Hakikat Books
English

Chapter 29 / 56

Təsvif

Questions answered in this chapter (2)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. İyirmi altıncı pis xasiyyət olan təsvif (xeyirli işi sonraya buraxmaq) nədir? draft Report an error
  2. İmam Rabbaninin xidmətçini çağırmaqla bağlı hadisəsi (təsvifdən qaçmaq) nədir? draft Report an error

26 – Təsvif, xeyirli iş görməyi sonraya saxlamaqdır. İbadətlərdə və xeyirli işləri görməkdə tələsmək, “Musarəat” olur. Hədis-i şərifdə, “Ölmədən əvvəl tövbə edin. Xeyirli işləri görməyə maneə çıxmadan öncə tələsin. Allahu təalanı çox xatırlayın. Zəkat və sədəqə verməkdə tələsin. Beləcə Rəbbinizin ruzilərinə və yardımına qovuşun!” və “Beş şey gəlmədən əvvəl beş şeyin qiymətini bilin: Ölmədən əvvəl həyatın qiymətini, xəstəlikdən əvvəl səhhətin qiymətini, dünyada axirəti qazanmağın qiymətini, qocalmadan əvvəl gəncliyin qiymətini, yoxsulluq gəlmədən zənginliyin qiymətini” buyuruldu. Zəkatını verməyən və malını axirət yolunda sərf etməyən yoxsul olarkən çox peşman olar. Hədisi-şərifdə, “Təsvif edən həlak olar” buyuruldu.

[İmam Rabbani (rahmətullahi əleyh) ayaqyoluna girdikdən bir müddət sonra qapını döyərək xidmətçisini çağırır. Xidmətçi, təharət suyunu və ya parçasını hazırlamadığını düşünüb qaçaraq gəlir. Qapı arasından köynəyini uzadaraq, “Al, bunu filan yoxsula hədiyyə olaraq ver” dedikdə, əfəndim, bunu ayaqyolundan çıxdıqdan sonra əmr etsəydiniz olmazdımı? Özünüzə niyə belə əziyyət verdiniz, deyir. Köynəyimi o kasıba hədiyyə etmək, ayaqyolunda xatirimə gəldi. Bayıra çıxana qədər təsvif etsəydim, şeytanın vəsvəsə edərək, bu xeyirli işi görməkdən məni daşındırmasından qorxdum, dedi.]

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail