İslamiyyəti bildirən kitablar çoxdur. Bunların içində ən qiymətlisi İmam Rabbaninin üç cild “Məktubat” kitabıdır. Bundan sonra Muhamməd Masumun üç cild “Məktubat” kitabıdır. Muhamməd Masum həzrətləri Məktubatın üçüncü cildinin on altıncı məktubunda buyurur ki: “İman, kəlimeyi-tövhidin La ilahə illallah və Muhammədun rəsulullah iki qisminə birlikdə inanmaqdır”. Yəni, müsəlman olmaq üçün Muhamməd əleyhissəlamın Peyğəmbər olduğuna da inanmaq lazımdır. Yəni, Muhamməd əleyhissəlam Allahın Peyğəmbəridir. Allahu təala Cəbrayıl adındakı mələklə ona “Qurani-Kərim” göndərmişdir. Bu Qurani-Kərim Allah kəlamıdır. Muhamməd əleyhissəlamın öz düşüncələri və filosofların, tarixçilərin sözləri deyil. Muhamməd əleyhissəlam Qurani-Kərimi təfsir etmişdir. Yəni açıqlamışdır. Bu açıqlamalara hədisi-şərif deyilir. İslamiyyət “Qurani-Kərim” ilə “Hədisi-şərif”lərdir. Dünyanın hər yerindəki milyonlarca İslam kitabı “Qurani-Kərim” ilə “Hədisi-şərif”lərin açıqlamalarıdır. Muhamməd əleyhissəlamdan gəlməyən bir söz islam kitabı ola bilməz. İman və islam demək “Qurani-Kərim” və “Hədisi-şərif”lərə inanmaq deməkdir. Onun bildirdiklərinə inanmayan Allah kəlamına inanmamış olur. Muhamməd əleyhissəlam Allahu təalanın bildirdiklərini Əshabına bildirdi. Onlar da tələbələrinə bildirdi. Bunlar da kitablarına yazdılar. Bu kitabları yazan alimlərə “Əhli-sünnət alimi” deyilir. Əhli-sünnət kitablarına inanan Allah kəlamına inanmış olur. Müsəlman olur. Əlhamdulillah biz dinimizi Əhli-sünnət alimlərinin kitablarından öyrənirik. Dində reformçuların, masonların və zındıqların uydurma kitablarından öyrənmirik.
Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki, “Ümmətim arasında fitnə, fəsad yayıldığı zaman sünnətimə sarılana yüz şəhid savabı vardır”. Sünnətə sarılmaq Əhli-sünnət alimlərinin kitablarını öyrənməklə və bunlara əməl etməklə olur. Müsəlmanların dörd məzhəbindən hər hansı birisinin alimləri “Əhli-sünnət alimləri”dir. Əhli-sünnət alimlərinin rəisi İmam Əzəm Əbu Hanifə Numan ibn Sabitdir. İngilislər əsrlər boyunca çalışaraq bir müsəlmanı xristian edə bilmədilər. Bunu bacarmaq üçün yeni bir yol axtardılar. Masonluğu qurdular. Masonlar İslamiyyətə, yəni Əhli-sünnət alimlərinin bildirdiyi elmlərə, yəni Muhamməd əleyhissəlamın sözlərinə və bütün dinlərə, öldükdən sonra təkrar dirilməyə, Cənnətin, Cəhənnəmin var olduğuna inanmırlar.
İnsan üçün üç cür həyat vardır: Dünya, qəbir və axirət həyatı. Dünyada bədən ruh ilə birlikdədir. İnsana həyat, canlılıq verən ruhdur. Ruh bədəndən ayrılanda insan ölür. Bədən qəbirdə çürüyüb torpaq olarsa və ya yanıb kül olarsa yaxud yırtıcı heyvan yeyib yox olarsa ruh yox olmaz. Qəbir həyatı başlayar. Qəbir həyatında hiss vardır, hərəkət yoxdur. Qiyamətdə bir bədən yaradılıb ruh ilə o bədən birlikdə Cənnətdə və ya Cəhənnəmdə sonsuz yaşayarlar.
İnsanın dünyada və axirətdə xoşbəxt olması üçün müsəlman olması lazımdır. Dünyada xoşbəxt olmaq, rahat yaşamaq deməkdir. Axirətdə xoşbəxt olmaq Cənnətə getmək deməkdir. Allahu təala qullarına qarşı çox mərhəmətli olduğu üçün xoşbəxt olmağın yolunu Peyğəmbərlər vasitəsi ilə qullarına bildirmişdir. Çünki insanlar bu səadət yolunu öz ağılları ilə tapa bilməzlər. Heç bir Peyğəmbər öz ağlından bir şey deməmiş, hər biri Allahu təalanın bildirdiyi şeyləri demişdir. Peyğəmbərlərin söylədikləri səadət yoluna Din deyilir. Muhamməd əleyhissəlamın bildirdiyi dinə İslamiyyət deyilir. Adəm əleyhissəlamdan bəri minlərlə Peyğəmbər gəlmişdir. Peyğəmbərlərin sonuncusu Muhamməd əleyhissəlamdır. Digər Peyğəmbərlərin bildirdikləri dinlər tədricən pozulmuşdur. İndi səadətə qovuşmaq üçün islamiyyəti öyrənməkdən başqa çarə yoxdur. İslamiyyət, qəlb ilə inanılması lazım olan İman elmləri və bədən ilə yerinə yetirilməsi lazım olan Əhkami-islamiyyə elmləridir. İman və əhkam elmləri “Əhli-sünnət alimləri”- nin kitablarından öyrənilməlidir. Cahillərin, azğınların pozuq kitablarından öyrənilməz. Hicri min ilindən əvvəl islam məmləkətlərində çox “Əhli-sünnət alimi” var idi. İndi isə bu cür alimlər qalmadı. Bu alimlərin yazdıqları ərəbcə və farsca kitablar və bunların tərcümələri dünyanın hər yerində, kitabxanalarda çoxdur. Hakikat Kitabevinin bütün kitabları bu qaynaqlardan alınmışdır. Səadətə qovuşmaq üçün “Hakikat Kitabevi”nin bu kitablarını oxuyun.
DİQQƏT: Misyonerlər xristianlığı, yəhudilər Talmudu, İstanbuldakı Hakikat Kitabevi islamiyyəti yaymağa, masonlar isə dinləri yox etməyə çalışırlar. Ağlı, elmi və insafı olan bunlardan doğrusunu anlayar və bunun yayılmasına kömək edərək bütün insanların dünyada və axirətdə səadətə qovuşmalarına vasitə olar. Bəşəriyyətə bundan daha qiymətli və daha faydalı xidmət ola bilməz. Bu gün xristianların əllərindəki İncil və yəhudilərin əllərindəki Tövrat adlanan din kitablarının insanlar tərəfindən yazılmış olduğunu öz adamları da deyir. Qurani-Kərim isə Allahu təala tərəfindən göndərildiyi kimi tər-təmizdir. Bütün keşişlərin və hahamların Hakikat Kitabevinin nəşr etdiyi kitabları diqqətlə və insafla oxuyub başa düşməyə çalışmaları lazımdır.
İşdə budur, miftahi-gənci-qədim,
Bismilləhirrahmənirrahim.