34 – Hədisi-şərifdə “Özünüzə, övladınıza qarğış etməyin. Allahın təqdirinə razı olun. Nemətlərini artırması üçün dua edin” və “Ananın, atanın övladına olan və məzlumun (zülmə məruz qalanın) zalıma olan qarğışı rədd olunmaz” buyuruldu. Bir müsəlmanın kafir olması üçün dua edənin özü kafir olar. Bir zalımın kafir olaraq ölüb sonsuz əzab çəkməsini istəmək küfr olmaz. Musa əleyhissəlamın belə dua etdiyi Qurani-Kərimdə bildirilmişdir. İmam Əzəm Əbu Hənifə (rahiməhullahu təala) başqasının kafir olmasını istəmək küfr olar, buyurdu. Zalımdan başqa kiməsə qarğış etmək haramdır. Zalıma zülmü qədər qarğış etmək caiz olar. Caiz olan bir şeyin miqdarı üzrün miqdarı qədər olar. Zalıma da qarğış etməmək, səbr etmək və hətta əfv etmək daha yaxşıdır. Zimmiyə (müsəlman dövlətində yaşayan kafirə) və hər hansı bir kafirə, Allah ömür versin demək caiz deyil. Müsəlman olması üçün və ya cizyə verərək müsəlmanların qüvvətlənməsi üçün belə dua etmək caiz olar. Kafirə hörmətlə salam verən kafir olar. Kafirə hörmət bildirən bir söz söyləmək, məsələn, ustadım demək küfr olar.
Chapter 37 / 56