Hakikat Books
English

Chapter 8 / 59

Yeddinci fəsil: İki üfürmə arasındakı gözləmə

Questions answered in this chapter (1)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Birinci nəfxədə olan ölüm ilə birinci ölüm arasındakı fərq nədir? draft Report an error

BU FƏSİL İKİ ÜFÜRMƏ ARASINDAKI

GÖZLƏMƏ HAQQINDADIR

Birinci üfürmədə olan ölüm ikinci ölümdür. Çünki bu ölüm batini hisləri də aparar, yox edər. Birinci ölüm isə sadəcə [danışma, eşitmə, dad bilmə kimi] zahiri hisləri aparır. O zaman bəzi cəsədlər hərəkət edərdi. [Peyğəmbərlərin qəbirlərində namaz qıldığını bildirən hədisi-şərif bunun açıq sübutudur. Buna pozuq etiqadlı şəxslər inanmır.] İkinci ölümdən sonra isə namaz qıla, oruc tuta və ibadət edə bilməzlər. Allahu təala bir yerə mələk qoysa, əlbəttə, orada durardı. Çünki mələk də aləmində olmağa can atır. Nəfs [yəni ruh] bəsitdir. Əgər cəsəddə olarsa, hiss etməyə və hərəkətə səbəb olur. Alimlər bu iki üfürmə arasındakı ölüm zamanının müddətində ixtilaf etdilər. Çox alimlərə görə 40 ildir.

Elm və mərifətdə kamil olduğuna inandığım bir şəxs xəbər verib, bunu Allahdan başqa heç kim bilməz, bu ilahi sirlərdəndir, dedi. Yenə mənə dedi ki, “İllə mən şə Allah” ayəti-kəriməsindəki istisna xüsusən Allahu təaladır. Mən də cavabında dedim ki, Həzrəti Peyğəmbər əleyhissəlamın, “Qiyamət günündə ilk mənim qəbrim açılacaq. O zaman qardaşım Musa əleyhissəlamı Ərşi-əlanin ayağına yapışmış halda görərəm. Məndən əvvəlmi dirildi və ya Allahu təalanın istisna etdiyi şəxslərdəndirmi, bilmirəm” hədisi-şərifinin mənası nədir?

Bizim anladığımıza görə, əgər cisimsiz olub, Musa əleyhissəlamın ruhu cisim olaraq görülmüşdürsə, bu hədisi-şərifdən xaric olmaz və həzrəti Peyğəmbərin (sallallahu təala əleyhi və səlləm) istisnasından sonra əmri-fəzada, yəni dəhşət və qorxu zamanında olarsa yenə belədir. Çünki hər canlı o zaman qorxu və fəzadadır. Yəni birinci sur üfürüldüyü zaman insanı qorxu basar və dərhal vəfat edər. İkinci üfürülməyə qədər o halda davam edər. O zaman məxluqatda cəsədli, cüssəli heç bir şey qalmaz. Həzrəti Fəxri-aləm üçün yerin yarılması zamanı bu zamandır.

Belə ki, Kəb-ül-əhbar (rahmətullahi əleyh) həzrəti Ömərin (radıyallahu anh) məclisində bu məqamın qorxu və şiddətindən xəbər verdiyi zaman dedi ki: “Ya Xəttab oğlu! O vaxt yetmiş Peyğəmbərin əməlini etmiş olsan da, zənn edirəm ki, sən qurtula bilməzsən. Bu məşəqqət və fəryaddan Allahu təalanın müstəsna etdiyi şəxslər qurtular. Onlar da dördüncü qat səmada olan şəxslərdir”. Şübhəsiz Musa əleyhissəlam onlardandır. Allahu təalanın müstəsna buyurması, “Bu gün mülk kimindir” ilahi sualının bəyanından əvvəldir.

Əgər əmr olunduğu vaxt kimsə olsaydı, Allahu təalanın “Limən-il-mülk-ül-yəvm” sualına cavab verib, mütləq ki, “Ey Vahid, ey Qəhhar olan Allahım, əlbəttə, Sənindir” deyərdi.

Read this chapter in another language

Türkçe中文(普通话)English

Share

WhatsApp Telegram X Facebook E-mail