Hakikat Books
English

Chapter 55 / 56

Beşinci bab

Questions answered in this chapter (10)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Beşinci babda nə bildirilir; ədalət nədir? draft Report an error
  2. Birinə qorxu verən və ya hücum edənə nə edilməsi lazımdır? draft Report an error
  3. Ədalət nədir və necə tanınır? draft Report an error
  4. İslamiyyət elmi, texnikanı və çalışmağı təşviq edirmi? draft Report an error
  5. Əbdürrəşid İbrahim “Aləmi-islam” kitabında nəyi izah edir? draft Report an error
  6. İslamiyyət elmə və çalışmağa mane olurmu? draft Report an error
  7. İnsanlar bir araya gəldikdə niyə zülm ortaya çıxır? draft Report an error
  8. İnsanlar arasında ədaləti təmin etmək üçün hansı üç şey lazımdır? draft Report an error
  9. İnsan əvvəlcə kimə ədalət etməlidir? draft Report an error
  10. Əmri altındakılara mərhəmət etməyənlərin halı necə olacaqdır? draft Report an error

İndi, ədalətin nə olduğunu bildirək: Ədalət, gözəl əxlaqın ən şərəflisidir. Ədalətli insan, insanların ən yaxşısıdır. Ədalət, ittifaq, müsavat deməkdir. İki şeyin ya özləri və ya xüsusiyyətləri müsavi olar. Bənzəyən yerlərində birləşmişlər deməkdir. Demək ki, ədalət birlikdən, vəhdətdən doğulmuşdur. Vəhdət isə ən şərəfli bir xüsusiyyət, ən üstün bir haldır. Çünki, bütün varlıqlar bir varlıqdan meydana gəlmişdir. Aləmdə rast gəlinən hər birlik həqiqi, yeganə varlığa bənzəyir. Hər varlıq, o bir olan varlıqdan olduğu kimi, hər birlik o birdəndir. Ölçmə, müqayisə işlərində müsavat, yəni bərabərlik kimi şərəflisi, qiymətlisi yoxdur. Musiqidə bu məsələ daha təfsilli tədqiq edilmişdir. Ona görə də yaxşılıqların ən şərəflisi ədalətdir. Ədalət, ortada olmaqdır. Ortadan ayrılanda ədalət olmaz. Üç yerdə ədalətin olması lazımdır:

1 – Bir malı, bir neməti bölərkən, ədalət ilə bölmək lazımdır.

2 – Muaməlatda, alış-verişdə ədalət lazımdır.

3 – Uqubatda, cəza verməkdə ədalət lazımdır. Bir şəxs birisini qorxuya salsa, hücum etsə, həmin şəxsə qarşı da belə edilməsi lazımdır. [Lakin, bu qarşılığı ancaq hökumət edər. Özünə hücum edilən kimsə, buna qarşılıq etməməli, bunu polisə, məhkəməyə xəbər verməlidir. Müsəlman, həm islamiyyətə tabe olar, günah işləməz. Həm də qanuna tabe olar, cinayət işləməz.] Ədalət olanda, hər kəs qorxusuz yaşayar. Ədalət, qorxusuzluq deməkdir.

Ədalət nədir? Bunu insan ağlı ilə tapmaq çox çətin olduğu üçün, Allahu təala qullarına acıyaraq məmləkətləri qorumaq üçün bir ölçü göndərdi. Bu ilahi ölçü ilə ədaləti ölçmək asan oldu. Bu ölçü Peyğəmbərlərin (əleyhimussaləvatu vəttəslimat) gətirdikləri dinlərdir. İslamiyyətə namusu-ilahi də deyilir. Bu gün və qiyamətə qədər istifadə edilməsi əmr olunan ilahi ölçü Muhamməd əleyhissəlama göndərilən dindir. Bu ölçüdən sonra bir də ikinci ölçü verilmişdir. Bu da sözü keçən hakimdir. İnsan mədəni olaraq yaradılmışdır. Yəni, elə yaradılmışdır ki, bir-birləri ilə qarışmaq, bir yerdə yaşamaq, köməkləşmək məcburiyyətindədir. Heyvanlar mədəni yaradılmadı. Şəhərdə birlikdə yaşamağa məcbur deyildirlər. İnsanlar zərif, zəif yaradıldığı üçün bişməmiş yemək yeyə bilməz. Qida, paltar və mənzilin hazırlanması lazımdır. Yəni, sənətlərə ehtiyac vardır. Bunun üçün də araşdırmaq, düşünmək və təcrübə etmək, çalışmaq lazımdır.

[İslamiyyət fənni, texnikanı, çalışmağı, gözəl əxlaqı təşviq və əmr etmişdir. İngilislər və kommunistlər islamiyyətə alçaqca böhtan edir. İslamiyyət insanları keyləşdirir, çalışmağı dayandırır, deyərək, həyasızca yalan söyləyirlər. İslam məmləkətlərində ovladıqları, aldatdıqları cahil, soysuz kimsələrə çox pul və vəzifə verərək onları da belə danışdırırlar. Fənni, elmi, çalışmağı əmr edən, çalışanları mədh edən ayəti-kərimələr və hədisi-şəriflər meydanda olarkən bu alçaq, həyasızca böhtanlar günəşi palçıqla suvamağa bənzəyir. İngilislər islamiyyətə hiyləgərcə hücum edir. İslamiyyəti içəridən yıxırlar. Böhtanlarına gənclərin asan aldanmalarını təmin edə bilmək üçün islam bilgilərini, din kitablarını yox edirlər. İslamiyyətə hücum etmək üçün, Londonda “Müstəmləkələr Nazirliyi” qurdular. Burada xain planlar hazırladılar. Minlərlə casus yetişdirdilər. Tələlərinə düşən cahil, soysuz din adamlarından, Nəcdli Abdulvəhhab oğlu Muhamməd və Dəriyyə Əmiri Süud oğlu Muhamməd ilə əməkdaşlıq edərək, milyonlarla pul və silahın gücü ilə “Vəhhabilik” bidət firqəsini qurdular. Müsəlmanların himayəçisi, gözətçisi olan Osmanlı dövlətini içəridən yıxdılar. “İngilis Casusunun Etirafları” kitabına baxın!

Abdürrəşid İbrahim əfəndi, 1328-ci (miladi 1910) ildə İstanbulda nəşr olunan türkcə “Aləmi İslam” kitabının ikinci cildində, “İngilislərin islam düşmənliyi” yazısının bir yerində deyir ki: “Xilafəti-islamiyyəni bir an əvvəl süqut etdirmək ingilislərin birinci düşüncələridir. Krım müharibəsinə səbəb olmaları və burada türklərə kömək etmələri xilafəti məhv etmək üçün bir hiylə idi. Paris sözləşməsi bu hiyləni ortaya qoymuşdur. [1923-cü ildə edilən Lozan sülhünün məxfi maddələrində bu düşmənliklərini açıqca bildirmişdirlər.] Hər zaman müsəlmanların başına gələn fəlakətlər hansı pərdə ilə örtülərsə örtülsün həmişə ingilislərdən gəlmişdir. İngilis siyasətinin təməli islamiyyəti yox etməkdir. Çünki, islamiyyətdən qorxurlar. Müsəlmanları aldatmaq üçün satılmış vicdanlardan istifadə etmişdirlər. Bunları islam alimi, qəhrəman olaraq tanıdırlar. Sözümüzün xülasəsi, islamiyyətin ən böyük düşməni ingilislərdir.” Abdürrəşid əfəndi, 1363-cü ildə (miladi 1944) Yaponiyada vəfat etdi.

İslamiyyət fənnə, texnikaya, çalışmağa mane olarmı? İnsan hər ehtiyacını hazırlamağa məcburdur. Bunu hazırlayan da fənn, sənət və çalışmaqdır. Bir insanın hər sənəti öyrənməsi mümkün deyildir. Hər bir sənəti müəyyən kimsələr öyrənər, həyata keçirər. Hər kəs özünə lazım olan şeyi bu sənət sahibindən alar. Bu sənət sahibi də özünə lazım olan başqa bir şeyi, onu edən digər sənət sahibindən alar. Beləcə, insanlar bir-birlərinin ehtiyaclarını təmin edər. Bunun üçün insan tək yaşaya bilməz. Birlikdə yaşamağa məcburdur. Mədəniyyət demək, “Təmiri-bilad və tərfihi ibad” üçün bir yerdə yaşamaq deməkdir.]

İnsanlar bir araya gəldikdə fürsətcil kəslər başqasının haqqına təcavüz edərlər. Zülm edənlər olur. Çünki, hər nəfs istədiyinə qovuşmaq istəyər. Şirin olanı almağa çalışar. Bu şeyləri istəyən bir neçə adam çəkişməyə başlayar. Bir leşə toplanan itlərin bir-birilə boğuşmaları kimi aralarında döyüşməyə başlayar. Bunları ayırmaq üçün qüvvətli bir hakim lazım olur. Alış-verişdə hər kəs öz etdiyinin daha qiymətli olduğunu söyləyər. Edilən şeylərin qarşılıqlı dəyərlərini ədalət ilə ölçmək lazım olur. Əşyanın dəyərlərini qarşılıqlı ölçən şey qızıl ilə gümüşdür. Yəni, puldur. Qızıl ilə gümüşə “Nakdeyn” deyilir. Hər millətin istifadə etdiyi kağız pullar indi hamısı qızılın qarşılığıdır. Yəni, qızılı çox olan hökumətlər çox kağız pul buraxa bilər. Qızılı az olan kağız pulu çox buraxarsa, bunların qiyməti olmaz. Çünki, Allahu təala qızıl ilə gümüşü pul olaraq yaratmışdır. Başqa heç bir şey qızılın yerini tuta bilməz. Bunun üçündür ki, zəkatın qızıl və ya gümüş olaraq hesablanması və verilməsi əmr olunmuşdur. Əşyanın qiymətini qızıl və gümüş ilə ədalətə riayət edərək ölçəcək ədalətli bir hakim lazımdır. Sözü keçən bu hakim də hökumətdir. Ədalətli bir hökumət zülmün, işgəncənin qarşısını alar. Allahu təalanın əmr etdiyi ədaləti təmin edər. Əşyanın qiymətini ədalət ilə müəyyən edər.

Deməli, insanlar arasında ədaləti təmin etmək üçün üç şey lazımdır: Namusu-rabbani, hakimi-insani və dinarı-mizani. Bunlardan ən qüvvətlisi, ən böyüyü namusu-rabbani olan islamiyyətdir. Dinlər, Allahu təalanın ədaləti təmin etmək üçün göndərdiyi qanunlardır. Hakimlərin ədaləti təmin etmələri üçün bu ilahi qanunlar göndərildi. Hədid surəsi 25-ci ayəsində məalən, “Onlara kitab və tərəzi göndərdik ki, bunlarla ədaləti yerinə yetirsinlər” buyuruldu. Burada kitab din deməkdir. Çünki din, Qurani-Kərimdəki əmr və qadağaların adıdır. Tərəzi də qızıla işarədir. Çünki qızıl ağırlıqla ölçülür. Qurani-Kərimin əmr və qadağalarını bəyənməyən kafirdir və münafiqdir. Hakimi, hökuməti dinləməyən üsyankardır. [Müsəlman, Dar-ül-hərbdəki kafirlərin qanunlarına da qarşı çıxmaz. Cinayət işləməz.] Qızılın dəyərini qəbul etməyən də xain və oğru olar.

İZAH – İnsanın əvvəla özünə, hərəkətlərinə, əzalarına ədalətlə rəftar etməsi lazımdır. İkinci olaraq, ailəsinə, qonşularına, yoldaşlarına qarşı ədalətli olmalıdır. Ədliyyə işçilərinin və hökumət adamlarının da millətə qarşı ədalətli olması lazımdır. Deməli, bir insanda ədalət əxlaqının olması üçün əvvəl öz hərəkətlərində, əzasında ədalət olmalıdır. Hər qüvvətini, hər üzvünü nə üçün yaradıldısa, bu yolda istifadə etməlidir. Allahu təalanın adətini dəyişdirib, onları ağlın və islamiyyətin bəyənmədiyi yerlərdə istifadə etməməlidir. Ailəsi varsa, onlara qarşı da ağla və dinə uyğun davranmalı, dinin göstərdiyi gözəl əxlaqdan dönməməlidir. Gözəl əxlaq ilə əxlaqlanmalıdır. Hakim, vali, komandir və hər hansı bir amir isə yenə ibadətləri etdirməli və etməlidir. Belə olan şəxs bu dünyada Allahu təalanın xəlifəsi olar. Qiyamətdə də ədalətlilər üçün vəd edilən nemətlərə qovuşar. Belə bir xeyirli kimsənin xeyir və bərəkəti onun olduğu bəxtli zamana, mübarək yerə və orada olmaqla bəxtiyar olan insanlara, heyvanlara, hətta bitkilərə və ruzilərə sirayət edər, yayılar. Lakin Allah qorusun, bir yerdəki hökumət adamları şəfqətli, gözəl əxlaqlı, ədalətli olmazsa, insan haqlarına təcavüz edər, zülm, talan, işgəncə edərlərsə, bunlar ədalət əhli deyil, iblislərin dostu, şeytanların yoldaşları olarlar. Beyt:

Aldatmasın səni, diktatorun sarayları, paltarı

Saray bağçasını, sulayar daim, məzlumların göz yaşı!

Əmri altında olanlara mərhəmət etməyənlər qiyamət günü Allahu təalanın mərhəmətindən uzaq qalacaqlar.

Mən, lə yərham, lə yurham!

Buyrulmuşdur ki, acımayana acınmaz deməkdir. Belə zalımların birliyinə hökumət deyil, quldur deyilir. Bunlar bir neçə illik müvəqqəti dünya zövqləri üçün milyonlara əziyyət edərlər. Lakin, zülmlərinin cəzasını çəkmədikcə bu dünyadan getməzlər. O qədər rifah və ləzzətlər içində olduqları halda, əlbəttə şiddətli sıxıntılar, böyük dərdlər yaxalarını buraxmaz. O səltənət heç birinin əlində qalmaz. Çox halda, səltənətləri düşmənlərinin əlinə keçər. Bu halı görər, ciyərləri yanar. Məryəm surəsinin 80-ci ayəsində məalən, “Malik, hakim olduğunu söylədiyi şeylərin hamısını əlindən alarıq. Tək başına hüzurumuza gələr” buyuruldu. Burada buyurulduğu kimi Allahu təalanın məhkəməsinə üzü qara, sürünərək gətirilər. Etdiyi pislikləri inkar edə bilməz. Hamısının cəzasını çox ağır olaraq çəkər. Etdiyi zülmlərin, işgəncələrin qaranlığı ətrafını örtər. Önünü görə bilməz. Əzab mələklərinin pəncəsində öz etdiklərinin qat-qat betərini çəkmək üçün Cəhənnəm əzabına atılar. Allahu təalanın dinini bəyənmədiyi, ona çöl qanunu dediyi üçün orada rəhmətə qovuşa bilməz.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail