28 – İslam elmləri ilə və islam alimləri ilə (rahiməhumullahu təala) istehza etmək küfrdür. İslam alimini söyən, pisləyən kafir olar, mürtəd olar. Fisq və bidət səbəbi ilə sevməmək lazım olar. Dünya işləri səbəbi ilə sevməmək günah olar. Salehləri sevməmək də belədir. Hədisi-şərifdə, “Üç şey imanın ləzzətini artırır: Allahu təalanı və Rəsulunu hər şeydən çox sevmək, özünü sevməyən müsəlmanı Allah rızası üçün sevmək, Allahu təalanın düşmənlərini sevməmək” və “İbadətlərin ən qiymətlisi hubbi-fillah və buğdi-fillahdır” buyuruldu. İbadəti çox olan mömini az olandan daha çox sevmək lazımdır. Üsyanı daha çox olan, küfrü və fuhşu yayan kafirləri daha çox sevməmək lazımdır. Allah üçün düşmənlik edilməsi lazım olanların başında insanın öz nəfsi gəlir. Sevmək demək onların yolunda olmaq deməkdir. İmanın əlaməti də “hubbi-fillah və buğdi-fillah”dır. Bir hədisi-şərifdə, “Allahu təalanın bəzi qulları vardır. Bunlar Peyğəmbər deyildir. Peyğəmbərlər və şəhidlər qiyamət günü bunlara qibtə edəcəklər. Bunlar bir-birini tanımayan, uzaq yerlərdə yaşayan, Allah üçün bir-birini sevən möminlərdir” buyuruldu. Bir hədisi-şərifdə, “İnsan dünyada kimi sevirsə axirətdə onun yanında olacaqdır” buyuruldu. Onun yolunda olmazsa sevgisi səhih olmaz. İnsan dininə və əmanətinə güvəndiyi saleh insanlarla yoldaşlıq etməlidir. Yəhudi və nasranilər Peyğəmbərlərini (əleyhimussaləvatu vəttəslimat) sevdiklərini deyirlər. Lakin onların yolunda olmadıqları üçün xaxamların, keşişlərin uydurduqları yanlış yolda olduqları üçün axirətdə Peyğəmbərlərinin yanında olmayacaqlar. Hətta Cəhənnəmə gedəcəklər. “Cavab verə bilmədi” kitabımızda yəhudilər və xristianlar haqqında geniş bilgi vardır. Yüksək ruhlar sevdikləri ruhları yuxarı çəkərlər. Alçaq ruhlar da aşağı çəkər. İnsan öldükdən sonra ruhunun hara gedəcəyini dünyada sevdiklərinin halından başa düşməlidir. İnsan başqasını təbiət baxımından və ya ağlına görə, yaxud ona edilən yaxşılıqlar baxımından və yaxud da Allahu təalanın rızası üçün sevər. Dünyada bir-birini sevən şəxslərin ruhları bir-birini cəzb etdiyi kimi qiyamətdə də bir-birlərini cəzb edərlər. Ənəs ibn Malik (radıyallahu anh) deyir ki, müsəlmanları yuxarıdakı hədisi-şərif sevindirdiyi qədər heç bir şey sevindirməmişdir. Kafirləri sevən onlarla birlikdə Cəhənnəmə gedəcəkdir. Sevgilisinə tabe olmamaq insanın əlində deyil. Sevməyin ən qüvvətli əlaməti sevgilinin sevdiklərini sevmək, sevmədiklərini sevməməkdir.
Chapter 31 / 56
Alimlərə düşmənlik etmək
Questions answered in this chapter (1)
The question was added by an editor; the answer is the book's own text, unchanged.