakin pozacağını əvvəlcədən xəbər verməsi vacibdir. Hanbəli məzhəbində vədə vəfa vacibdir. Yerinə yetirməmək haram olar. Edilməsi dörd məzhəbdə də səhih olan bir şeyi etmək təqva olar.

Hər müsəlmanın dörd məzhəbdə olanların hamısını sevməsi, hamısına xeyir-dua etməsi, məzhəbdə təassub (haqq məzhəbləri pisləmək) etməməsi vacibdir. Dörd məzhəbi “Təlfiq” etmək söz birliyi ilə caiz deyildir. Təlfiq bir işi, bir ibadəti edərkən dörd məzhəbin ruhsatlarını, asanlıqlarını seçib toplamaq deməkdir. Edilən bu iş dörd məzhəbin heç birində səhih deyildir. Bir məzhəbin asanlıqlarını toplayaraq əməl etmək caizdir.

[Bir ibadəti, bir işi etmək üçün dörd məzhəbdən birini təqlid etməyə niyyət etmək, o məzhəbə tabe olaraq etmək lazımdır. Dörd məzhəbin hər birində bir işin edilməsi üçün bir asan yol, bir də çətin yol vardır. Birinci yola “Ruhsat”, ikincisinə “Azimət” yolu deyilir. Qüvvətli, halı əlverişli olanın azimət ilə əməl etməsi daha xeyirlidir. Çətin olan işi etmək nəfsə daha ağır gələr, nəfsi daha çox əzər, zəiflədər. İbadətlər nəfsi zəiflətmək üçün, qırmaq üçün əmr olundu. Çünki nəfs insanın da, Allahın da düşmənidir. Onu zəiflədərək azmasının qarşısını almaq lazımdır. Lakin tam olaraq öldürmək olmaz. Çünki bədənin xidmətçisidir. Axmaq və cahil xidmətçidir. Zəif, xəstə, çətin vəziyyətdə olan insanın ibadətlərində, işlərində azimət yolunu tərk etməsi, ruhsat yolu ilə əməl etməsi lazımdır. Öz məzhəbinin ruhsat yolu ilə də çətin olarsa, digər üç məzhəbdən birini təqlid edərək əməl etməsi caiz olur.]

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail