Hakikat Books
English

Chapter 53 / 56

Səxavətə bənzəyən pis əxlaq

Questions answered in this chapter (3)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Gözəl əxlaqa bənzəyən pis xasiyyətlər hansılardır, bunlar gözəl xasiyyətlərdən necə ayrılır? draft Report an error
  2. Səxavətə (comərdliyə) bənzəyən pis xasiyyət nədir? draft Report an error
  3. Malı halaldan qazanmaq niyə çətindir? draft Report an error

3 – Səxavətə bənzəyən pis əxlaq da belə olur: Malı alın təri ilə qazanmamış, mirasla və ya qaçaqçılıq, möhtəkirlik etmiş, yaxud lotoreya ilə qazanmışdır. Malın qiymətini bilməz. Haramlara, lazımsız yerlərə sərf edər. Ağlın və islamiyyətin bəyənmədiyi pis yerlərə xərcləyər. Axmaqlar bunu comərd zənn edər. Halbuki, bunda səxavət deyilən gözəl əxlaq yoxdur. Mal qazanmaq dağa yük çıxarmaq kimidir. Mal paylamaq yuvarlaq daşı dağdan aşağı buraxmağa bənzəyər. Kasıblıq, çox kimsənin yaxşı adam olmasına mane olar. Çoxları kasıblıq sıxıntısı ilə imanını əldən qaçırmış, mürtəd olmuşdur. “Ramuz-ül-Əhadis”dəki hədisi-şərifdə, “Əshabım üçün kasıblıq səadətdir. Axır zamandakı ümmətim üçün zəngin olmaq səadətdir” buyuruldu.

Yaxşı anladım, uzun təcrübə ilə:

Adam elmlə ölçülər, elm də mal ilə!

Malı halaldan, səhih ticarət ilə qazanmaq çətindir. Halal yoldan, islamiyyətə uyğun yerlərdən qazanan az olar. Halal mal damcı-damcı, haram mal isə sel kimi axaraq gələr. Mal paylamaqda səxavət gözəldir. İsraf isə pisdir, haramdır. Səxavət, səxavət əxlaqını qazanmaq, xəsislik deyilən pis əxlaqdan xilas olmaq üçün vermək deməkdir. Dünyadan bir şey ələ keçirmək üçün və nəfsin pis arzusuna çatmaq üçün verməyə səxavət deyilməz.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail