1. Allahu təalanın bir olduğuna inanmaq.
2. Halal yemək və içmək.
3. Dəstəmaz almaq.
4. Beş vaxt namaz qılmaq.
5. Cünüblükdən qüsl etmək.
6. Ruzinin Allahu təaladan olduğuna inanmaq.
7. Halal, təmiz paltar geyinmək.
8. Allaha təvəkkül etmək.
9. Qənaət etmək.
10. Nemətlərinin müqabilində Allahu təalaya şükr etmək.
11. Qəzaya razı olmaq.
12. Bəlalara səbir etmək.
13. Günahlardan tövbə etmək.
14. Allah rızası üçün ibadət etmək.
15. Şeytanı düşmən bilmək.
16. Qurani-Kərimin hökmünə razı olmaq.
17. Ölümü haqq bilmək.
18. Allahın dostlarına dost, düşmənlərinə düşmən olmaq.
19. Ataya və anaya yaxşılıq etmək.
20. Məruf ilə əmr etmək, münkərdən nəhy etmək.
21. Qohumları ziyarət etmək.
22. Əmanətə xəyanət etməmək.
23. Daima Allahu təaladan qorxub, qüruru (ərköyünlüyü, azğınlığı) tərk etmək.
24. Allaha və Rəsuluna itaət etmək.
25. Günahdan çəkinib, ibadətlərlə məşğul olmaq.
26. Müsəlman əmirlərə itaət etmək.
27. Aləmə ibrət nəzəri ilə baxmaq.
28. Allahu təalanın varlığını təfəkkür etmək.
29. Dilini əxlaqsız kəlmələrdən qorumaq.
30. Qəlbini təmiz saxlamaq.
31. Heç kəsi lağa qoymamaq.
32. Harama baxmamaq.
33. Mömin hər bir halda sözündə sadiq olmaq.
34. Qulağını münkər şeyləri dinləməkdən qorumaq.
35. Elm öyrənmək.
36. Tərəzi və ölçü alətlərini haqq üzrə istifadə etmək.
37. Allahın əzabından əmin olmayıb, daima qorxmaq.
38. Müsəlman kasıblara zəkat vermək və yardım etmək.
39. Allahın rəhmətindən ümid kəsməmək.
40. Nəfsinin istəklərinə tabe olmamaq.
41. Allah rızası üçün yemək yedirmək.
42. Kifayət qədər ruzi qazanmaq üçün çalışmaq.
43. Malının zəkatını, məhsulun uşrunu vermək.
44. Adətli və nifaslı olan xanımına yaxın olmamaq.
45. Qəlbini günahlardan təmizləmək.
46. Kibrli olmaqdan çəkinmək.
47. Yetkin olmamış yetimin malını hifz etmək (qorumaq).
48. Gənc oğlanlara yaxın olmamaq.
49. Beş vaxt namazı vaxtında qılıb, qəzaya buraxmamaq.
50. Zülmlə kimsənin malını yeməmək.
51. Allahu təalaya şərik qoşmamaq.
52. Zinadan çəkinmək.
53. Şərabı və alkoqollu içkiləri içməmək.
54. Boş yerə and içməmək.