Üçüncü məqam: Qəlb və ruhun qüvvətləri vardır. Bu qüvvətlər bitki və heyvanların qüvvətləri kimi deyil. Nəbatatın və heyvanların da özlərinə görə ruhları vardır. Qəlb yalnız insanda vardır. Hər canlıda “Nəbatı ruh” vardır. Doğulma, böyümə, bəslənmə, zərərli maddələri xaricə atma, törəmə və ölmə kimi canlılıq işlərini “Nəbatı ruh” yerinə yetirər. Bu işlər insanlarda, heyvanlarda və bitkilərdə də olur. Necə olması təbiət elmləri dərslərində öyrənilir. Bunlarda böyümə bütün həyatları boyunca olmaz. Müəyyən bir miqdara çatdıqdan sonra bu iş dayanır. Bu miqdar insanlarda orta hesabla 24 yaşına çatdığı zamandakı miqdardır. Piylənmək, kökəlmək, böyümək deyildir. Bəslənmə ölənə qədər davam edir. Çünki qida almadan yaşamaq olmaz.
Heyvanlarda və insanlarda “Heyvani ruh” da vardır. Bunun yeri sinədir. İxtiyari hərəkətləri etdirən bu ruhdur. İnsanlarda isə qəlbin əmri ilə edər.
İnsanlarda ayrıca bir ruh daha vardır ki, Ruh dedikdə qəlb ilə bərabər bu ruh başa düşülür. Ağıldan istifadə etmək, düşünmək və gülmək kimi şeyləri edən bu ruhdur. Heyvani ruhda iki qüvvət vardır. Birincisi, Müdrikə qüvvəti, ikincisi hərəkət qüvvətidir. Müdrikə qüvvəti idrak edən, anlayan qüvvətdir. Bu anlamaq da iki yol ilə olur. Zahiri, görünən hiss orqanları ilə olan anlama. Batini, yəni görünməyən, daxili orqanlarla olan anlama. Görünən hiss orqanları beşdir. Birinci hiss orqanı dəridir. Dəri ilə hərarət, soyuqluq, nəmlik, quruluq, yumşaqlıq, sərtlik kimi şeylər başa düşülür. Bir cisim dəriyə dəyəndə, heyvani ruh bu şeyin isti olub olmadığını anlayır. Bu hissiyyat ovuc içində daha çoxdur. İkincisi, qoxu alma hissiyyatıdır. Burun ilə olur. Üçüncüsü, dad alma hissiyyatıdır. Dildəki sinirlərlə duyulur. Dördüncüsü, eşitməkdir, qulaqdakı sinirlərlə duyulur. Beşincisi, görməkdir, gözdəki sinirlərlə görülür.
Görünməyən hiss orqanları da beş ədəddir: Birincisi, “Hissi-müştərək”dir. Bu duyğunun yeri beynin önündədir. Hiss orqanlarından beyindəki duyğu mərkəzlərinə gələn xarici təsirlərin hamısı burada toplanır. İkincisi “Xəyal”dır. Bunun yeri beynin birinci boşluğunun önündədir. Hissi-müştərəkdə toplanıb anlaşılan, hiss edilənlər burada saxlanılır. Bir cismə baxdıqda bu cisim hissi-müştərəkdə duyulur. Bir cisim göz önündən çəkildikdə hissi-müştərəkdə hiss edilməsi qalmaz. Lakin xəyala gələn təsiri uzun zaman qalır. Xəyal olmasaydı hər kəs bir-birini unudar, heç kəs heç kəsi tanımazdı. Üçüncüsü “Vahimə”dir. Hiss orqanları ilə duyulmayan, lakin duyulanlardan çıxarıla bilən mənaları anlayar. Məsələn, düşmənlik, doğruluq bir orqanla hiss edilməz. Lakin dost, düşmən olan bir şəxs görünür, hiss edilir. Bu şəxslərdəki dostluğu, düşmənliyi anlayan daxili qüvvətə Vahimə deyilir. Vahimə qüvvəti olmasaydı, qoyun qurdun düşmən olduğunu anlamaz, ondan qaçmazdı. Balasını da qorumazdı. Dördüncü qüvvət “Hafizə”dir. Vahimənin anladığı mənaları saxlayar. Beşinci qüvvətə “Mütasarrıfa” deyilir. Anlaşılan duyğuları və mənaları qarşılaşdırıb yeni mənalar əldə edər. Məsələn, zümrüddən bir dağ düşünür. Şairlərdə bu qüvvət çoxdur.
Heyvan ruhunun ikinci qüvvəti olan hərəkət qüvvəti də iki cürdür: Birincisi “Şəhəvi” qüvvətdir. İnsanlar və heyvanlar şəhvət (ehtiras) qüvvətləri ilə özlərinə dadlı gələn və möhtac olduqları şeyləri istəyərlər. Bunlara “Bəhimi” [yəni heyvani] qüvvət də deyilir. İkincisi “Qəzəbi” qüvvətdir. Bu qüvvət ilə özlərinə çirkin, zərərli olan şeyləri dəf edirlər, qovurlar. Bunlara “Canavar” qüvvətlər də deyilir.
Hərəkət qüvvətləri müdrikə qüvvətlərinə möhtacdır. Çünki öncə duyğu orqanları ilə yaxşı və ya pis olduğu məlum olmalıdır ki, istənilsin və ya rədd edilsin. Bütün bu duyğuların və hərəkətlərin hamısı sinirlərlə yerinə yetirilir. İnsan qəlbi və ruhu yalnız insanlarda olur. Bu ruhun da iki qüvvəti vardır. İnsan bu iki qüvvət ilə heyvanlardan ayrılır. Bu iki qüvvətdən birincisi, idrak edici olan “Qüvvəyi-alimə” və “Müdrikə” deyilən bilici qüvvətdir. İkincisi, “Qüvvəyi-amilə”, edici qüvvətdir. Bilici qüvvətə “Nitq” və “Ağıl” deyilir. Bu qüvvət iki yerə bölünür: Biri “Hikməti-nəzəri” olub, “Təcrübi” elmləri, yəni fənn bilgilərini əldə etməyə yarayan qüvvətdir. İkincisi “Hikməti-əməli” olub, “Əxlaq” elmləri ilə alim olan qüvvətdir. Təcrübi, yəni fənn bilgilərini əldə edən qüvvət, maddənin həqiqətini anlamağı təmin edir. Əxlaq bilgilərini əldə edən qüvvət, gözəl əxlaqları və yararlı işləri pis əxlaqdan və çirkin işlərdən ayırır.
Ruhun edici qüvvəti faydalı, uğurlu işlərin edilməsini təmin edər. Bilici qüvvətlər ilə əldə edilən bilgilərə görə iş görər. Heyvan ruhundakı hərəkət qüvvətləri, vahimə qüvvətlərinin yaxşı gördüklərini cəzb edər. Çirkin bildiklərini dəf edər. İnsan ruhunun edici qüvvəti ağla söykənir. Bir işdə yaxşılıq, fayda olduğunu “Ağıl” ilə anlarsa, onu edər. Sonu nöqsan, zərər olacağını anlarsa, o işi etməz və ya dəf edər. Bunları və heyvani ruhun şəhəvi və qəzəbi qüvvətlərini qəlb vasitəsilə idarə edər.
Çox insan vardır ki, çox işlərini nəfsin və ya heyvani ruhun qüvvətlərinə tabe olaraq edər. Yəni, vəhm və xəyalı ilə edərlər.
İmam Muhamməd Qəzali və təsəvvüf böyüklərindən bir qismi buyurdu ki, “Ruhun bu qüvvətləri mələklərdir. Allahu təala lütf və mərhəmət edərək mələkləri ruhun əmrinə vermişdir. Kiçik qiyamət qopana qədər, yəni ruh bədəndən ayrılana qədər ruhun əmrində qalarlar. Hədisi-şəriflərdə də buna işarətlər var. Bəzi şəxslərdə gözlənilmədən, təcrübəli insanları heyrətə gətirən hünərlərin meydana gəlməsi də bunu göstərir”. İnsanın kəmala gəlməsi ruhun iki qüvvəti ilə olur.
İZAH: Muhamməd Məsum həzrətləri “Məktubat”ın ikinci cild, 80-cı məktubunda buyurur ki, “Bəlaları, sıxıntıları dəf etmək üçün “İstiğfar” oxumaq çox faydalıdır və təcrübə edilmişdir. Bunu hədisi-şəriflər də bildirmişdir. Bu fəqir, hər fərz namazından sonra üç dəfə istiğfar duası, yəni, “Əstağfirullahəl azım əlləzi lə iləhə illə hüv əlhayyəl qayyümə və ətübü ileyh” oxuyuram. Sonra, 67 dəfə yalnız “Əstağfirullah” oxuyuram”.
Minlərlə top və tüfəng edə bilməz əsla,
Göz yaşının səhər vaxtı etdiyini.
Düşmən qaçıran süngüləri çox dəfə,
Toz kimi edər bir möminin duası.