Hakikat Books
English

Chapter 45 / 56

İslam əxlaqı üç yerə bölünür

Questions answered in this chapter (24)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Birinci bəhs: İslam əxlaqı neçə qismə ayrılır? draft Report an error
  2. “Əxlaqi-Nasiri”yə görə insan işlərini hansı səbəblərlə görür? draft Report an error
  3. İkinci bəhs: əxlaq elminin faydaları hansılardır? draft Report an error
  4. İnsan kainatdakı nizamı araşdırdıqda nəyə çatır? draft Report an error
  5. Təbiəti araşdıraraq müsəlman olan şəxs nə etməlidir? draft Report an error
  6. Əxlaq elmi nədir (tibb elminə bənzədilərək)? draft Report an error
  7. Qəlb ilə ruh eyni şeydirmi? draft Report an error
  8. Xasiyyət dəyişərmi (bu barədəki görüşlər hansılardır)? draft Report an error
  9. İslam alimlərinin çoxu xasiyyətin dəyişməsi haqqında hansı görüşdədir? draft Report an error
  10. İnsanlar hansı xasiyyətə yararlı olaraq dünyaya gəlir? draft Report an error
  11. Bəzilərinə görə insanın ruhu pis olaraqmı dünyaya gəlir? draft Report an error
  12. Bəzilərinə görə ruh yaradılışda yaxşıdırmı, pisdirmi? draft Report an error
  13. Calinusa görə insan ruhu neçə cürdür? draft Report an error
  14. Alimlərin çoxuna görə əxlaq (xasiyyət) dəyişə bilərmi? draft Report an error
  15. Üçüncü bəhs: İslam əxlaqını anlamaq üçün hansı köməkçi bilgilər lazımdır? draft Report an error
  16. Qəlbi və ruhu tanıtmaq niyə lazımdır? draft Report an error
  17. Birinci məqam: qəlb (könül) və ruh nədir? draft Report an error
  18. Qəlbin və ruhun tərifi hansı maddələrlə izah edilir? draft Report an error
  19. İkinci məqam: insan öldükdə ruhu nə olur? draft Report an error
  20. Allahu təalanın yaratdığı elementlər və xassələri haqqında nə bildirilir? draft Report an error
  21. İnsan bədənindəki maddələr haradan gəlir? draft Report an error
  22. Qəlb və ruh bədənlə birləşdikdə nə qazanır? draft Report an error
  23. Hər cisim necə tanınır? draft Report an error
  24. Qəlb və ruh niyə yox olmur (mücərrəd olması)? draft Report an error

BİRİNCİ BƏHS: İslam əxlaqı üç yerə bölünür:

1 – İnsan yalnız olarkən, başqasını düşünmədən işlərinin yaxşı və ya pis olduğundan bəhs edən elmə “Elmi əxlaq” deyilir. İnsan tək olduğu zaman da bu işləri bildiyi kimi edər. Məsələn: mülayim xasiyyətli, səxavətli, həyalı insan, tənha olarkən də başqaları yanında da həmişə belədir. “Elmi əxlaq” insanın bu cür heç dəyişməyən işlərini öyrədir.

2 – İkincisi, insanın ev içində ailəsinə qarşı hərəkətlərini tədqiq edər. Buna “Tədbiri mənzil” və “Ev idarəsi ədəbi” deyilir.

3 – Üçüncüsü, insanın cəmiyyətdəki vəzifələrini, hərəkətlərini, hər kəsə faydalı olmasını öyrədir. Buna “Siyasəti mədinə”, yəni “İctimai” və ya “sosial” tərbiyə deyilir.

“Əxlaqi Nasiri” kitabında deyilir ki, insan yaxşı, pis hər işini bir səbəblə görər. Bu səbəb ya təbiidir, yaxud bir əmrdir, qanundur. Təbii baxımdan olan işlər ağlı, düşüncəsi və təcrübələri nəticəsində etdiyi işlərdir. Belə işləri zamanla və cəmiyyətin təsiri ilə dəyişməz. İkinci səbəb olan əmr, qanun isə ya bir cəmiyyətin, bir millətin müştərək düşüncəsindən doğar, buna “Rüsum” və “Adət” deyilir. Yaxud da bir tanınmış alim, təcrübəli, nüfuz sahibi olan bir insan tərəfindən ortaya qoyulur. Peyğəmbərlər, Övliya və krallar, diktatorlar belələrindəndir. Peyğəmbərlər (əleyhimussaləvatu vəttəslimat), Övliya və alimlər tərəfindən bildirilən Allahu təalanın əmrləri də üç yerə bölünür: Birincisi, hər kəsin ayrı-ayrı, yalnız olaraq tabe olması lazım olanlardır. Bunlara “Əhkam” və ya “İbadətlər” deyilir. İkincisi, insanlar arasında qarşılıqlı riayət edilməli olan əmrlərdir. “Münakəhat”, yəni evlənmə işləri və “Muaməlat”, yəni alqı-satqı işləri belədir. Üçüncüsü, məmləkətləri, cəmiyyətləri özündə ehtiva edən əmrlərdir. Bunlar “Hüdud”, yəni “hüquqi” və “siyasi” işlərdir. Bu üç elmə birlikdə “Fiqh” elmi deyilir. Fiqh bilgiləri və bu işləri nizamlayan əmrlər və ya onların tətbiq edilməsi, yerinə yetirilməsi, məmləkətlərə, millətlərə görə və zamanla dəyişir. Bu dəyişiklik də ancaq Allahu təalanın bildirməsi ilə olur. Allahu təalanın dinlərdə etdiyi nəshlər, dəyişdirmələr belə əmrlərdə olmuşdur. Məsələn, Adəm əleyhissəlamın zamanında insanların çoxalması lazım idi. Bunun üçün bir kişinin öz bacısı ilə evlənməsi halal idi, caiz idi. İnsanlar çoxaldığı zaman buna ehtiyac qalmadı, haram oldu.

İKİNCİ BƏHS: Əxlaq elminin faydalarını bildirək:

İnsan ətrafını, məsələn, yerləri, göyləri və ulduzlar dediyimiz milyardlarla səma cisimlərinin boşluqda döndüklərini, əsrlər boyu bir-birlərinə dəymədiklərini, yer üzündə hərarət, təzyiq, hava, su miqdarının, tərkibinin, hərəkətlərinin tam həyata uyğun olaraq tənzimlənmiş olduğunu, insanların, heyvanların, bitkilərin, cansız maddələrin, atomların, hüceyrələrin, qisaca lisey və universitetlərdə oxunan, tədqiq edilən saysız varlıqların quruluşlarındakı və hərəkətlərindəki nizamı, düzəni, uyğunluğu görərək, bunları quran, yaradan, qüdrətli, bilgili bir sahibin olduğunu istər-istəməz qəbul etmək, inanmaq məcburiyyətində qalır. Ağlı olan hər kəs kainatdakı və öz bədənindəki bu əzəməti, bu intizamı görərək dərhal Allahu təalanın varlığına inanır, “Müsəlman” olur. Necə ki, 1966-cı ildə müsəlman olan isveçrəli fəlsəfə professoru jurnalistlərin suallarına qarşılıq olaraq, “İslam kitablarını tədqiq edərək haqq yolu anladım. İslam alimlərinin böyüklüyünü qavraya bildim. İslam dini olduğu kimi izah edilsə, bütün dünyada ağlı olan hər kəs sevə-sevə müsəlman olar” demişdi.

Bir insan təbiəti və özünü tədqiq edərək dərhal müsəlman olduqdan sonra Əhli-sünnət alimlərinin (rahiməhumullahu təala) kitablarından Muhamməd əleyhissəlamın həyatını və gözəl əxlaqını da öyrənərsə, imanı qüvvətlənər. Əxlaq bilgisi öyrənərək yaxşı və pis əxlaqı, faydalı və zərərli işləri başa düşər. Yaxşı işlər görüb, dünyada kamil, qiymətli bir insan olar. İşləri müntəzəm və asanlıqla hasil olar. Dünyada rahat, əmin-amanlıq içində yaşayar. Onu hər kəs sevər. Allahu təala ondan razı olar. Axirətdə də Allahu təalanın mərhəmətinə, mükafatlarına nail olar. Təkrar olaraq bildirək ki, səadətə qovuşmaq üçün iki şey lazımdır: Məsud və bəxtiyar bir insan bu iki şeyə qovuşan adamdır. Bu iki şeydən birincisi, doğru elm və iman sahibi olmaqdır. Bu da fənn dərslərini və Mühamməd əleyhissəlamın həyatını, əxlaqını öyrənməklə ələ keçər. İkincisi, gözəl əxlaqlı, yaxşı əməl sahibi insan olmaqdır. Bu isə fiqh və əxlaq elmlərini öyrənmək və bunlara tabe olmaqla mümkündür. Bu ikisini əldə edən insan Allahu təalanın rızasına, sevgisinə qovuşar. Çünki Allahu təala sonsuz elmi ilə hər şeyə alimdir. Mələklərə və Peyğəmbərlərə çox elm vermişdir. Onlarda heç ayıb, qüsur və çirkin bir şey yoxdur. İnsanların elmi isə çox az və imanları ya pozuq, ya da pis əxlaqla bulaşmış və pis əməllər ilə kirlənmişdir. Bunun üçün insanlar Allahu təaladan, mələklərdən və Peyğəmbərlərdən çox uzaq, onlara qovuşmaq şərəfindən çox məhrumdur. İnsan fənn bilgilərində təbiəti araşdırmaqda tənbəl və cahil qalaraq həqiqi imana, etiqada qovuşmazsa və Muhamməd əleyhissəlamı doğru tanıyaraq imanını qüvvətləndirməzsə, sonsuz fəlakətdə və sıxıntıda qalanlardan olar. Əgər həqiqi imana qovuşarsa və nəfsinə tabe olmayıb, əhkami-islamiyyəyə, yəni Allahu təalanın əmr və qadağalarına tabe olarsa, səadətə qovuşmaqdan və Allahu təalanın rəhmətindən, əfvindən məhrum qalmaz. Lakin etdiyi yamanlıqlar qədər əzab görər, yanar və Allahu təalanın rəhmətinə qovuşması çətin olar. İmanı olduğu üçün sonunda yenə rəhmətə qovuşar. Cəhənnəm atəşi etdiyi pisliklərin kirlərini təmizləyib, onu Cənnətə girməyə layiq təmiz şəklə salar.

Görünür ki, bütün səadətlərin, rahatlıqların başında kamil iman sahibi olmaq durur. Hər kəs qəlbini yanlış etiqadlardan, şübhələrdən qurtarmağa çalışmalıdır. Bir insan doğru imana qovuşar, əxlaqı gözəl və işləri saleh olarsa, yüksək ruhlara, yəni Peyğəmbərlərə, Övliyaya, mələklərə bənzəyər və onlara yaxınlaşar. Maddənin cazibə qanunu kimi onlar tərəfindən cəzb edilər. Dağ qədər böyük maqnitin və ya yüksək gərginlikli elektromaqnit sahəsinin bir iynəni çəkməsi kimi, onu yüksəkliklərə çəkərlər. Sırat körpüsünü şimşək kimi sürətlə keçər. Cənnət bağçalarında ona münasib olan, qəlbinə və ruhuna layiq olan nemətlər içində sonsuz rahat edənlərdən olar. Beyt:

Alimü amil olanlar, çəkməz əzabı-əlim,

Cənnətə həm qovuşarlar, zalikəl-fövzül-əzim.

Əxlaq elmi qəlb və ruh təmizliyi barədə elm deməkdir. Tibb elminin bədən səhhəti barədə elm olmasına bənzəyir. Çünki pis əxlaq qəlbin və ruhun xəstəlikləri, zərərli işlər isə bu xəstəliklərin əlamətləri, nasazlıqlarıdır. Əxlaq elmi çox şərəfli, çox qiymətli, ən lazımlı bir elmdir. Çünki qəlbin və ruhun pislikləri bu elm ilə təmizlənə bilər. Qəlbin və ruhun gözəl əxlaqla səhhətli və qüvvətli olması bununla mümkün olar. Qüvvətli qəlblər və ruhlar da bu elmin köməyi ilə təmizlənir, gözəl əxlaqa qovuşur. Gözəl, təmiz qəlblər və ruhlar da bu elmin bərəkəti ilə təmizliyini artırır, yerləşdirir.

[Qəlb və ruh iki ayrı şeydir. Bir-birlərinə çox bənzəməkdədir. Bu kitabda ruh dedikdə, ikisi birlikdə başa düşülməlidir.]

Xasiyyət dəyişərmi? İnsanın öz xasiyyətini dəyişib, başqa xasiyyətli olması mümkündürmü? Bu məsələ üzərində müxtəlif sözlər, bir-birinə müxalif fikirlər varsa da hamısı üç mərkəzdə toplana bilər:

1 – İnsanın əxlaqı heç dəyişməz. Çünki xasiyyət insan gücünün dəyişdirə bilməyəcəyi bir varlıqdır.

2 – Xasiyyət iki cürdür. Biri, insanla birlikdə yaradılmışdır. Bu xasiyyəti dəyişdirmək mümkünsüzdür. İkincisi, sonradan meydana çıxan vərdişlərdir. Buna adət deyilir. Bu xasiyyət dəyişə bilər.

3 – Əxlaqın hamısı sonradan əldə edilir və dəyişdirilə bilər. Xarici təsirlərlə dəyişə bilər.

İslam alimlərinin çoxu bu üçüncü fikir üzərində birləşirlər. Peyğəmbərlərin (əleyhimussəlam) dinləri bu sözün doğruluğuna söykənir. Təsəvvüf böyüklərinin, din alimlərinin tələbəsinə tərbiyə üçün qoyduqları üsullar bu sözün işığı altında işləyir.

İnsanlar hansı xasiyyətə əlverişli olaraq dünyaya gəlirlər? Bu da içindən çıxılmamış bir sualdır. Alimlərin çoxuna görə insanlar yaxşılığa, yüksəlməyə əlverişli olaraq doğulur. Sonra nəfsin pis arzuları və gözəl əxlaqı öyrənməmək, pis yoldaşlarla oturub-durmaq pis xasiyyəti meydana gətirir. Hədisi-şərifdə “Hər kəs müsəlmanlığa əlverişli olaraq dünyaya gəlir. Bunları sonradan valideynləri yəhudi, xristiyan və imansız edir” buyuruldu.

Öz əlinlə korlayırsan özünü!

Yoxsa Xaliq gözəl yaratmışdır səni!

Bəzilərinə görə, insanın ruhu pis olaraq dünyaya gəldi. Ruhun özü təmiz idisə də, bədənlə qarışdıqda, bədənin ehtiyacları onu yoldan çıxartmışdır. Allahu təalanın hidayət, yaxşılıq nəsib etdiyi insanlar doğulduqları kimi pis qalmayıb, yaxşılığa çevrilirlər.

Bəziləri də ruh yaradılışda nə yaxşı, nə də pis deyildir, sonradan hər iki şəklə də dönə biləcək haldadır, dedi. Yaxşı xasiyyətləri, gözəl əməlləri öyrənən insan səadətə, kəmala qovuşur. Pislər arasında qalıb pis xasiyyət, çirkin əməllər öyrənən də şəqi, pis olur, dedilər.

Qədim Yunan həkimlərindən Calinusa görə insan ruhu üç çeşiddir: Bir qismi yaxşı, ikincisi pis yaradılmışdır. Üçüncüsü, bu ikisindən deyildir. Lakin sonradan hər ikisi ola bilər. Yaradılışı yaxşı olan insan azdır. Yaradılışda pis olub, həmişə pislik etmək istəyənlər daha çoxdur. Pislər arasında pis, yaxşılar arasında yaxşı ola bilənlərin sayı ilk iki qisim insanlar arasındadır, dedi. Buna görə, bəzi insanların xasiyyəti dəyişə bilər. Çoxunun isə dəyişə bilməz. [Yunan filosoflarının insanın qəlbindən xəbərləri olmadığından, yalnız ruhu anlatmışlar, əxlaq kitablarını yazan müsəlmanların bir qismi də bunlara tabe olmuşdurlar.]

Alimlərin çoxuna görə hər kəsin əxlaqı dəyişə bilər. Heç kəsin xasiyyəti yaradılışdakı kimi qalmaz. Sonradan dəyişə bilər. Əxlaq dəyişməsəydi, Peyğəmbərlərin (əleyhimussəlam) gətirdikləri dinlər faydasız, lazımsız olardı. Alimlərin sözbirliyi ilə qoyduqları tərbiyə və cəza üsulları əbəs olardı. Bütün elm adamları övladlarına elm, ədəb vermiş və tərbiyənin fayda verdiyi hər zaman görülmüşdür. O halda əxlaqın dəyişdiyi günəş kimi meydandadır. Ancaq bəzi xasiyyətlər çox yerləşmiş, ruhun xüsusiyyəti kimi olmuşdur. Belə xasiyyətləri dəyişdirmək, yox etmək çox çətindir. Belə əxlaq ən çox savadsız, pis insanlarda olur. Bunu dəyişdirmək üçün ağır riyazət və çox mücahədə lazımdır. Nəfsin zərərli, pis istəklərini tərk etməyə çalışmağa “riyazət” deyilir. Nəfsin istəmədiyi faydalı, gözəl şeyləri etməyə “mücahədə” deyilir. Cahillər, axmaqlar, əxlaq dəyişməz deyərək nəfs ilə mücahədə və riyazət etmirlər. Pis əxlaqını təmizləmirlər. Belə qəbul edib, hər kəs öz həvəsinə (arzusuna) buraxılarsa, qəbahətli olanlara cəza verilməzsə insanlıq yamanlığa gedər. Bunun üçün Allahu təala qullarına mərhəmət edərək, onları tərbiyə etmək, yaxşı və pis əxlaqı öyrətmək üçün Peyğəmbərlər (əleyhimussəlam) göndərdi. Bu müəllimlərin ən yüksəyi olaraq sevgilisi olan Muhamməd əleyhissəlamı seçdi. Onun dini ilə əvvəl göndərdiyi bütün dinləri dəyişdirdi. Onun dini bütün dinlərin sonuncusu oldu. Beləcə, yaxşılıqların hamısı, tərbiyə üsullarının cümləsi Onun parlaq dinində yer aldı. Ağlı olanların, yaxşını yamandan ayıra bilənlərin, bu dindən əldə edilən əxlaq kitablarını oxuyaraq, öyrənərək və işlərini buna görə tənzimləyərək, dünyada və axirətdə rahatlığa və dincliyə, səadətə, qurtuluşa qovuşması və beləcə ailə və cəmiyyət həyatının nizamına kömək etməsi lazımdır. İnsanın birinci vəzifəsi də budur. “İslam əxlaqı” adlandırdığımız bu kitabı Allahu təalanın lütfü ilə buna köməkçi bilgiləri topladığı üçün hər kəsin əhəmiyyətlə oxuması, öyrənməsi lazımdır.

Ağlı olan islamiyyətə bağlanır!

İslamiyyətin əsli Hədislə Qurandır!

ÜÇÜNCÜ BƏHS: İslam əxlaqını üçə ayırmışdıq. Bunları yaxşı başa düşmək üçün yardımçı olan şeyləri açıqlayaq. Hər elmin, hər fənnin şöbələri vardır. Şöbələrin birləşdikləri elə nöqtələr vardır ki, bu nöqtələrdə o elmin bütün qolları tək bir şey olur. Beləliklə, bu tək nöqtə o elmin mövzusudur. Məsələn, tibb elminin müxtəlif sahələri vardır. Lakin hər sahə insan orqanizminin xəstəlik və səhhətində birləşir. Bu da bu elmin mövzusu deməkdir. Bir elmi asan öyrənmək üçün mövzusunu başa düşmək lazımdır. Əxlaq elminin mövzusu insanın ruhudur. Ruhu [və qəlbi] pis xasiyyətlərdən təmizləməyi və gözəl xasiyyət ilə bəzəməyi öyrədir. Bunun üçün əvvəlcə ruhu, sonra gözəl və çirkin əxlaqı öyrənmək lazımdır. Bu beyti imam Şafii söyləyib:

Yamanlığı öyrəndim, yaman olmaq üçün deyil,

Yamanlığı bilməyən düşər içinə yaxşı bil!

Qəlbi və ruhu mümkün olduğu qədər tanıda bilmək, görünən və görünməyən qüvvətlərini açıqlamaq və səadətinin, fəlakətinin nələrdə olduğunu anlatmaq üçün üç məqam yazırıq:

Birinci məqam: Qəlb [könül] və ruh nədir? Bu iki varlığa qədim yunan filosofları və onların ardıcılları “Nəfsi natıqa” və ya qısa olaraq nəfs demişdir. [Halbuki, təsəvvüf və əxlaq bilgilərinin mütəxəssisi İmam Rabbani (rahiməhullahu təala) nəfsin, qəlbin və ruhun bir-birindən fərqli varlıqlar olduqlarını və “Nəfsi-natıqa”, nəfsin adı olduğunu bildirmişdir.] İsra surəsinin 85-ci ayətində məalən, “Səndən ruh haqqında soruşurlar. Ruh, Rəbbimin yaratdığı varlıqlardan biridir, deyə cavab ver” buyuruldu. Bu ayəti-kərimə ruhun nə olduğunu anlatmağı qadağan etməkdədir. Bunun üçündür ki, turukı-aliyyə məşayıhından (yüksək təriqət şeyxlərindən) və islam alimlərindən çoxu ruhun nə olduğu haqqında danışmaqdan çəkinmişdirlər. Lakin Qurani-Kərimdən başa düşülür ki, ruhun yalnız həqiqətini, nə olduğunu danışmaq qadağandır. Yoxsa xüsusiyyətlərini, özəlliyini anlatmaq qadağan deyil. Bunun üçün alimlərin çoxu tələbəyə və sual verənlərə qəlbin və ruhun cisim olmadıqlarını, bir “Cövhəri-bəsit” olduğunu dedilər. Ağlın çatdığı bilgiləri anlayan, hiss orqanlarından beynə gələn duyğuları alan, bədəndəki bütün qüvvətləri, hərəkətləri idarə edən, istifadə edən həmişə bu ikisidir. Təsəvvüf böyükləri və kəlam alimləri belə demişdir. [Qəlb və ruh haqqında geniş bilgi almaq istəyənin şafii məzhəbi alimlərindən şeyx Şihabüddin Ömər Sührəvərdinin “Avarif-ül məarif” kitabını və İmam Rabbani Əhməd Faruqi Sərhəndinin “Məktubat” kitabını oxuması tövsiyə edilir. Sührəvərdi hicri qəməri 539-cu (miladi 1145) ildə doğulub, 632-ci (miladi 1234) ildə Bağdadda vəfat etmişdir. Abdülqadir Qeylanidən feyz almışdır. İmam Rabbani hicri qəməri 971-ci (miladi 1563) ildə Hindistanın Sərhənd şəhərində doğulmuş və 1034-cü (miladi 1624) ildə orada vəfat etmişdir. Abdülqadir Qeylani hicri qəməri 561-ci ildə Bağdadda vəfat etmişdir.]

Qəlbin və ruhun tərifini altı maddə içində izah edəcəyik:

1 – Əvvəlcə qəlbin və ruhun mövcud olduqlarını bildirək. Ruhun varlığı meydandadır. Bəlli olan şeyi isbat etməyə lüzum yoxdur. İnsana ən məlum olan şey öz varlığıdır. İnsan bir an belə özünü unutmur. Yuxuda ikən, sərxoş vəziyyətdə də ruh özünü unutmaz. İnsanın özünü tanıması üçün bir şey isbat etməyə ehtiyac yoxdur. Lakin ruh maddədirmi, maddə deyilmi, öz-özünə vardırmı, yoxsa başqa bir şeylə mövcuddurmu kimi və daha başqa xüsusiyyətlərini isbat etmək caizdir. Çoxu meydanda olsa da xatırlatmaq lazımdır. Bunun üçün aşağıdakı beş maddə zikr edilmişdir.

2 – Qəlb və ruh cövhərdir. Yəni, özləri vardır. Ruha farsca “can” deyilir. Heyvan öləndə canı çıxdı, deyilir. Ruhu bədənindən ayrıldı, deməkdir. Hər məxluq ya cövhərdir, yaxud arazdır. Varlıqda qala bilməsi üçün başqa bir şeyə möhtac deyilsə, öz-özünə vardırsa, buna “Cövhər” deyilir. Varlıqda başqa bir şeyə möhtacdırsa, “Araz” və ya “Sıfat” (xüsusiyyət) deyilir. Maddə və cisim hərəsi bir cövhərdir. Bir cismin rəngi, iyi, şəkli isə arazdır, özəllikdir. Rəng cisim ilə vardır. Cisim olmazsa, rəng olmaz. Cövhər iki cürdür: Biri “mücərrəd”, yəni maddi olmayan varlıqdır. Ağırlığı, şəkli, rəngi və hiss orqanlarına təsiri yoxdur. İkincisi maddədir. Mücərrəd olan cövhər hiss orqanları ilə duyulmaz, parçalanmaz. Ağıl və ruh belədir. Maddə isə hiss olunur və parçalana bilir. Cisim maddənin şəkil almış vəziyyətidir. Ruhun cövhər olduğu bir çox şəkildə isbat edilmişdir. Ən bəsit yolu budur ki, araz, yəni xüsusiyyət bir cövhər üzərində olur. Cövhər arazı daşıyır. Hiss olunan, düşünülən hər şeyi ruh alır və daşıyır. Bunun üçün qəlb və ruh cövhərdir, araz deyildir. Araz, araz üzərində də ola bilər deyərək, məsələn, sürət hərəkətdə olur, deyərək bu isbatı qəbul etməyənlər də vardır.

3 – Qəlb və ruh bəsitdir. “Bəsit”, demək, parçalanmaz, ayrılmaz deməkdir. Bunun qarşılığı, birləşik, yəni “Mürəkkəb” olmaqdır. Kimyanın bəsit dediyi elementlər bu tərifə görə mürəkkəb sayılır. Çünki atomlarına və ya qaz molekullarına ayrıla bilirlər. Ruhun bəsit olduğu belə başa düşülür ki, bəsit olduğu bilinən şeyi ruh qavrayır. Qəlb və ruh mürəkkəb olsaydı, parçalana bilsəydi bəsit olan bir şey bunda yerləşə bilməzdi. Çünki ruh parçalanarsa, bunda yerləşən bəsit şeyin də parçalanması lazım gələrdi. Bəsit olan şey isə parçalanmaz.

4 – Qəlb və ruh cisim deyil. Eni, boyu və yüksəkliyi olan cövhərə, yəni şəkil almış maddəyə “Cisim” deyilir. Cisimdə yerləşən şeylərə cismani deyilir. Araz, yəni özəlliklər cisimlərdə olduğu üçün cismanidirlər.

5 – Qəlb və ruh anlayan və idarə edəndir. Özlərini bilirlər. Özlərini bildiyini də bilirlər. Göz vasitəsi ilə rəngləri, qulaq ilə səsləri qavrayır. Sinirləri işə salır. Əzələləri hərəkət etdirir. Beləcə, bədənə iş gördürür. Belə işlərə “İradi”, yəni istəkli işlər deyilir.

6 – Ruh, hiss orqanları ilə duyula bilməz. Cisim və cismani şeylər hiss olunur. Ruh, cisim və cismani olmadığı üçün hiss oluna bilməz.

İkinci məqam: İnsan öldükdə ruhu necə olur? İnsan öldükdə, cəsəd cürüdükdə, qəlb və ruh yox olmaz. Ölmək bunların bədəndən ayrılması deməkdir. Bədəndən ayrıldıqda mücərrəd, yəni maddi olmayan aləmə qarışır. [Qiyamətə qədər] yox olmaz. Din alimləri, filosoflar və mütəəssib [fanatik] olmayan fənn adamları belə demişdir. Təbiətçilərdən az bir qismi bu yekdillikdən ayrılmış, doğru yoldan azmışdır. Bunlar insanı çöldəki otlara bənzətdilər. İnsan ot kimi bitər, böyüyər, yox olar. Ruhu qalmaz, dedilər. Belə dedikləri üçün “Xaşxaşı”lar, yəni “Otçular” adı ilə anıldılar. Din alimləri və filosoflar bu otçuların düşüncələrini müxtəlif dəlillərlə rədd etdi.

[Allahu təala bu gün məlum olan 105 elementi yaratmış, bunlardan hər birinə başqa-başqa xassələr vermişdir. Hər element atomlardan əmələ gəlmişdir. Hər atomu bir mikro-dinamo kimi, böyük bir enerji deposu (mənbəyi) etmişdir. Atomların bir-birləri ilə birləşməsindən molekulları və ya ion şəbəkələrini, beləcə üzvi və qeyri-üzvi mürəkkəb cisimləri və hüceyrələri, müxtəlif toxumaları və sistemləri yaratmışdır. Bunların hər birində ağılları heyrətə gətirən incəliklər, qaydalar və qanunauyğunluqlar vardır. Məsələn, ancaq mikroskopla görünə bilən bir hüceyrə müxtəlif şöbələri olan möhtəşəm bir fabrik kimidir. İnsan ağlı bu günə qədər bu fabrikin ancaq bir neçə cihazını görə bilmişdir. İnsandakı milyonlarla hüceyrənin işləyə bilməsi, istər insanda, istər xarici aləmdə minlərlə uyğun şərtlərin olmasına bağlıdır. Bu minlərlə şərt və nizamdan biri pozularsa, insanın bədəni işləməz, dayanar. O böyük qadir, alim olan Allahu təala bu nəhayətsiz nizamı yaradaraq vücud maşınını avtomatik olaraq işlədir. Qəlb və ruh bu maşının elektrik qüvvəti kimidir. Bir motorda kiçik nasazlıq olarsa, cərəyan kəsildiyi kimi, insan bədəninin daxili və xarici quruluş və nizamında hasil olan bir nasazlıq da qəlbin və ruhun bədəndən ayrılmasına səbəb olar və insan ölər. Dünyada heç bir maşın, heç bir motor sonsuzadək işləyə bilməz. Aşınaraq, köhnələrək çürüyüb gedər. Bu bir ümumi qanundur. Vücud maşını da köhnəlir, çürüyür. İnsan qəbirdə çürüdüyü zaman heç bir zərrəsi, heç bir elementi yox olmur. Çürümək bədəni meydana gətirən üzvi molekulların anaerobik mikroblar və torpağın təsiri ilə parçalanaraq karbon dioksid, ammonyak, su kimi kiçik molekullara və sərbəst azota qədər ayrılması deməkdir. Bu parçalanma fiziki və kimyəvi hadisələrdir. Fiziki və kimyəvi reaksiyalarda maddənin yox olmadığı bu gün dəqiq olaraq bilinir. Lavoisier adlı fransız kimyaçısı, “Kimyəvi reaksiyalarda maddə yox olmaz və yoxdan meydana gəlməz” həqiqətini təcrübə ilə sübut etmişdisə də, hər şeyin kimyəvi reaksiya, kimya qanunları ilə əmələ gəldiyini zənn edərək, “təbiətdə heç bir şey yaradılmaz və heç bir şey yox edilə bilməz” demişdir. Bu gün yeni kəşf edilən nüvə hadisələri, nüvə reaksiyaları maddənin enerjiyə döndüyünü, yox olduğunu, Lavoisiernin aldanmış olduğunu göstərir. Bu gün elm adamları açıq olaraq görür ki, fənnin inkişaf etməsi, fənn bilgisindəki irəli atılan hər bir addım islam dinini qüvvətləndirir, islam düşmənlərinin iftiralarını rədd edir, maddəyə sitayiş edən ateistləri rəzil edir, yerlə süründürür. Lakin çox təəssüf ki fənn adamı şəklinə girən, universitetdə oxumuş bəzi din cahilləri fəndə geri qalmağı bəhanə edərək islam düşmənliyi edirlər. Bu diplomlu kafirlər təmiz gəncləri aldatmaq üçün “İslamiyyət geri qalmaqdır, tərəqqiyə mane olmaqdır. Xristianlar inkişaf edir. Hər növ fənn alətləri düzəldirlər. Təbabətdə, hərblərdə, xəbərləşmələrdə istifadə etdikləri fənn alətləri gözlərimizi qamaşdırır. Fəndəki təkamüldən müsəlmanların xəbərləri belə yoxdur. Biz xristianlara tabe olmalıyıq” kimi yalanlar söyləyərək islamiyyətdəki gözəl əxlaqı, qardaşlığı tərk etməyə və avropalılara, amerikalılara bənzəməyə inkişaf deyirlər. Gəncləri özləri kimi islam düşməni edərək fəlakətə sürükləməyə çalışırlar. Halbuki, islamiyyət elmdə, sənətdə inkişafı əmr edir. Xristianlar və bütün kafirlər atalarından, ustalarından öyrəndiklərini edirlər. Əvvəlki nəslin etdiklərini kiçik əlavələr ilə təkrar edirlər. Əvvəlkilər etməsəydi bunlar heç birini edə bilməzdi. “Təkmili-sinaat təlahuki əfkar ilədir” sözü əsrlərlə əvvəl söylənmişdir. Tarix göstərir ki, fəndəki yenilikləri həmişə müsəlmanlar etdi. Fənn bilgilərini, fənn alətlərini yüz il əvvəlki hala qədər yüksəltdilər. Bu tərəqqilərə həmişə islam dini və bu dini tətbiq edən islam dövlətləri səbəb oldu. Xristianlar xaç yürüşləri ilə islam dövlətlərini yıxa bilmədikləri üçün, siyasi oyunlarla, yalanlarla, hiylələrlə daxildən yıxdılar. Onların torpaqlarında müxtəlif, ilmani [layiq], mason [dinsiz] insanlarla hökumətlər qurdular. Lakin islamiyyəti yox edə bilməzlər. Müsəlmanlardan qalan fəndəki kəşflərə əlavələr edərək bu günkü tərəqqini özlərinə mal edirlər. Yalnız öz keflərini, zövqlərini, mənfəətlərini düşünənlər yamanlıqlarını ortaya qoyduğu üçün fənn və sənəti əmr edən islamiyyətə geri qalmış deyirlər. Bütün yəhudilər, xristianlar, hətta bütpərəstlər, bütün dünya Cənnətə, Cəhənnəmə inanır, kilsələr, havralar dolub daşır. Bu inananlara geridə qalmış demədiklərinə görə, fənnə, sənətə deyil, zövq və səfaya, əxlaqsızlıqlara irəlicilik dedikləri anlaşılır. Belə əslsiz və haqsız yalanlarla islamiyyətə həyasızca ilk hücum edən ingilislərdir. “İngilis casusunun etirafları” kitabımızı oxuyun! İndi müsəlmanların birləşərək babaları kimi islamiyyətin əmr etdiyi din və fənn bilgilərinə sarılmaları, yenə böyük sənaye quraraq yeni alətlər düzəltmələri, xristianlardan üstün olaraq bütün bəşəriyyəti səadətə qovuşdurmaları lazımdır.

İnsan bədənində olan maddələr torpaqdan, sudan və havadan meydana gəlmişdir. Canlıların ehtiyac maddələri bu üç qaynaqdan hasil olmuşdur. İnsan çürüdüyü zaman hasil olan maddələr yenə bu üç yerə dağılır. Qiyamətdə təkrar dirilmək bu maddələrin və ya bənzərlərinin təkrar bir yerə gəlmələri ilə olacaq.

Qəlb, ruh və mələklər də yalnız olduqları zaman tərəqqi etməz, yüksəlməzlər. Yaradıldığı dərəcədə qalar. Qəlb və ruh bu bədən ilə birləşdikdə tərəqqi etmək, yüksələ bilmək xassəsini qazanır. Yaxud, kafir olmaq, günah işləmək səbəbləri ilə alçalır, zay olur.

Bu dünyada hər cisim özünə məxsus xüsusiyyətləri ilə tanınır. Hər cisim elementlərin və birləşmələrin bir yığınıdır. Elementlər birləşmədən birləşməyə keçərək yer dəyişdirir, hər cismin tərkibi pozularaq xüsusiyyətləri yox olur, başqa xüsusiyyətli, başqa cisim halına dönür. Bu davamlı dəyişmələrdə maddə yox olmursa da, cisimlər zamanla dəyişir, yox olub başqa cisim hasil olur. Əvvəllər maddəyə “Heyula” deyilirdi. Cismə, yəni maddənin şəkil almasına “Surət” deyilirdi.

Qəlb və ruh parçalanmadığı və parçalardan meydana gəlmədiyi, yəni mücərrəd olduğu üçün heç dəyişməz, pozulmaz, yox olmaz. Fiziki hadisələrdə cisimlərin şəkli və halı dəyişir. Məsələn, su istilik aldığı zaman buxar olur. Maye olduğu halda qaz halına dönür. Su cismi yox olub buxar olur. Kimyəvi reaksiyalarda cismin quruluşu pozulur. O cismin maddəsi yox olub başqa maddə əmələ gəlir. Fiziki hadisələrdə cisim dəyişir. Maddə dəyişmir. Kimyəvi dəyişiklikdə cisim yox olur, maddə dəyişir. Heç birində maddə yox olmur. Nüvə dəyişmələrində isə maddə də yox olub enerji halına dönür.]

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail