Hakikat Books
English

Chapter 38 / 56

Müsəlmana pis ad qoymaq

Questions answered in this chapter (2)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Otuz beşinci məsələ: müsəlmana pis ad (ləqəb) qoymaq necədir? draft Report an error
  2. Uşağa qoyulacaq adlar necə olmalıdır? draft Report an error

35 – Müsəlmana pis ad qoymaq və ya başqasının qoyduğu pis adı söyləmək caiz deyil. Soyadı və ad-təxəllüs (ləqəb) qoymaq caizdir. Sıddıq Gümüş, Hüseyn Hilmi Işığın (rahmətullahi əleyh) ad-təxəllüsüdür. Hədisi-şərifdə “Pis adı olan bunu gözəl ada çevirsin!” buyuruldu. Məsələn, Asiyə adını Cəmilə etmək lazımdır. Müsəlmana gözəl ad qoymaq caizdir. Övlada tərifləyici ad qoymamaq lazımdır. Məsələn, Rəşid, Əmin adını verməmək lazımdır. Muhyiddin, Nurəddin kimi adlar da yalan və bidət olar. Fasiqləri, cahilləri, mürtədləri belə adlarla çağırmaq məkruhdur. Çünki bunlar mədh edici, tərifləyici adlardır. Məcazi olaraq da deyilə bilməz. Övladlarına bu adları təfəül1 edərək, uğurlu olmaq üçün qoymaq caiz olar, deyilmişdir. Saleh olduqları məşhur olan alimləri bu adlar ilə zikr etmək caiz və faydalıdır.

[İbn Abidin (rahiməhullahu təala) beşinci cilddə buyurur ki, uşağa qoyulacaq adlar arasında ən üstün olanı Abdullah, sonra Abdurrahman, sonra Muhamməd, sonra Əhməd, daha sonra İbrahimdir. Allahu təalanın adlarından olan Ali, Rəşid, Əziz kimi adları da qoymaq caizdir. Lakin bu adları söyləyərkən hörmət etmək lazımdır. Bilərəkdən hörmətsizlik edən kafir olar. Məsələn, adı Abdulqadir olana, Abdulqoydur demək, Həsən yerinə Hasso, İbrahim yerinə İbo demək, bu adlarla lağ etmək sayılır. Bu adlarla lağ etmək niyyət edilməzsə, küfr olmasa da küfrə bənzəyən şeyi söyləməkdən çəkinmək lazımdır. Uşaq dünyaya gəlib dərhal ölsə, ad qoymadan dəfn etmək olmaz. Abdunnəbi adı caiz isə də qoymamaq ehtiyatlı olar. Seyid Abdulhakim Arvasi həzrətləri hicri qəməri 1362-ci (miladi 1943) ildə vəfat edənə qədər İstanbulda, Bəyazid məscidində çərşənbə axşamı, cümə axşamı və şənbə günləri əsr namazından sonra iyirmi beş il nəsihət və irşad etdi. Bir moizəsində, “Uşağın valideyni üzərində üç haqqı vardır: Doğulduqdan sonra müsəlman adı qoymaq, ağıllı olduqda kitabət, elm və sənət öyrətmək. Yetkin olduqda dini və əxlaqı gözəl bir müsəlman tapıb bununla dərhal evləndirməkdir” buyurdu. Qızlarını belə evləndirən ana-ata, hətta hər qohum, dostlar və hətta qonşular çox savab qazanarlar. Avropada, Amerikada din, ədəb düşməni olaraq yetişdirilən soysuzlara, uydurma diplom verərək professor ad və etiketi ilə islam məmləkətlərinə göndərirlər. Bu cahil kafirləri litseylərə, universitetlərə müəllim və professor təyin edirlər. Bunlar tələlərinə düşən müsəlman övladlarını dinsiz, məzhəbsiz edirlər. Bunlar asanca xain, qatil olurlar.]

Notes

  1. Təfəül – bir şeyi uğur saymaq, xeyrə yozmaq, bir hadisəni xeyrə əlamət, işarət olaraq görmək. ↑

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail