Hakikat Books
English

Chapter 41 / 56

Haram işləməkdə israr

Questions answered in this chapter (1)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Otuz səkkizinci məsələ: haram işləməkdə israr nədir? draft Report an error

38 – Günah işləməyi qəsd etmək, az işləsə də israr etmək sayılır. Qəsd etmək niyyət etməklə, iradə etməklə və qərar verməklə olur. Qərar verib bir dəfə də edərsə israr olur. Heç etməzsə, davamlı etməyi qəsd etməsi, qərar verməsi israr olmaz. Davamlı etməyə qərar verib və işləyib, lakin peşman olar, tərk edərsə israr olmaz. Təkrar edib yenə tövbə edərsə, israr olmaz. Gündə çox dəfə edib hər birindən sonra tövbə etmək, israr olmaz. Tövbə edərkən günah işlədiyinə peşman olub üzülmək, günahdan dərhal vaz keçmək və bir daha etməməyə qərar vermək şərtdir. Bu üç şərti yerinə yetirmədən, yalnız dil ilə tövbə etməsi yalançılıq olar. Kiçik günahlara israr etmək böyük günah olur. Bir böyük günahı bir dəfə etməkdən daha böyük olar. Tövbə etdikdə böyük günah da əfv olar. Kiçik günahı kiçik görmək böyük günahdır. Kiçik günah işlədiyini söyləyərək öyünmək böyük günah olar. Kiçik günah işləyəni alim və saleh sanmaq da böyük günah olar. Kiçik günah işlədikdə də Allahu təaladan və əzabından qorxmaq lazımdır. Allahu təaladan utanmazsa və əzab ediləcəyini düşünməzsə böyük günah olar.

Qəlbi qara olana qiymət verərmi mal ilə mövqe?

Qızıl palan vursan da ulaq yenə ulaqdır.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail