Hakikat Books
English

Chapter 5 / 59

Dördüncü fəsil: Facir (kafir) qəbir suallarına cavab verə bilməz

Questions answered in this chapter (6)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Facir Münkər və Nəkir mələklərinin suallarına qarşı nə cavab verir və ona nə edilir? draft Report an error
  2. Yuxuda görülən ölülərdən biri cənabətdən qüsl etməməsi səbəbilə nə ilə qarşılaşdığını danışır? Bu yuxularda nələr bildirilmişdir? draft Report an error
  3. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) anaları həzrəti Aminənin qəbrini ziyarət etdikdə nə oldu və bu hədisi-şərif nəyi göstərir? draft Report an error
  4. Rəsulullahın (sallallahu əleyhi və səlləm) ata-anasının iman edib-etmədiyi haqqında alimlər müxtəlif nə söylədilər və birinci görüş nədir? draft Report an error
  5. Qəbiristanlıqda namaz qılmaq niyə məkruhdur? draft Report an error
  6. Ölü qəbrini ziyarət edənin salamını eşidirmi? draft Report an error

Facirə, yəni kafir olanlara Münkər və Nəkir mələkləri “Mən Rabbükə” dedikləri zaman, “Lə ədri”, yəni “Mən bilmirəm” deyər. Mələklər də, bilmədin və xatırlamadın, deyərlər.

Sonra onu yeddinci qat yerin altına girənə qədər dəmirdən qamçı ilə döyərlər. Sonra yer silkələnər, yenə qəbrinə çıxar. Beləcə yeddi dəfə döyərlər. Sonra da onların vəziyyəti fərqli olur. Bəzisinin əməli köpək şəklinə çevrilib, qiyamətə qədər onu dişləyər. Onlar qiyamət və islamiyyətin bildirdiyi xüsuslarda şübhə edənlərdir. Qəbirdə olanların qarşılaşdığı hallar müxtəlifdir. Ancaq biz burada çox qısa bildirdik. Bu əzabın əsli belədir ki, bir insan dünyada ən çox nədən qorxarsa, qəbirdə onunla əzab olunar.

Məsələn, bəzi insanlar yırtıcı heyvan balasından çox qorxur. İnsanların təbiətləri bunda müxtəlifdir. Allahu təaladan salamatlıq və nədamətdən əvvəl məğfirət istəyirik.

Ölmüşlərdən çox vaxt rəvayət olunub, yuxuda görülüb, vəziyyətləri barədə soruşulub, cavablar alınmışdır. Onlardan birindən vəziyyəti soruşulduqda, “Bir gün dəstəmazsız namaz qılmışdım. Allahu təala mənə bir qurdcuğaz müsəllət etdi. Onunla vəziyyətim çox pisdir” dedi. [Namaz qılmayanların və qılmadığı namazları qəza etməyənlərin vəziyyətinin nə olacağını buradan anlamaq olar.]

Başqa bir nəfəri də yuxuda görüb, Allahu təalanın sənə münasibəti necə oldu, deyə soruşduqda, “Bir gün cənabətdən qüsl etməmişdim. Allahu təala atəşdən bir paltar geyindirdi. Onun içində qiyamətə qədər məni bir yerdən bir yerə çevirərək əzab verirlər” dedi. [Hər müsəlman ana və ata uşaqlarına qüsl almağı öyrətməlidir.]

Bir başqasını da yuxuda görüb, Allahu təala səninlə necə rəftar etdi, deyə soruşulduqda, “Məni yuyan şəxs bir tərəfdən o biri tərəfə şiddətlə çevirərkən, tənəşir taxtasındakı dəmir mismar bədənimi cızdı. Bundan çox əziyyət çəkdim” dedi. Səhər olanda yuyan şəxsdən soruşulduqda, “İstəməyərək belə bir şey oldu” demişdi.

Bir başqası da yuxuda görülüb, vəziyyətin necədir, sən ölməmişdinmi, deyə soruşulduqda, “Bəli, mən xeyrdəyəm, lakin üstümə torpaq atılarkən, bir daş düşüb iki sümüyümü qırmışdı. Mənə çox əziyyət verdi” dedi. Buna görə qəbrini açdılar, dediyi kimi gördülər.

Bir şəxs oğlunun yuxusuna girib, “Ey pis oğul! Atanın qəbrini düzəlt, yağış çox əziyyət verir” dedi. Onun qəbrini açdılar. Qəbrinə seldən o qədər su dolmuşdu ki, sanki arx kimi olmuşdu.

Bir bədəvi rəvayət etmişdir ki, oğlumdan, Allahu təalanın sənə münasibəti necə oldu, soruşdum. “Zərərim yox idi, lakin filan fasiqin yanına dəfn olunduğumdan ona olunan əzablardan qəlbimə qorxu gəlir” dedi. Bunun kimi bir çox xəbərlərdən açıq şəkildə məlum olur ki, qəbir əhli qəbirlərində əzab çəkirlər. Onun üçün Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ölünün sümüklərini qırmağı qadağan etmiş və bir nəfərin qəbrin bir tərəfində oturduğunu gördükdə, “Ölülərə qəbirlərində əza etməyin” və “Dirilər evlərində əzab və əziyyəti necə hiss edirlərsə, ölü də qəbrində o şəkildə əzab və əziyyəti hiss edir” buyurmuşdur.

Peyğəmbər əfəndimiz (sallallahu əleyhi və səlləm) validələri həzrəti Əminənin qəbrini ziyarət etdikləri zaman ağladılar. Yanlarında olanları da ağlatdılar. Buyurdular ki, “Rəbbimdən onun üçün məğfirət tələb etməyə izn istədim, izn vermədi”, sonra “Qəbrini ziyarət etmək üçün izn istədim, izn verdi. Elə isə siz də qəbirləri ziyarət edin. Çünki ziyarət ölümü xatırlamağa səbəbdir”. [Rəsulullaha mübarək anasına, atasına məğfirət üçün sonradan izn verildi. Onsuz da mömin idilər. Sonradan dirildilib bu ümmətdən də oldular.

Bu hədisi-şərif Rəsulullahın (sallallahu əleyhi və səlləm) möhtərəm ana və atasının mömin olduqlarına sübutdur. Çünki kafirlərin qəbrini ziyarət etmək qadağandır. Onların qəbirlərini ziyarət etməyə izn verilməsi, kafir olmadıqlarını açıq şəkildə bildirir. Məğfirət üçün izn verilməməsinin də səbəbi var idi. Cənabı-Haqq Həbibinin xətri və şərəfi üçün mübarək ana-atasını daha böyük nemətə qovuşdurmaq istəyirdi. Təyin və təqdir etdiyi zamanı gəldikdə, onları dirildəcək, oğullarının Peyğəmbərlərin ən üstünü olduğunu göstərəcək, onlar da Ona iman edərək, ümməti olmaqla şərəflənəcək və səhabəlik yüksək dərəcəsinə qovuşacaqlardı.

Nişançızadə Muhamməd ibn Əhməd əfəndinin (rahmətullahi əleyh)1 yazdığı türkcə “Mirat-ül-kainat” kitabı birinci qisim, 227-ci səhifədə deyir ki:

Rəsulullahın (sallallahu əleyhi və səlləm) mübarək ana-atalarının iman edib-etmədiklərini, alimlər fərqli yazdılar. 911-ci ildə [m. 1505] vəfat edən Abdürrəhman ibn Əbi Bəkr Süyuti “Məsalik-ül-hunəfə” kitabında və başqa bir çox qiymətli kitablarında beş növ xəbər bildirmişdir:

1- Onların ikisi də Rəsulullahın dinə dəvətindən, yəni bisətdən əvvəl, cahillik dövründə vəfat etmişdilər. Şafii alimlərinin hamısına və hənəfilərin çoxuna görə, bir Peyğəmbərin dinini eşitməyən bir şəxsin iman etməsi vacib olmaz. Çünki, Peyğəmbərin dinini eşitmədən əvvəl düşünərək imanı ağlı ilə tapmaq vacib deyildir. Eşitdikdən sonra Allahu təalanın var olduğunu düşünüb anlamaq, iman etmək lazım olur. Cahillik dövründə keçmiş Peyğəmbərlər unudulmuşdu. Çünki əsrlər boyu kafirlər, zalımlar idarəetməni ələ keçirərək dinləri ortadan qaldırmış, din adamlarına təzyiq, işkəncə etmiş, imanlı şəxslər azalmış, gizlənmiş, beləcə dini, imanı bilən qalmamışdı. Hər əsrdə gələn zalımlar, pis ruhlu, alçaq şəxslər bu şəkildə çalışaraq din adamlarını, din bilgilərini yox etmək üçün imanlılara qarşı amansız bir kinlə canavar kimi hücum edirlər. İngilislər və kommunistlər bunlardandır. Lakin, bu zalımlardan heç biri imanı yox edə bilməmiş, özləri qəhr olaraq, çox acı, pərişan vəziyyətdə səltənətlərindən ayrılmış, zövqü-səfaya doymadan ölümün pəncəsinə düşmüş, adları lənətlə anılmış və ya unudulmuşdur. Allahu təala bir Peyğəmbər və ya bir alim yaradaraq iman işığı ilə yer üzünü yenidən aydınlatmışdır. Ağlı olanların bundan ibrət alması, oyanması, dünyada və axirətdə rəzil olmaması üçün din düşmənlərinə aldanmaması lazımdır.

2- Cahillik dövründə yaşayanlar qiyamət günü imtahan ediləcək, orada iman edənlər, Cənnətə girəcək deyən alimlər varsa da, bu sözün zəif olduğu “Məktubat Tərcüməsi” kitabında 259-cu məktubun tərcüməsində açıqlanmışdır.

3- Allahu təala sevgili Peyğəmbərinin (sallallahu təala əleyhi və səlləm) mübarək ana-atasını diriltdi. Oğullarına iman edib, ona ümmət olmaqla şərəfləndilər və təkrar vəfat etdilər. İmam Süyuti (rahmətullahi əleyh) onların diriltildiyini bildirən hədisi-şərifi yazmışdır. “Zəif bir hədis olsa da, çox kimsələr bildirdiyi üçün qüvvətli olmuşdur. Alimlərin çoxuna görə qüvvətli hədisdir. İbadətlərin qiymətini, bir müsəlmanın üstünlüyünü bildirən zəif hədisə tabe olunur” buyurur.

4- Fəxrüddini Razi2 və bir çox alimlər buyurmuşlar ki, Tövbə surəsinin 28-ci ayəsində məalən, “Müşriklər nəcisdir” buyuruldu. Yəni bütün kafirlər murdardırlar. Halbuki, Rəsulullah (sallallahu təala əleyhi və səlləm) “Mən hər zamanda təmiz atalardan təmiz analara keçərək gəldim” buyurdu.

Başqa bir hədisi-şərifdə, “Hər əsrdə o dövrün insanlarının ən xeyirlilərindən gətirildim” buyuruldu. Kafirə xeyirli demək isə caiz deyildir. Xüsusilə Şuəra surəsinin 219-cu ayəsində məalən, “Səni səcdə edənlərdən keçirir” buyuruldu. Buradan bütün atalarının, analarının mömin olduqları məlum olur. İbrahim əleyhissəlamın atası deyilən Azərin kafir olduğu Qurani-kərimdə bildirilsə də, Abdullah ibn Abbas və İmam Mücahid, “Azər İbrahim əleyhissəlamın əmisi idi” dedilər. Ərəbistanda əmiyə ata deyilir. Hədisi-şərifdə buyuruldu ki, “Cəhənnəmdə ən yüngül əzab Əbu Talibin əzabıdır”. Əbu Talibin əzabı əzabların ən yüngülü olduqda, Rəsulullahın mübarək ana-atası Cəhənnəmdə olsaydı, əzabın ən yüngülü bu ikisinin əzabı olardı. Bu hədisi-şərif də bu baxımdan ikisinin də mömin olduğunu göstərir.

5- Alimlərdən çoxu bu məsələdə ədəbə, hörmətə zidd danışılmamasını, işin doğrusunu Allahu təala bilir, deyib susulmasını uyğun görmüşdür. Şeyx-ül-islam əllamə Əhməd ibn Kəmal Paşa da “Əbəveyn” risaləsinin sonunda buyurur ki, “Ölüləri pisləyərək diriləri incitməyin!” hədisi-şərifi və Tövbə surəsinin “Rəsulullahı incidənlərə Allah lənət etsin” məalindəki 62-ci ayəti-kəriməsinə görə, “Rəsulullahın atası Cəhənnəmdədir” deyən şəxs məlundur. “Mirat-ül-kainat”ın yazısı tamamlandı]

Peyğəmbərimiz əleyhissəlam bir qəbrin yanında durduqları zaman, “Dünya və axirət salamatlığı müsəlmanlardan və möminlərdən bu qəbirdə olanlara olsun. Biz inşəallah sizə lahıq olarıq [qovuşarıq]. Siz bizdən əvvəl köçdünüz. Biz də sizə tabe olub, sonradan çatarıq. Ya Rəbb, bizi və onları məğfirət et və əfvinlə günahlarımızdan keç” buyururdu. Peyğəmbər əfəndimiz (sallallahu əleyhi və səlləm) mübarək zövcələrinə də (radıyallahu təala anhünnə) qəbir ziyarətində bu kəlamı (duanı) söyləmələrini əmr edərdi.

Salehi-Müzəni (rahiməhullah) buyurdu ki, bəzi uləmadan, “Qəbirstanda namaz qılmaq niyə qadağan edildi?” deyə soruşdum. Bu haqda hədisi-şərif varid olduğunu xəbər verdilər: “Siz qəbirlər arasında namaz qılmayın. Çünki bu sonu olmayan həsrətdir”. Yəni peşman olarsınız hədisi-şərifini oxudular. [İsmayıl Müzəni, İmam Şafinin tələbəsi idi. 264-cü [m. 878] ildə Misirdə vəfat etdi.]

Bunun üçündür ki, nəcasət olan yerlərdə, məsələn, qəbirstanda və hamamda namaz qılmaq məkruhdur. Bir şəxsdən rəvayət olundu. Dedi ki, bir gün qəbirlər arasında namaza durdum. Günəşin hərarəti çox şiddətli idi. Qəflətən, atama bənzər bir nəfəri qəbrinin üstündə oturmuş gördüm. Qorxaraq namazın səcdəsini əskik etdim. Eşitdim ki, “Yer üzünün genişliyi sənə dar gəldi ki, burada namaz qılırsan? Namazınla bizə əziyyət verirsən” dedi.

Rəsulullah (sallallahu əleyhi və səlləm) bir yetimə rast gəldi. Atasının qəbrinin başında yüksək səslə ağlayırdı. O yetimə mərhəmət edərək özləri də ağladılar. Buyurdular ki, “Ölü, əlbəttə, yaxınlarının bağıraraq ağlaması səbəbilə əzab olunar. Yəni hüzn və pislik gələr”.

Neçə-neçə ölülər vardır ki, yuxuda görülüb, soruşan şəxsə, vəziyyətim çox pisdir. Filan və filankəsdən əziyyət çəkirəm. Onların çox ağlayıb, fəryad və fəğanı mənə əza edir, deyə xəbər verdikləri olmuşdur. Lakin zındıqlar [küt ağıllarına tabe olaraq] bunu inkar edirlər.

Rəsulullah (sallallahu əleyhi və səlləm) əfəndimiz: “Sizdən biriniz dünyada tanıdığınız bir ölmüş şəxsin qəbrinə gedib, salam verdikdə, o mömin sizi tanıyır və salamınıza cavab verir” buyurdu.

Yenə bunun kimi Peyğəmbərimiz (sallallahu təala əleyhi və səlləm) bir cənazə dəfnindən gəldikdə, “Ölü ayaqların səsini eşidir və eşidirəm, eşidirəm, deyərək kədərləndiyini bildirir” buyurdu.

Fiqh alimlərindən (rahimə-hümullahü təala) rəvayət olundu ki, bir şəxs vəsiyyət etmədən vəfat etmişdi. Sonra, gecə övladlarının yuxusuna girib, “Filan və filankəsə bu qədər əkin verin. Filankəsdən əmanət aldığım kitabını verin” dedi. Sabah olan kimi hər biri digərinə gördükləri yuxunu danışdılar. Əkini verdilər, lakin kitabı axtardılar, tapa bilmədilər. Buna təəccüb etdilər. Bir müddət sonra evin bir küncündən tapdılar.

Bir nəfərdən rəvayət olundu ki, atam bizim üçün bir tərbiyəçi təyin etmişdi. Bizə evdə yazı yazmağı öyrədirdi. Bu şəxs vəfat etdi. Altı gün sonra qəbrinə getdik. Allahu təalanın əmrini düşünürdük. Oradan əncir satan bir nəfər keçirdi. Bir qab əncir aldıq, orada yedik. Saplarını da ora atdıq. O gecə bizim ustadımız atamızın yuxusuna girib, vəziyyətin necədir, deyə atam soruşduqda, yaxşıyam, mən də xeyr üzrəyəm. Lakin övladların qəbrimi məzbələ, yəni zibilliyə çevirdilər və pis sözlər söylədilər, dedi. Atam bizdən soruşdu, biz də, “Sübhanəllah, bizi dünyada tərbiyə etdiyi kimi, axirətə getdikdən sonra yenə tərbiyə edir” dedik. Bunun kimi şeylər haqqında nəql edənlər çoxdur. Lakin bu qədər söz və nəsihəti yetərli gördüm ki, az sözdən çox ibrət alınsın.

Notes

  1. Nişançızadə 1031-ci ildə [m. 1622] vəfat etmişdir. ↑
  2. Fəxrüddini Razi 606-cı ildə [m. 1209] Heratda vəfat etmişdir. ↑

Read this chapter in another language

Türkçe中文(普通话)English

Share

WhatsApp Telegram X Facebook E-mail