Hakikat Books
English

Chapter 56 / 56

Altıncı bab

Questions answered in this chapter (15)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Altıncı babda nə bildirilir (gözəl əxlaqın növləri)? draft Report an error
  2. Ədalətin birincisi (Allaha qulluq) nədir? draft Report an error
  3. Ədalətin ikinci qismi (insanların haqqını ödəmək) nədir? draft Report an error
  4. Ədalətin üçüncüsü (keçmişlərin haqlarını ödəmək) nədir? draft Report an error
  5. Yaxşılıq edənə necə qarşılıq verilir? draft Report an error
  6. İnsan Allaha qarşı şükr borcunu necə yerinə yetirməlidir? draft Report an error
  7. Şükr nemətlərin Ondan gəldiyini bilib həmd etməkdirmi? draft Report an error
  8. Bəzilərinə görə birinci vəzifə (əmrləri yerinə yetirmək) nədir? draft Report an error
  9. Bəzilərinə görə insan əvvəlcə nə etməlidir (özünü təmizləmək)? draft Report an error
  10. Bəzilərinə görə insan başqalarını irşad etməlidirmi? draft Report an error
  11. Bəzilərinə görə insanın müəyyən bir vəzifəsi varmı? draft Report an error
  12. Sonra gələnlərə görə insanın Allaha qarşı vəzifəsi neçə qismə ayrılır? draft Report an error
  13. İbadət neçə qismə ayrılır (doğru etiqad, doğru söz, doğru iş)? draft Report an error
  14. Bu fəqirə görə sözün xülasəsi nədir? draft Report an error
  15. İslam alimlərinə görə insana vacib olan başlıca vəzifə nədir? draft Report an error

“Əxlaqı alai” kitabının altıncı babında gözəl əxlaqın növləri bildirilmişdir. Biz, burada yalnız ədaləti bildirəcəyik. Ədalət üç yerə ayrılır:

Birincisi, Allahu təalaya qulluq etməkdir. Allahu təalanın mərhəməti, nemətləri, ehsanları hər məxluqa verilmişdir. Nemətlərin ən böyüyü qullarına səadət yolunu göstərməsidir. Haqları yox ikən hamısını ən gözəl şəkildə yaratmışdır. Əbədi, saysız nemətlər, yaxşılıqlar vermişdir. Belə bir sahibə, yaradana ibadət etmək, Onun ehsan etdiyi nemətlərə şükür etmək əlbəttə lazımdır. Ədalət üçün sahibinin haqqını ödəmək lazımdır. Hər insanın yaradanına qarşı borclu olduğu bu qulluq haqqını yerinə yetirməsi vacibdir.

Ədalətin ikinci qismi insanların haqqını verməkdir. Hökumətə, amirlərə, qanunlara qarşı gəlməmək, alimlərə hörmət, əmanətlərə vəfa, alış-veriş haqqına riayət, vədlərinə əməl etmək lazımdır.

Üçüncüsü, keçmişlərin haqlarını verməkdir. Bu da onların borclarını ödəmək, vəsiyyətlərini yerinə yetirmək, vəqflərini mühafizə və buraxdıqları xeyir və gözəl işləri davam etdirməklə olar.

Yaxşılıq edənə mal ilə, xidmət ilə qarşılığı verilir. Bunu edə bilməyən həmd və səna, təşəkkür və dua edər. Əvəzini verməyənin başına qaxılar, pislənər, incidilər. Çünki, yaxşılığa qarşı yaxşılıq etmək insanlıq vəzifəsidir. O halda, hər yaxşılığı edən, ən böyük yaxşılıq olaraq yox ikən var edən, ən gözəl şəkli verən, lazımlı üzvləri, qüvvətləri ehsan edən, hər birini bir ahəng ilə işlədərək səhhət verən, ağıl və zəka bəxş edən, övlad, ev, ehtiyac əşyası, qida, içəcək, paltarlarımızı yaradan uca bir sahibə bu nemətləri səbəbsiz, qarşılıqsız lütf edən və hər an yox olmaqdan, düşməndən, xəstəlikdən mühafizə edən və bizə heç ehtiyacı olmayan, əbədi qüvvət, qüdrət sahibi olan Allahu təalaya şükür etməmək, qulluq haqqını ödəməmək nə böyük qəbahət, nə çox zülm və nə alçaq bir vəziyyət olar. Xüsusilə, Ona və nemətlərin Ondan gəldiyinə inanmamaq və ya bunları başqasından bilmək ən böyük zülm, ən pis üz qarası olar. Bir kimsəyə hər ehtiyacı verilsə, hər ay kifayət qədər pul, qida hədiyyə olunsa, bu kimsə o ehsan sahibini hər yerdə hər kəsə necə tərifləyər. Gecə-gündüz onun sevgisini, etimadını, onun qəlbini qazanmağa çalışmazmı? Onu dərdlərdən, çətinliklərdən mühafizə etməyə çalışmazmı? Ona xidmət edə bilmək üçün özünü təhlükələrə atmazmı? Bunları etməsə, o ehsan sahibinə heç qiymət verməsə, hər kəs onu tənqid etməzmi? Hətta, insanlıq vəzifəsini etmir deyə cəzalandırılmazmı? Yaxşılıq edən bir insanın haqqına belə riayət edildiyi halda, hər nemətin, hər yaxşılığın həqiqi sahibi olan, hamısını yaradan, göndərən, Allahu təalaya şükür etmək, Onun bəyəndiyi, istədiyi şeyləri etmək nə üçün lazım olmasın? Əlbəttə, ən çox Ona şükür etmək, ən çox Ona itaət etmək, ibadət etmək lazımdır. Çünki, Onun nemətləri yanında başqalarının yaxşılıqları dəniz yanında damcı belə deyildir. Hətta, digərlərindən gələn yaxşılıqları da yenə O göndərməkdədir.

Allahu təalanın nemətlərini kim saya bilər?

Nemətlərinin milyonda birinə kim şükür edə bilər?

İnsan Allahu təalaya qarşı lazım olan şükür borcunu necə etməlidir? Bəzilərinə görə birinci vəzifə, Allahu təalanın varlığını düşünməkdir. Məsnəvi:

Həmd olsun nemətləri bol Allaha,

Öncə varlıq neməti verdi mənə!

Ehsanlarını saymağa güc yetməz,

Güc də, hər üstünlük də, layiq Ona!

Bəzilərinə görə nemətlərin Ondan gəldiyini anlamalı və dil ilə həmd və səna etməlidir.

Bəzilərinə görə birinci vəzifə Onun əmrlərini yerinə yetirmək, haramlarından çəkinməkdir.

Bir qismi də, insan əvvəl özünü təmizləməli, beləcə, Allahu təalaya yaxınlaşmalıdır, dedi.

Bəziləri insanları irşad etməli, doğru, saleh olmalarına çalışmalıdır, dedi.

Bəziləri də, insanın bəlli bir vəzifəsi olmaz. Hər insanın özünə görə, başqa-başqa vəzifələri olar, dedi.

Sonra gələnlərə görə insanın Allahu təalaya qarşı vəzifəsi üç yerə ayrılır: birincisi, bədəni ilə edəcəyi işlərdir. Namaz, oruc kimi. İkincisi, ruhu ilə edəcəyi işlərdir. Doğru etiqad etmək [Əhli-sünnət alimlərinin bildirdikləri kimi iman etmək, inanmaq]. Üçüncüsü, insanlara ədalətli şəkildə rəftar etməklə Allahu təalaya yaxınlaşmaqdır. Bu da əmanəti mühafizə, insanlara nəsihət etmək, əvvəla islamiyyəti öyrətməklə olar.

Bütün bunlardan aydın olur ki, ibadət üç yerə ayrılır: Doğru etiqad, doğru söz və doğru iş. Bunlardan son ikisində, açıq olaraq əmr edilməmiş olanlar zamana və şərtlərə görə dəyişər. Allahu təala Peyğəmbərləri (əleyhimussaləvatu vəttəslimat) vasitəsi ilə dəyişdirər. İbadətləri insanlar dəyişdirə bilməz. Peyğəmbərlər (əleyhimussaləvatu vəttəslimat) və bu böyüklərin varisləri olan Əhli-sünnət məzhəbinin alimləri (rahiməhumullahu təala) ibadətlərin növlərini və necə ediləcəklərini ayrı-ayrı bildirmişdirlər. Hər kəsin bunları öyrənməsi və ona görə hərəkət etməsi lazımdır.

Bu fəqirə görə sözün xülasəsi, yuxarıda bildirildiyi kimi doğru etiqad, doğru söz və saleh əməl birinci vəzifədir.

İslam alimləri və təsəvvüf böyükləri (rahiməhumullahu təala) buyurdu ki, insana vacib olan birinci vəzifə iman, əməl və ixlas sahibi olmaqdır. Dünya və axirət səadətləri ancaq bu üçünə qovuşmaqla əldə edilir. Əməl qəlb ilə və dil ilə, yəni söz ilə və bədən ilə ediləcək işlər deməkdir. Qəlbin işləri əxlaqdır. İxlas, əməlini, yəni bütün işlərini, ibadətlərini, tək Allahu təalanın razılığına, sevgisinə qovuşmaq üçün etmək deməkdir.

Eşqin aldı məndən məni,

Sevirəm Rəbbim səni!

Sənin sevgin çox şirinmiş,

Sevirəm Rəbbim səni!

Nə varlığa sevinərəm,

Nə yoxluğa üzülərəm.

Eşqin ilə zövqlənərəm,

Sevirəm Rəbbim səni!

Əmr etdin ibadətləri,

Mədh etdin yaxşı əməlləri,

Verdin əbədi nemətləri,

Sevirəm Rəbbim səni!

Nə nankor nəfsim var əcəb,

Zövq üçün mənə qıyar hey.

Mən həqiqi zövqü tapdım,

Sevirəm Rəbbim səni!

İbadəti gözəl etmək,

Dünya üçün də çalışmaq,

Gecə gündüz işim, çünki,

Sevirəm Rəbbim səni!

Sevmək sözlə olmaz Hilmi,

Rəbbin çalışın dedi.

Halından da əyan olsun;

Sevirəm Rəbbim səni!

İslam düşmənləri neçə-neçə,

Çatır dinə hiyləgərcə.

Dayansan, doğrumu olar,

Sevirəm Rəbbim səni!

Aşiq tənbəl oturarmı?

Məşuqa toz qondurarmı?

Düşməni susdur və söylə:

Sevirəm Rəbbim səni!

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail