Hakikat Books
English

Chapter 50 / 56

Şücaətdən hasil olan gözəl əxlaq

Questions answered in this chapter (7)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Şücaətdən hasil olan gözəl xasiyyətlər hansılardır? draft Report an error
  2. İffətdən meydana gələn on iki gözəl xasiyyət hansılardır? draft Report an error
  3. Bunlardan məşhur olan səkkizi hansılardır? draft Report an error
  4. Mürüvvət nədir? draft Report an error
  5. Ədalətdən doğan on iki xasiyyət hansılardır? draft Report an error
  6. Müsəlmanlar (xavas və avam olaraq) neçə qismdir? draft Report an error
  7. Həzrəti Əli öldükdən sonra dirilməyə inanmayanların halı haqqında nə buyurur? draft Report an error

Şücaətdən hasil olan gözəl əxlaq on birdir:

1 – Ciddi olmaqdır. Təriflənməkdən sevinməz, pislənməkdən kədərlənməz. Kasıbla varlıları bərabər tutar. Şirini acını ayırmaz. Hadisələrin dəyişməsi ilə və qorxulu, sıxıntılı hallar qarşısında çalışması sarsılmaz.

2 – Necdət, yəni igidlikdir. Qorxulu hallarda, sıxıntılı işlərdə, səbr və səbat etməkdir. Bu zamanda bağırıb qışqırmaz. Uyğun olmayan iş görməz.

3 – Himmət sahibi olmaq, çalışqan olmaqdır. Bu dünyanın mövqeyi, rütbəsi, yüksəlməsi, alçalması, sərvəti gözündə olmaz.

4 – Səbatdır (dözümlülük). Məqsədə qovuşmaq üçün çalışarkən, qarşılaşdığı sıxıntılara qatlaşmaq, dayana bilməkdir.

5 – Hilmdir. Ruhun sakit olması, hirslənməməsidir. Mülayim xasiyyətli olmaqdır.

6 – Sükundur. Vətəni, dini və milləti qorumaq üçün edilən cihadlarda, müharibələrdə səy və müqavimət göstərib, düşməninə lağ etdirməməkdir.

7 – Şəhamətdir. Yaxşı işlər görmək, yüksək dərəcələr ələ keçirmək istəməkdir. Xeyir ilə xatırlanmaq, savab qazanmaq istəyər.

8 – Dözümdür. Gözəl xasiyyətlər, yaxşı işlər əldə etmək üçün çalışmaqdan usanmamaqdır.

9 – Təvazökar olmaqdır. Dünya rütbələrində özündən aşağı olanlara böyüklük göstərməməkdir. Çünki əlinə keçənlər Allahu təalanın lütfü və ehsanıdır. Öz əlində bir şey yoxdur. Vəzifə və sərvət sahiblərinin təvazökar olmaları yaxşı olar. Savab olar. Bir mənfəətə qovuşmaq və ya bir zərərdən qorunmaq üçün təvazö göstərməyə “təbasbus”, yəni yaltaqlanmaq deyilir. Dilənçilərin təvazöləri belədir, günahdır.

10 – Hamiyyətdir. Dini, milləti himayə etməkdə, qorumaqda, şərəfini qorumaqda tənbəllik etməyib, bütün qüvvəti ilə çalışmaqdır.

11 – Riqqətdir. İnsanlardan gələn zərərlərə kədərlənməməkdir. Bundan dolayı işlərində və hərəkətlərində dəyişiklik olmamalıdır. Yaxşılıq etməyi tərk etməmək lazımdır.

İffətdən on iki gözəl əxlaq meydana gəlir:

1 – Həyadır. Həya, pis iş gördükdə utanmaqdır.

2 – Rifqdir. Rifq, islamiyyətə tabe olmaqdır. Kəlimənin mənası, şəfqət göstərmək, yaxşılıq etməkdir.

3 – Hidayətdir. Yaxşı xasiyyətli olmağa çalışmaqdır.

4 – Müsaləmətdir. Fikirlər ayrıldığı, sözlər çoxaldığı zaman münaqişə etməmək, sərtliyi, bölücülüyü, ayırıcılığı istəməyib, uyğunlaşmaq, barışmaq istəməkdir.

5 – Nəfsə hakim olmaqdır. Şəhvət zamanında nəfsə tabe olmamaq, iradəsinə hakim olmaqdır.

6 – Səbrdir. İnsanın, haramdan çəkinib, nəfsin pis arzularını etməməsidir. Beləcə, sonu peşmanlıq olan ləzzətlərdən üz çevirər. Səbr ikiyə ayrılır: Biri, günah işləməmək üçün səbr etməkdir. Şeytan, insanın öz nəfsi və pis yoldaşlar insana günah işlətmək istəyərlər. Bunları dinləməyib səbr etmək çox savabdır. Burada bildirilən səbr bu səbrdir. İkincisi, dərdlərin, bəlaların acılarına səbr edib, qışqırıb bağırmamaqdır. Çox kimsə, səbr dedikdə, yalnız bu səbri anlayır. Bu səbr də savabdır. Yəni, səbrin ikisi də fərzdir.

7 – Qənaətdir. Nəfəqədə, yəni yeməkdə, içməkdə, geyinməkdə və sığınacaq yerdə zərurət miqdarına razı olub, daha çox axtarmamaqdır. Yoxsa, veriləni almamaq demək deyildir. Bu əxlaqa təqtir deyilir ki, pis əxlaqdır. Ağlın da, islamiyyətin də bəyənmədiyi bir şeydir. Qənaət isə gözəl əxlaqdır. [Ölməmək, bir üzvün tələf olmaması üçün lazım olan şeyə “Zərurət” deyilir. Nəfəqə üçün və bədəni sıxıntıdan qorumaq üçün lazım olan şeyə “Ehtiyac” deyilir. Ehtiyacdan çox olub, xoşa gələn, şirin olan və insanın qiymətini, şərəfini qorumağa yarayan şeylərə “Zinət əşyası” deyilir. Zinət əşyasından öyünmək, başqalarına nümayiş etdirmək və üstünlük qazanmaq üçün istifadə etməyə “Təfaxür” deyilir. Zərurət və nəfəqə əşyasını təmin etmək fərzdir. Nəfəqədən artıq olan ehtiyac əşyasını, məsələn dərman və təbib məsrəflərini təmin etmək sünnətdir. Zinət caizdir. Təfaxür haramdır.]

8 – Vəkardır. Ehtiyacları və qiymətli şeyləri əldə edərkən tələsməyib, yavaş hərəkət etməkdir. Vəkar, təmkinli olmaqdır. Yoxsa, fürsəti qaçıracaq, mənfəətdən məhrum olacaq şəkildə ləng olmaq deyildir.

9 – Vəradır. İslamiyyətin haram etdiyi və haram şübhəsi olan şeylərdən çəkinmək və əmr etdiyi şeyləri, hər kəsə faydalı olan işləri etməkdir. Qüsurlu və tənbəl olmaqdan çəkinməkdir.

10 – İntizamdır. İşləri bir sırayla, nizamla etməkdir.

11 – Hürriyyətdir. Malı, pulu halaldan qazanmaq və yaxşı yerlərə sərf etmək, hər kəsin haqqına riayət etməkdir. Hürriyyət, başı boş olub, hər istədiyini etmək deyildir.

12 – Səxavətdir. Pulu, malı xeyirli, yaxşı yerə sərf etməkdən ləzzət almaqdır. İslamiyyətin əmr etdiyi yerlərə sevə-sevə verməkdir. Səxavət, comərd olmaq deməkdir. Gözəl əxlaqın ən yüksəklərindəndir. Ayəti-kərimələrdə və hədisi-şəriflərdə mədh olunmuşdur. Səxavətdən bir çox gözəl əxlaqlar meydana gələr. Bunlardan səkkizi məşhurdur:

1 – Kərəmdir. Hər kəsə faydalı işlər və pulla kömək etməyi sevməkdir.

2 – İsardır. Özü möhtac olduğu malı, möhtac olan başqasına verib, yoxluğuna səbr etməkdir. Gözəl əxlaqın çox qiymətlisidir. Ayəti-kərimələr ilə mədh olunmuşdur.

3 – Əfvdir. Düşməndən və ya təqsirkardan intiqam almağa, qarşılığını verməyə gücü yetərkən, bunu etməməkdir. Yamanlığa yaxşılıqla cavab vermək əfvdən daha yaxşı olar. Beyt:

Pisliklərə qarşı asan olur pislik,

Pislik edənlərə yaxşılıq etmək mərdlik!

4 – Mürüvvətdir. Möhtac olanlara lazım olan şeyləri verməkdir. Başqalarına yaxşılıq etməyi sevməkdir.

5 – Vəfadır. Tanışlara, dostlara dolanışıqda kömək etməkdir.

6 – Müvasatdır. Tanışları, dostları nemətlərinə ortaq etmək, yaxşı dolanmaqdır.

7 – Səmahatdır. Verməsi lazım və vacib olmayan şeyləri sevə-sevə verməkdir.

8 – Müsaməha etməkdir. Tərk etməsi lazım olmayan şeyləri başqasına faydalı olmaq üçün tərk etməkdir. Başqasının qəbahətini görməzliyə vurmaq deməkdir.

Ədalətdən on iki əxlaq meydana gələr:

1 – Sədaqətdir. Yoldaşını sevməkdir. Onun yaxşılığını, rahatlığını istəməkdir. Onu zərərdən qorumaqdır. Onu sevindirməyə çalışmaqdır.

2 – Ülfətdir. Bir cəmiyyətin, din və dünya düşüncələrində, inanclarında bir-birlərinə uyğun olmasıdır.

3 – Vəfadır. Yola getmək, köməkləşməkdir. Sözündə durmaq, haqqa riayət etmək də deyilir.

4 – Şəfqətdir. Başqalarına dərd, fəlakət gəlməsindən kədərlənməkdir. Hər kəsin dərdlərdən qurtulmasına çalışmaqdır.

5 – Sılai-rahmdir. Qohumlarının, yaxınlarının haqlarına riayət etmək, onları ziyarət etmək və kömək etməkdir. Rəsulullah (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifdə, “Bütləri, sitayiş edilən heykəlləri qırmaq üçün və qohuma yaxşılıq etmək üçün göndərildim” buyurdu.

6 – Mükafatdır. Yaxşılığa qarşı yaxşılıq etməkdir.

7 – Hüsni-şirkətdir. Haqqa riayət edib, ədalətlə hərəkət etməkdir.

8 – Hüsni-qəzadır. Hər kəsin hər şeydə haqqını verib, başa qaxmamaq və peşman olacaq iş görməməkdir.

9 – Təvəddüddür. Təvəddüd, məhəbbət deməkdir. Yoldaşlarını sevib, hədiyyə verib özünü sevdirməkdir.

10 – Təslimdir. İslamiyyətin əmrlərini, qadağalarını və islam əxlaqını, şirin gəlməsə belə, qəbul edib razı olmaqdır.

11 – Təvəkküldür. İnsan gücünün xaricində olan və dəyişdirilməsi mümkün olmayan kədərli hadisələri, əzəldə təqdir edilmiş, yazılmış bilib, kədərlənməmək, Allahu təaladan gəldiyini düşünərək, sevə-sevə qarşılamaqdır.

12 – İbadətdir. İbadət, hər şeyi yoxdan var edən və hər canlını hər an görünər görünməz qəzalardan, bəlalardan qoruyan və hər an müxtəlif nemətlər, yaxşılıqlar verərək yetişdirən Allahu təalanın əmr və qadağalarını yerinə yetirməkdir. Ona xidmətdə qüsur etməməyə çalışmaqdır. Allahu təalanın sevgisinə qovuşmuş olan Rəsullara, Nəbilərə (əleyhimussaləvatu vəttəslimat), Vəlilərə, Alimlərə (rahiməhumullahu təala) bənzəməyə çalışmaqdır.

[Müsəlmanlar iki qisimdir: Havas (alimlər) və avam (cahillər). Türkcə “Dürri Yekta”-da deyilir ki, “Avam, sarf (kəlimə elmi), nahv (cümlə elmi) və ədəbiyyat elmlərinin üsullarını, qaydalarını bilməyən kimsələrdir. Bunlar, fətva kitablarını anlaya bilməz. Bunların, “iman” və “ibadət” bilgilərini axtarıb, soruşub, öyrənmələri fərzdir. Alimlərin də sözləri, nəsihətləri və yazıları ilə ilk əvvəl iman, sonra dinin təməli olan beş ibadəti öyrətmələri fərzdir. “Zahirə” və “Tatarhaniyyə” kitablarında imanın şərtlərini və “Əhli-sünnət etiqadı”nı öyrətməyin hər şeydən əvvəl lazım olduğu bildirilməkdədir”. Bunun üçündür ki, böyük alim, zahiri və batini elmlərin mütəxəssisi, seyid Abdülhakim Arvasi (rahmətullahi əleyh) vəfatına yaxın demişdir: “İstanbul məscidlərində otuz il yalnız Əhli-sünnət alimlərinin kitablarında yazılı olan imanı, yəni Əhli-sünnət etiqadını və islamın gözəl əxlaqını izah etməyə çalışdım. Əhli-sünnət alimləri bu bilgiləri Əshabı-kiramdan, onlar da Rəsulullahdan öyrəndilər.” İman bilgilərinə “Aqaid” və “Etiqad” deyilir. Bunun üçün biz də bütün kitablarımızda Əhli-sünnət etiqadını, islamın gözəl əxlaqını, hər kəsə yaxşılıq və hökumətə kömək etmək lazım olduğunu bildiririk. Seyyid Qutb və Mövdudi kimi din cahillərinin və «Təbliğ cəmaatçıları» kimi bidət sahiblərinin, yəni məzhəbsizlərin hökumətə qarşı qızışdırıcı, qardaşı qardaşa düşmən edən, bölücü yazılarını bəyənmirik. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) “Din, qılıncların kölgələri altındadır” buyuraraq müsəlmanların hökumət və qanun himayəsində rahat yaşaya biləcəklərini bildirdi. Hökumət qüvvətli olduqca rahatlıq, hüzur artar. Avropa, Amerika kimi kafir məmləkətlərdə rahat yaşayan, dini vəzifələrini sərbəst yerinə yetirən müsəlmanlar da, onlara hürriyyət verən hökumətə, qanunlara qarşı çıxmamalı, fitnəyə, anarxiyaya vəsilə olmamalıdırlar. Əhli-sünnət alimləri (rahiməhumullahu təala) belə olmağımızı əmr etmişdir. İbadətin ən üstünü, ən qiymətlisi, fitnə-fəsad atəşi ilə oynamamaq və üsyan edənlərə, fitnə, anarxiya çıxaranlara alət olmamaq, “Əhli-sünnət etiqadı”nı öyrənib, imanın buna uyğun olmasına çalışmaqdır. İmanı belə düzəldərək, “Bidət əhli” deyilən yetmiş iki növ bölücü, pozuq inanışdan xilas olduqdan sonra, ibadətlərdə də bidət işləməkdən çəkinmək lazımdır. İslamiyyətin əmr etmədiyi şeyləri ibadət zənn edərək etməyə “İbadətdə bidət” deyilir. Allahu təalanın əmrlərinə və qadağalarına “Əhkami-islamiyyə” deyilir. Əhkami-islamiyyəyə tabe olmağa “İbadət etmək” deyilir. İbadətlərin doğru olaraq edilməsini bildirən “Dörd məzhəb” vardır. Bunların dördü də haqdır, doğrudur. Bu dörd məzhəb, Hənəfi, Şafi, Maliki, Hənbəli məzhəbləridir. Hər müsəlmanın, bu dörd məzhəbdən birinin “Elmihal” kitabını oxuyub, ibadətlərini bu kitaba uyğun etməsi lazımdır. Beləcə, bu məzhəbə girmiş olar. Bu dörd məzhəbdən birinə girməyən kimsəyə «Məzhəbsiz» deyilir. Məzhəbsiz olan Əhli-sünnət deyildir. Əhli-sünnət olmayan da ya «Bidət əhli»dir, ya da kafirdir.

Həzrəti Əli (kərrəmallahu vəchəh) buyurur ki, “Öldükdən sonra təkrar dirilməyə inanmayan birini görsən, ona de ki, mən inanıram. Sənin dediyin doğru çıxarsa, mənim heç zərərim olmaz. Mənim dediyim doğru olarsa, sən əbədi atəşdə yanacaqsan!” Avropada, Amerikada bütün fənn adamları, dövlət adamları, professorlar, komandirlər axirət həyatına inanırlar. Hamısı kilsələrə gedib tapınırlar. Yəhudilər, Buddistlər, Brahmanlar, atəşə tapınanlar, bütpərəstlər, mədəni, vəhşi hər kəs inanır. Yalnız, bir neçə kommunist məmləkətini idarə edən, yalançı, zalım, azğın diktatorlar və bunların ətrafındakı və başqa məmləkətlərdəki pullu nökərləri inanmır. Dolana bilmələri və zövqləri üçün din düşmənliyi edən bir neçə cahilin, axmağın, dünya əhalisinin yüzdə doxsanını təşkil edən inananlar qarşısında haqlı olacaqları düşünülə bilərmi? İnanmayan bir kimsə öldükdə öz inancına görə yox olacaq. İnanana görə isə, Cəhənnəmdə əbədi əzab görəcəkdir. İnanan bir kimsə öldükdə inanmayana görə yenə yox olacaq. Öz inancına görə əbədi zövqlər, nemətlər içində yaşayacaqdır. Ağlı, bilgisi olan bir insan bu ikisindən hansını seçər? Əlbəttə, ikincisini deyilmi? Dünya işlərindəki, maddə aləmindəki intizam Allahu təalanın varlığını ağlı olanlara xəbər verir. Axirətin var olduğunu da Allahu təala xəbər verir. O halda, ağlı, elmi olanın Allahın varlığına və birliyinə inanması lazımdır. İnanmamaq axmaqlıq, cahillikdir. Allahu təalaya iman etmək, Onun “Üluhiyyət sifətləri”nə yəni Onun “Sifati-zatiyyə”sinə və “Sifati-sübutiyyə”sinə və verdiyi xəbərlərə inanmaqdır və Onun dininə tabe olmaqdır. İslamiyyətə tabe olan hər kəs dünyada da rahat və məsud yaşayar. Hər kəsə yaxşılıq edər. Allahu təala qullarına çox rəhm etdiyi, acıdığı üçün faydalı şeylər etmələrini əmr etmişdir. Bu əmrlərə “Fərz” deyilir. Zərərli şeyləri qadağan etmişdir. Bunlara “Haram” deyilir. Fərzlərin və haramların hamısına “Əhkami-islamiyyə” deyilir. Dinlər, Allahu təalanın qullarına rəhmətidir, ehsanıdır. Dinlərə inanan və tabe olan dünyada və axirətdə Allahu təalanın lütfünə qovuşar, məsud olar. İnanmayan ağlı ilə faydalı olduğunu anlayaraq, dünya işlərində tabe olarsa, yalnız dünyada məsud, rahat yaşayar. İndi Avropalıların bir qismi bunun üçün rahat və məsud yaşamaqda, islamiyyətə tabe olmayan müsəlmanlar zəlil, həqir yaşamaqdadır.]

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail