Hakikat Books
English

Chapter 123 / 136

Namazdan sonra dua

Questions answered in this chapter (2)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Namazdan sonra oxunacaq dua necədir? draft Report an error
  2. “Tərğibüs-salat”a görə namazdan sonra dua etməyin fəziləti nədir? draft Report an error

Əlhamdülillahi Rabbilaləmin. Əssalatü vəssəlamü alə Rəsulina Muhammədin və Alihi və Sahbihi əcmain. Ya Rəbb! Qıldığım namazı qəbul et! Axır və aqibətimi xeyirli et. Son nəfəsimdə Kəlimeyi-tövhid söyləməmi nəsib et. Ölmüşlərimi əfv və məğfirət et. Allahümməğfir vərham və əntə xayrurrahimin. Təvəffənni müslimən və əlhıkni bissalihin. Allahümməğfir-li və li-validəyyə və li-üstaziyyə və lilmümininə vəl müminat yəvmə yəqumül hısab. Ya Rəbb! Məni şeytan şərindən və düşmən şərindən və nəfsi əmmarəmin şərindən mühafizə et! Evimizə yaxşılıqlar, halal və xeyirli ruzilər ehsan et! Əhli islama salamat ehsan et! Adayi müslimini qəhr və pərişan et! Kafirlərlə cihad etməkdə olan müsəlmanlara imdadi ilahiyyən ilə imdad et! Allahümmə innəkə afüvvün kərimün tuhibbül əfvə fafü anni. Ya Rəbb! Xəstələrimizə şəfa, dərdli olanlarımıza dəva ehsan et! Allahümmə inni əsəlükəssıhhatə vəl-afiyətə vəl-əmanətə və hüsnəlhulki vərridaə bilqadəri bi-rəhmətikə ya ərhamərrahimin. Anama, atama, övladlarıma, əqrəba və dostlarıma, bütün din qardaşlarıma xeyirli ömürlər, hüsni-xülq, əqli-səlim, səhhət və afiyət, rüşdü hidayət və istiqamət ehsan et ya Rəbb! Amin. Vəlhamdü-lillahi rabbilaləmin. Allahümmə salli ala..., Allahümmə barik ala..., Allahümmə Rabbəna atina... Vəlhəmdü lillahi Rabbilaləmin. Əstağfirullah, əstağfirullah, əstağfirullah, əstağfirullahəlazim əlkərim əlləzi lə-ilahə illa huv əl-hayyəl-qayyumə və ətubü iləyh.

İZAH: “DUANIN QƏBUL OLMASI ÜÇÜN ŞƏRTLƏR”:

1. Müsəlman olmaq.

2. Əhli-sünnət etiqadında olmaq. Bunun üçün dörd məzhəbdən birini təqlid etmək lazımdır.

3. Fərzləri yerinə yetirmək. Qəzaya qalmış namazları gecələri də və sünnətlər yerinə də qəza edərək bir an əvvəl ödəməlidir.

Fərz namazı qəzaya qalan kimsənin sünnət və nafilə namazları və duaları qəbul olmaz. Yəni səhih olsa da, savab verilməz. Şeytan müsəlmanları aldatmaq üçün fərzləri əhəmiyyətsiz göstərib, sünnət və nafilələri etməyə sövq edər. Namazı vaxtın gəldiyini bilərək və vaxtın əvvəldə qılmalıdır.

4. Haramdan çəkinməlidir. Halal yeyənin duası məqbuldur.

5. Övliyayi-kiramdan birini vəsilə edərək, dua etməlidir. Hindistan alimlərindən Muhamməd ibn Əhməd Zahid, “Tərgib-üs-salat” kitabının 54-cü fəslində, farsca olaraq deyir ki, hədisi-şərifdə «Duanın qəbul olması üçün iki şey lazımdır: Birincisi, duanı ixlas ilə etməlidir. İkincisi, yediyi və geyindiyi halaldan olmalıdır. Möminin otağında haramdan bir ip varsa, bu otaqda etdiyi duası heç qəbul olmaz» buyuruldu. İxlas, Allahu təaladan başqa heç bir şey düşünməyib, yalnız Allahu təaladan istəməkdir. Bunun üçün Əhli-sünnət alimlərinin bildirdikləri kimi iman etmək və əhkami-islamiyyəyə tabe olmaq, xüsusilə üzərində qul haqqı olmamaq və beş vaxt namazı qılmaq lazımdır.

TƏCDİDİ-İMAN DUASI

Ya Rəbb! Həddi-büluğumdan bu ana gələnə qədər islam düşmənlərinə və bidət əhlinə aldanaraq qəbul etdiyim səhv, pozuq etiqadlarıma və bidət, fisq olan söylədiklərimə, dinlədiklərimə, gördüklərimə və işlədiklərimə nadim oldum, peşman oldum, bir daha belə səhv inanmamağa və etməməyə əzm, cəzm və qəsd etdim. Peyğəmbərlərin əvvəli Adəm əleyhissəlam və axırı bizim sevgili Peyğəmbərimiz Muhamməd əleyhissəlamdır. Bu iki Peyğəmbərə və ikisi arasında gəlmiş keçmiş Peyğəmbərlərin cümləsinə iman etdim. Hamısı haqdır, sadiqdir. Bildirdikləri doğrudur. Aməntü billah və bi-ma caə min indillah, ala muradillah, və aməntü bi-Rəsulillah və bi-ma caə min indi Rəsulillah ala muradi Rəsulillah, aməntü billahi və Məlaikətihi və kütübihi və Rüsülihi vəlyəvmil-axiri və bilqadəri xayrihi və şərrihi minallahi təala vəl-basü badəlməvti haqqun əşhədü ən la ilahə illallahü və əşhədü ənnə Muhammədən abdühu və rasulüh.

NAMAZIN HİKMƏTLƏRİ “Namaz və sağlamlığımız”

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail