Hakikat Books
English

Chapter 32 / 56

Fitnə

Questions answered in this chapter (6)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. İyirmi doqquzuncu pis xasiyyət olan fitnə çıxarmaq nədir? draft Report an error
  2. İmamın namazı sünnətdən artıq uzatması fitnə olarmı? draft Report an error
  3. İmam Rabbani fitnə zamanında necə davranılacağını necə bildirir? draft Report an error
  4. “Təzkireyi-Qurtubi”yə görə fitnə çıxarmamaq haqqında nə bildirilir? draft Report an error
  5. “Mişkat”a görə fitnə zamanında dövlət rəisinə qarşı necə davranılmalıdır? draft Report an error
  6. Əmri-məruf və nəhyi-münkər fitnəyə səbəb olarsa, nə edilir? draft Report an error

29 – İnsanları sıxıntıya, bəlaya salmağa, qiyama səbəb olmağa fitnə deyilir. Hədisi-şərifdə, “Fitnə yuxudadır. Bunu oyandırana Allah lənət etsin!” buyuruldu. İnsanları hökumətə qarşı, qanunlara qarşı üsyana təşviq etmək fitnə olar. Fitnə çıxarmaq haramdır. Haqsız yerə adam öldürməkdən daha böyük günahdır. Zalım olan hökumətə qarşı üsyan etmək də haramdır. Məzlumlar üsyan etsə, onlara kömək etmək də haramdır. Üsyan etməyin zərəri, günahı, zülmün zərərindən və günahından daha çoxdur.

İmamın sünnət olan miqdardan çox oxuyaraq namazı uzatması da fitnə çıxarmaqdır. Camaatın hamısı razı olarsa fitnə olmaz, caiz olar. Vaizlərin, din adamlarının camaatın başa düşə bilməyəcəkləri şeyləri söyləməsi və yazması da fitnə olar. Hər kəsə anlaya biləcəyi şəkildə söyləmək lazımdır. Müsəlmanlara yerinə yetirə bilməyəcəkləri ibadətləri əmr etməmək lazımdır. Zəif qövl olsa da, edə biləcəklərini söyləmək lazımdır. Əmri-məruf edərkən də fitnə çıxarmamağa diqqət etmək lazımdır. Əmri-məruf edərkən özünü təhlükəyə atmaq əmr olunmadı. Dinə və başqalarına zərər verərək dünya fitnəsinə də səbəb olmamaq lazımdır. Özünə dünyəvi zərər toxunacaq əmri-mərufu etmək caiz olar, cihad olar. Səbr edə bilməyəcəksə bunu da etməməlidir. Fitnə zamanında evindən çıxmamaq, heç kəslə görüşməmək lazımdır. Fitnəyə düşdükdə səbr etmək lazımdır.

İmam Rabbani (rahiməhullahu təala) ikinci cildin altmış səkkizinci məktubunda buyurur ki: Sevimli övladım! Təkrar-təkrar yazıram ki, indi günahlarımıza tövbə edəcək, Allahımızdan əfv diləyəcək zamandayıq. Fitnələrin çoxaldığı bu zamanda evə bağlanıb kimsə ilə görüşməmək lazımdır. Fitnələr az qala yağış kimi yağaraq hər yeri örtəcək. Hədisi-şərifdə buyuruldu ki, “Qiyamət qopmadan əvvəl hər yeri fitnələr bürüyəcək. Fitnələrin zülməti ortalığı qaranlıq gecə kimi edəcək. O zaman evindən mömin olaraq çıxan kimsə axşam kafir olaraq evinə qayıdacaq. Axşam mömin olaraq evinə gələn, səhər kafir olaraq qalxacaq. O zaman oturmaq ayaq üstə durmaqdan xeyirlidir. Yeriyən qaçandan daha xeyirlidir. O zaman oxlarınızı qırın! Yaylarınızı kəsin. Qılınclarınızı daşa vurun! O zaman evinizə birisi gəldikdə, Adəm nəbinin iki oğlundan yaxşısı kimi olsun!” Əshabı-kiram (radıyallahu təala anhum əcmain) bunu eşidən kimi o zamanda olacaq müsəlmanlara nə etməyi əmr edərsiniz, dedilər. Cavabında, “Evinizin əşyası olun!” Bir rəvayətdə, “Elə fitnə zamanında evinizdən bayıra çıxmayın!” buyurdu. [Bu hədisi-şərif Əbu Davudda və Tirmüzidə mövcuddur.] Bu günlərdə Dar-ül-hərb kafirlərinin Nəqrəküt şəhərində müsəlmanlara, islam məmləkətlərində etdikləri zülmləri, işgəncələri eşitmişsiniz. Müsəlmanlara görünməmiş təhqirlər etdilər. Belə alçaqcasına işlər axır zamanda çox olacaqdır. Altmış səkkizinci məktubdan tərcümə tamam oldu.

“Təzkirəyi-Qurtubi” müxtəsərində deyir ki: Hədisi-şərifdə “Fitnə çıxarmayın! Söz ilə çıxarılan fitnə, qılınc ilə olan fitnə kimidir. Zalımlara, facirlərə milləti dedi-qodu etməkdən, yalan və iftira söyləməkdən hasil olan fitnə, qılınc ilə edilən fitnədən daha zərərlidir” buyuruldu. Alimlərin az qala hamısı sözbirliyi ilə bildirirlər ki, malını, canını qurtarmaq məcburiyyətində qalanın da üsyan etməməsi, hökumətə, qanunlara qarşı gəlməməsi lazımdır. Çünki zalım olan hökumətə qarşı səbr etməyi hədisi-şəriflər əmr etməkdədir. Rəsulullahın (sallallahu əleyhi və səlləm) “Allahummə inni əsəlükə-filəl xayrat və tərkəlmünkərat və hubbəl-məsakin və iza ərədtə fitnətən fi qavmi fə-təvəffəni qayrə məftun” duasını oxuduğunu İmam Muhamməd (rahiməhullahu təala) bildirir. Bu dua “Ya Rəbb! Mənə xeyirli işlər etməyi, çirkin şeyləri tərk etməyi və kasıbları sevməyi nəsib et! Qövmüm arasında fitnə çıxarmaq istədiyin zaman, fitnəyə qarışmadan canımı al!” deməkdir. İmam Qurtubi (rahiməhullahu təala) deyir ki, bu hədisi-şərif fitnədən çəkinmək, ona qarışmamaq lazım olduğunu, fitnəyə qarışmaqdansa, ölməyin xeyirli olacağını açıq göstərməkdədir.

“Mişkat”dakı hədisi-şəriflərdə buyurulur ki, “Fitnə zamanında müsəlmanlara və onların rəislərinə tabe olun. Haqq yolda olan yoxdursa, fitnəçilər, üsyançılar arasına qarışmayın! Ölənə qədər fitnəyə qarışmayın!”. “Fitnə zamanında hökumətinizə tabe olun. Sizə zülm etsə, mallarınızı alsa da, ona itaət edin!”. “Fitnə zamanında islamiyyətə sarılın. Özünüzü qurtarın. Başqalarına ağıl verməyin! Evinizdən bayıra çıxmayın. Dilinizi tutun!”. “Fitnə zamanında çox kimsə öldürülər. Onların arasına qarışmayan xilas olar”. “Fitnəçilərə qarışmayan səadətə qovuşar. Fitnəyə tutulub səbr edən də səadətə qovuşar”. “Allahu təala Qiyamət günü bir qulundan soruşacaq: Günah işləyəni gördüyün vaxt nə üçün mane olmadın, deyəcək. O qul, onun zərərindən, düşmənlik etməsindən qorxdum və sənin əfv və bağışlamağına güvəndim deyəcək”. Bu hədisi-şərif düşmənin qüvvətli olduğu zamanlarda, əmri-mərufu və nəhyi-münkəri tərk etməyin caiz olacağını göstərməkdədir.

“Şiratül-islam” şərhində deyir ki, fərzin edilməsini, haramdan çəkinilməsini əmr etmək fərzi-kifayədir. Sünnətin edilməsini əmr, məkruhdan nəhy, qadağan etmək sünnətdir. Haram işləməkdə olanın əl ilə qarşısı alınmaz. Söz ilə qarşısı alınar. Yəni pisliyi, zərəri izah edilər. Haram işləməyə hazırlaşanın əl ilə qarşısı alınar. Söz ilə, əl ilə nəhy edərkən fitnə, zərər çıxarmamaq lazımdır. Nəhyin faydalı olacağını əvvəldən bilmək lazımdır. Zənni-qalib, yəni çox zənn etmək də bilmək deməkdir. Hubbu-fillah, buğdu-fillah (Allah üçün sevmək, Allah üçün sevməmək) olmayınca edilən ibadətlərin faydası olmaz. Əmri-məruf üzrsüz tərk edilərsə, dualar qəbul olmaz. Xeyir və bərəkət qalmaz. Cihadda və müşkül işlərdə zəfər nəsib olmaz. Gizli işlənən günah bunu işləyənə zərər verər. Açıq işlənərsə hər kəsə zərəri toxunar. Bir kimsənin pisləməsi ilə bir insanı pis bilmək olmaz. Bir kimsənin pisləməsi qeybət olar. Bunu dinləmək də haram olar. Bir insanın fasiq olduğu iki adil şahidin, onun bir münkər işlədiyini gördüklərini bildirmələri ilə və ya öz təcrübəsi ilə aydın olar. Günah işləyəni görüb, gücü, qüdrəti olduğu halda nəhy etməməyə, “Müdahənə” deyilir. Müdahənə edənlərin qəbirdən meymun və donuz şəklində qalxacaqları hədisi-şərifdə bildirilmişdir. Əmri-məruf edəni yoldaşları sevməz. Müdahənə edəni sevərlər. Zalım olan hökumət adamlarına söz ilə əmri-məruf etmək cihadın ən qiymətlisidir. Nəsihət verməyə gücü çatmasa, qəlbi ilə rədd etmək də cihad olar. Dövlət adamları əl ilə, alimlər söz ilə, digər müsəlmanlar qəlb ilə əmri-məruf edər. Əmri-mərufu Allah rızası üçün etmək, söylədiyinin kitabdan dəlillərini bilmək və fitnəyə səbəb olmamaq lazımdır. Sözünün faydası olmayacağını və fitnə çıxmasına səbəb olacağını bilən kimsənin əmri-məruf etməsi vacib olmaz. Hətta bəzən haram olar. Belə zamanda fitnəyə səbəb olmamaq üçün evindən çıxmamaq lazımdır. [Yəni fitnəçilərin arasına qarışmamaq lazımdır.] Fitnə çıxarsa və ya hökumət zülm edər, fəsad çıxararsa, o şəhərdən, diyardan hicrət etmək lazım olar. Hicrət mümkün ikən, hökumətin ikrah etməsi, məcbur etməsi günah işləmək üçün üzr olmaz. Hicrət mümkün olmasa, bir kənara çəkilməli, kimsəyə qarışmamalıdır. Sözünün faydası olmayacağını və fitnə çıxacağını bilirsə, əmri-məruf etmək vacib olmaz, müstəhəb olar. Sözünün faydalı olacağını, lakin fitnəyə səbəb olacağını da bilirsə yenə vacib olmaz. Fitnə döyülmək kimi kiçik isə müstəhəb olar. Fitnə böyük və təhlükəli isə əmri-məruf etməsi haram olar. Əmri-mərufu mülayim etmək vacibdir. Sərtlik fitnəyə səbəb olar. Müsəlmana və zimmi kafirə qarşı silah ilə işarə etməmək, bunlara da zülm, işgəncə etməmək lazımdır. “Şira”dan tərcümə tamam oldu.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail