Hakikat Books
English

Chapter 12 / 136

Beşinci şərt: Axirətə inanmaq

Questions answered in this chapter (4)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. “Vəl-yəvmil-axiri” nə deməkdir; axirət nə vaxt başlayır? draft Report an error
  2. Qəbir sualı varmı və Münkər və Nəkirə nə cavab verilir? draft Report an error
  3. Mizan və Sirat körpüsü nədir? draft Report an error
  4. Şəfaət haqdırmı? draft Report an error

Vəl yəvmil axıri: Axirət gününə inandım deməkdir. Bu zamanın başlanğıcı, insanın öldüyü gündür. Qiyamətin sonuna qədərdir. Son gün deyilməsi arxasından gecə gəlmədiyi üçündür. Yaxud dünyadan sonra gəldiyi üçündür. Qiyamətin nə zaman qopacağı bildirilmədi. Amma Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir çox əlamətlərini xəbər verdi: Həzrəti Mehdi gələcək. İsa əleyhissəlam göydən Şama enəcək. Dəccal çıxacaq. Yəcüc və Məcüc deyilən kimsələr hər yeri qarışdıracaq. Günəş qərbdən doğacaq. Böyük zəlzələlər olacaq. Din elmləri unudulacaq. Günah, yamanlıq çoxalacaq. Haramlar hər yerdə işlənəcək. Yəməndən atəş çıxacaq. Göylər və dağlar parçalanacaq. Günəş və Ay qaralacaq və s.

Qəbir sualı vardır. Qəbirdə Münkər və Nəkir mələklərinə cavab olaraq bunları əzbərləməlidir və uşaqlara da əzbərlətməlidir: “Rəbbim Allahu təala, Peyğəmbərim Muhamməd əleyhissəlam, dinim islam dini, kitabım Qurani-Kərim, qibləm Kəbəi-şərif, etiqadda məzhəbim Əhli-sünnət vəl-camaat, əməldə məzhəbim İmam Əzəm Əbu Hənifə məzhəbi”. Qiyamət günü hər kəs diriləcək. Məhşər yerində toplanacaq. Salehlərin əməl dəftərləri sağından, pislərin arxa və ya sol tərəfindən veriləcək. Şirkdən, küfrdən başqa hər günahı Allahu təala istəsə əfv edəcək, istəsə kiçik günah üçün də əzab edəcəkdir.

Əməllərin çəkilməsi üçün “Mizan” (tərəzi) vardır. “Sirat körpüsü” Allahu təalanın əmri ilə Cəhənnəmin üzərində qurulacaq. Muhamməd Mustafa (sallallahu əleyhi və səlləm) əfəndimizə məxsus “Kövsər hovuzu” vardır.

“Şəfaət” haqdır. Tövbəsiz ölən möminlərin kiçik və böyük günahlarının əfv edilməsi üçün Peyğəmbərlər, Vəlilər, salehlər, alimlər, mələklər, şəhidlər və Allahu təalanın icazə verdikləri şəfaət edəcək və qəbul ediləcəkdir.

“Cənnət və Cəhənnəm” indi vardır. Cənnət yeddi qat göylərin üstündədir. Cəhənnəm hər şeyin altındadır. Cənnətin səkkiz qapısı vardır. Hər qapıdan bir Cənnətə girilir. Cəhənnəm yeddi təbəqədir. Birinci təbəqədən yeddinci təbəqəyə doğru əzablar şiddətlənir.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail