Hakikat Books
English

Chapter 122 / 136

Namazın sirri

Questions answered in this chapter (12)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. İmam Rabbani namazın sirləri haqqında hansı məktubunda yazır? draft Report an error
  2. İslamın beş şərti hansılardır? draft Report an error
  3. Bu beş şərtin ən mühümü hansıdır və namazın ədəblərinə diqqət niyə lazımdır? draft Report an error
  4. Namaza başlayarkən “Allahu Əkbər” deməyin mənası nədir? draft Report an error
  5. İnsanın Rəbbinə ən yaxın olduğu an hansıdır? draft Report an error
  6. Fərz namazdan sonra təsbih çəkməyin fəziləti nədir? draft Report an error
  7. Şərtlərinə uyğun qılınan namaz necə qəbul olur? draft Report an error
  8. İmam Muhamməd Məsum ibadət haqqında nə buyurur? draft Report an error
  9. Allahu təala insanları başlı-başına buraxmışdırmı? draft Report an error
  10. İbadət etmək nə deməkdir? draft Report an error
  11. Zəkat hansı mallardan verilir? draft Report an error
  12. Ramazan orucu necə tutulmalıdır? draft Report an error

İmam Rabbani (quddisə sirruh) “Məktubat” kitabının birinci cild, 304-cü məktubunda buyurur ki:

Allahu təalaya həmd etdikdən və Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) salavat gətirdikdən sonra əbədi səadətə qovuşmanıza dua edərim. Allahu təala, bir çox ayəti-kərimədə əməli-saleh işləyən möminlərin Cənnətə girəcəklərini bildirir. Bu əməli-salehlər nələrdir, yaxşı işlərin hamısı, yoxsa bir neçəsi? Əgər, yaxşı şeylərin hamısı olsa, bunları kimsə edə bilməz. Bir neçəsi isə görəsən hansı yaxşı işlər istənilir? Nəhayət, Allahu təala lütf edərək belə bildirdi ki, əməli saleh, İslamın beş rüknü, dirəyidir. İslamın bu beş təməlini bir kimsə haqqı ilə qüsursuz yerinə yetirərsə, Cəhənnəmdən qurtulması qüvvətlə ümid edilir. Çünki bunlar əslində saleh işlər olub, insanı günahlardan və çirkin şeyləri etməkdən qoruyur. Belə ki, Qurani-Kərimdə, Ankəbut surəsi 45-ci ayətində məalən, “Qüsursuz qılınan bir namaz insanı pis, çirkin işləri işləməkdən qoruyar” buyurulur. Bir insana İslamın beş şərtini yerinə yetirmək nəsib olarsa, nemətlərin şükrünü etmiş olar. Çünki Allahu təala Nisa surəsi, 147-ci ayətində məalən, “İman edər və şükr edərsəniz, əzab etmərəm” buyurur. O halda, İslamın beş şərtini yerinə yetirməyə canı-könüldən çalışmalıdır.

Bu beş şərtdən ən mühümü namazdır ki, dinin dirəyidir. Namazın ədəblərindən bir ədəbi tərk etməyərək qılmağa cəhd etməlidir. Namaz tam qılına bilindi isə, İslamın əsas və böyük təməli qurulmuş olar. Cəhənnəmdən qurtaran sağlam ip tutulmuş olar. Allahu təala hamımıza doğru namaz qılmağı nəsib etsin!

Namaza durarkən “Allahu əkbər” demək, “Allahu təalanın heç bir məxluqun ibadətinə möhtac olmadığını, hər baxımdan heç bir şeyə ehtiyacı olmadığını, insanların namazlarının ona faydası olmayacağını” bildirir. Namaz içindəki təkbirlər isə, “Allahu təalaya qarşı yaraşan bir ibadət etməyə ləyaqət və gücümüz olmadığını” göstərir. Rükudakı təsbehlərdə də bu məna olduğu üçün rükudan sonra təkbir əmr olunmadı. Halbuki səcdə təsbehlərindən sonra əmr olundu. Çünki səcdə təvazö və aşağılığın ən artığı, zillət və kiçikliyin son dərəcəsi olduğundan, bunu edincə haqqı ilə tam ibadət etdiyi sanıla bilər. Bu düşüncədən qorunmaq üçün səcdələrdə yatıb qalxarkən, təkbir söyləmək sünnət olduğu kimi, səcdə təsbehlərində “əla” demək əmr olundu. Namaz möminin miracı olduğu üçün namazın sonunda Peyğəmbər Əfəndimizin (sallallahu əleyhi və səlləm) mirac gecəsində söyləməklə şərəfləndiyi kəlmələri, yəni Əttəhiyyatünü oxumaq əmr olundu. O halda namaz qılan bir kimsə namazı özünə mirac etməli. Allahu təalaya yaxınlığının nəhayətini namazda axtarmalıdır.

Peyğəmbərimiz “aləyhi və ala alihissalatü vəssəlam” buyurdu ki, “İnsanın Rəbbinə ən yaxın olduğu zaman namaz qıldığı zamandır”. Namaz qılan bir kimsə Rəbbi ilə danışır, Ona yalvarır, Onun böyüklüyünü və Ondan başqa hər şeyin heç olduğunu görür. Bunun üçün namazda qorxu, dəhşət, ürkmək hasil olacağından təsəlli və rahat tapması üçün namazın sonunda iki dəfə salam verməsi əmr buyuruldu.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifdə, “Fərz namazdan sonra 33 təsbeh, 33 tahmid, 33 təkbir və bir də təhlil” əmr etmişdir. Bunun səbəbi namazdakı qüsurlar təsbeh ilə örtülür. Layiq olan tam ibadət edilə bilinmədiyi bildirilir. “Tahmid” ilə namaz qılmaqla şərəflənmənin, Onun köməyi və nail edilməsi ilə olduğu bilinərək bu böyük nemətə şükr edilir, həmd edilir. “Təkbir” edərək də Ondan başqa ibadətə layiq kimsə olmadığı bildirilir.

Namaz şərtlərinə və ədəblərinə uyğun olaraq qılınıb və edilən qüsurlar da beləcə örtülüb namazı nəsib etdiyinə də şükr edib, ibadətə başqa heç kəsin haqqı olmadığı qəlbindən təmiz və xalis olaraq kəlimeyi-tövhid ilə bildirilincə, bu namaz qəbul oluna bilər. Bu kimsə namaz qılanlardan və xilas olanlardan olar. Ya Rəbb! Peyğəmbərlərinin ən üstününün hörməti üçün “aləyhi və ala alihimüssaləvatü vəttəslimat” bizləri namaz qılan və qurtulan, xoşbəxt qullarından et! Amin!

İmam Muhamməd Masum həzrətləri “Məktubat”ın ikinci cild, on birinci məktubunda buyurur ki:

Allahu təala insanları başı boş buraxmadı. Hər istədiklərini etməyə icazə vermədi. Nəfslərinin arzularına və təbii, heyvani zövqlərinə həddini aşaraq və çaşqın halda tabe olmalarını, beləcə fəlakətlərə düşmələrini istəmədi. Rahat və dinclik içində yaşamaları və sonsuz səadətə qovuşmaları üçün arzularından və zövqlərindən necə istifadə etməyin yollarını göstərdi, dünya və axirət səadətinə səbəb olan faydalı şeyləri etməyi əmr etdi. Zərərli olanları etməyi qadağan etdi. Bu əmrlərə və qadağalara “Əhkami-islamiyyə” deyilir. Dünyada rahat yaşamaq, səadətə qovuşmaq istəyən islamiyyətə uymağa məcburdur. Nəfsinin və təbiətinin islamiyyətə uymayan arzularını tərk etməsi lazımdır. İslamiyyətə tabe olmazsa, sahibinin, yaradanının qəzəbinə, əzabına düçar olar. İslamiyyətə tabe olan qul müsəlman olsa da kafir olsa da dünyada məsud, rahat olar. Sahibi ona kömək edər. Dünya ziraət yeridir. Tarlasını əkib-becərməyib toxumlarını yeyərək zövq və səfa sürən məhsul almaqdan məhrum qalacağı kimi, dünya həyatını, keçib-gedən zövqləri, nəfsin arzularını həddini aşaraq və çaşqın halda yerinə yetirməklə keçirən də əbədi nemətlərdən, sonsuz zövqlərdən məhrum qalar. Bu hal ağlı başında olanın qəbul edəcəyi bir şey deyildir. Sonsuz ləzzətləri əldən buraxmağa səbəb olan keçib-gedən ləzzətləri zərərli şəkildə etməyi seçməz. [Allahu təala dünya zövqlərindən, keçib-gedən ləzzətlərindən, nəfsə şirin gələn şeylərdən heç birini məhrum etmədi, qadağan etmədi. Bunları İslamiyyətə uyğun, zərərsiz olaraq istifadə etməyə icazə verdi]. İslamiyyətə tam tabe olmaq üçün əvvəla “Əhli-sünnət” alimlərinin, Əshabı-kiramdan öyrənib, Qurani-Kərimdən və hədisi-şəriflərdən başa düşüb bildirdikləri “Akaid”ə (iman elmi) uyğun iman etmək, sonra haram, qadağan edilmiş olanları öyrənib bunlardan çəkinmək və edilməsi əmr olunan fərzləri öyrənib yerinə yetirmək lazımdır. Bunları etməyə “ibadət” etmək deyilir. Haramlardan çəkinməyə “Təqva” deyilir.

Niyyət edərək əhkami-islamiyyəyə tabe olmağa “İbadət etmək” deyilir. Allahu təalanın əmrlərinə və qadağalarına “Əhkami-islamiyyə” və “Əhkami-ilahiyyə” deyilir. Əmr edilənlərə “Fərz”, qadağan edilənlərə “Haram” deyilir. İbadətlərin ən qiymətlisi və islam dininin təməli hər gün beş vaxt “Namaz” qılmaqdır. [Namaz qılmaq, ayaqda qibləyə qarşı Fatihə oxumaq və qibləyə qarşı əyilmək və qibləyə qarşı başı yerə qoymaq deməkdir. Bunları qibləyə qarşı etməzsə, namaz qılmaq sayılmaz.] Namaz qılan müsəlmandır. Namaz qılmayan ya müsəlmandır, ya kafirdir. Namaz qılmaqla hasil olan qurbi-ilahi [yəni Allahu təalanın sevməsi] başqa ibadətləri yerinə gətirməklə nadir hallarda nəsib olur. Hər gün beş vaxt namazı cəmiyyət ilə [yəni dünya işlərini düşünmədən], camaat ilə, tadili-ərkan ilə, dəstəmazı diqqətlə alaraq və müstəhəb olan vaxtlarında qılmalıdır. Namaz qılarkən Allahu təala ilə qul arasındakı pərdələr qalxır. Beş vaxt namaz qılan hər gün beş dəfə yuyunub təmizlənən bir adam kimi günahlardan təmizlənir. Hər gün beş vaxt namazı doğru olaraq qılana yüz şəhid savabı verilir.

Ticarət malının və çöldə otlayan heyvanların [tarladan, ağaclardan əldə edilən məhsulun, kağız pulun və alacağı olan borcların] zəkatlarını əmr olunan yerlərə sevə-sevə verməlidir. Zəkatı verilən mal azalmaz. Zəkatı verilməyən mal Cəhənnəmdə atəş olar. Allahu təala çox mərhəmət edərək ehtiyacdan artıq olan mal nisab (yetərsay) miqdarı qədər olarsa, bir il sonra zəkatını verməyi əmr etdi. Canı və malı verən Odur. Malın hamısını və canı verməyi əmr etsəydi, Onun aşiqləri dərhal verərdilər.

Ramazanı-Şərif ayında Allahu təala əmr etdiyi üçün sevə-sevə oruc tutmalıdır. Bu aclığı və susuzluğu səadət bilməlidir.

İslamın binası beşdir. Birincisi, “Əşhədü ən-ləə-iləhə illəllah və əşhədü ənnə Muhammədən abdühü və Rəsulühü” demək və bunun mənasını bilmək və inanmaqdır. Buna “Kəlimeyi-şəhadət” deyilir. Dördü də namaz, zəkat, oruc və hacdır. Bu beş əsasdan biri pozularsa, islamiyyət də pozulmuş olar. Etiqadı düzəltdikdən və islamiyyətə tabe olduqdan sonra Sofiyyəi-aliyyənin yolunda irəliləmək lazımdır. Allahu təalanın mərifəti bu yolda hasil olur və nəfsin arzularından qurtulmaq nəsib olur. Sahibini tanımayan adam necə yaşaya bilər, necə rahat ola bilər! Bu yolda mərifət sahibi olmaq üçün «fəna bil-məruf» lazımdır. Yəni, Allahu təaladan başqa hər şeyi unutmaq lazımdır. Özünü var bilən adam mərifətə qovuşa bilməz. “Fəna” (Allahu təaladan başqa hər şeyi unutmaq, özünü yox görmək) və “Bəqa” (Allahu təalanın sonsuz olması, heç yox olmaması) vicdanda, qəlbdə hasil olan şeylərdir. İzah etməklə başa düşülməz. Mərifət nemətinə qovuşmayanın bunu daima axtarması lazımdır. Təhqiri əmr olunan və müvəqqəti olan bir şeyin təmiri ilə məşğul olmamalıdır.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail