Hakikat Books
English

Chapter 128 / 136

Otuz iki fərz

Questions answered in this chapter (2)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Otuz iki fərz hansı fərzlərin cəmidir? draft Report an error
  2. İslamın beş şərti hansılardır? draft Report an error

İmanın şərti: Altı (6)

İslamın şərti: Beş (5)

Namazın fərzi: On iki (12)

Dəstəmazın fərzi: Dörd (4)

Qüslün fərzi: Üç (3)

Təyəmmümün fərzi: İki (2)

Təyəmmümün fərzinə üç deyənlər də vardır. O zaman hamısı otuz üç fərz olar.

İMANIN ŞƏRTLƏRİ (6)

1. Allahu təalanın varlığına və birliyinə inanmaq.

2. Mələklərinə inanmaq.

3. Allahu təalanın endirdiyi kitablarına inanmaq.

4. Allahu təalanın Peyğəmbərlərinə inanmaq.

5. Axirət gününə inanmaq.

6. Təqdirə, yəni xeyir və şərlərin (yaxşılıq və yamanlıqların) Allahu təaladan olduğuna inanmaq.

İSLAMIN ŞƏRTLƏRİ (5)

7. Kəlimeyi-şəhadət gətirmək.

8. Hər gün beş dəfə vaxtı gələndə namaz qılmaq.

9. Malın zəkatını vermək.

10. Ramazan ayında hər gün oruc tutmaq.

11. Gücü çatanın ömründə bir dəfə həccə getməsidir.

NAMAZIN FƏRZLƏRİ (12)

A) Xaricindəki fərzləri yeddidir. Bunlara şərtləri də deyilir.

12. Hadəsdən təharət. (Qüsl və dəstəmaz almaq)

13. Nəcasətdən təharət (Nəcasətlərdən təmizlənmək).

14. Sətri övrət (Övrət yerlərini örtmək)

15. İstiqbali Qiblə (Kəbə istiqamətinə dönmək)

16. Vaxt

17. Niyyət

18. İftitah və ya Tahrimə Təkbiri.

B) İçindəki fərzləri beşdir. Bunlara rükn deyilir.

19. Qiyam.

20. Qiraət.

21. Rüku.

22. Səcdə.

23. Qədeyi-axirə.

DƏSTƏMAZIN FƏRZLƏRİ (4)

24. Dəstəmaz alarkən üzü yumaq.

25. Əlləri dirsəkləri ilə birlikdə yumaq.

26. Başın dörddə birini məsh etmək.

27. Ayaqları topuqları ilə birlikdə yumaq.

QÜSLÜN FƏRZLƏRİ (3)

28. Ağzı yumaq (yaxalama).

29. Burnu yumaq (suya çəkmə)

30. Bütün bədəni yumaq.

TƏYƏMMÜMÜN FƏRZLƏRİ (2)

31. Cünüblükdən (qüslsüzlükdən) və ya dəstəmazsızlıqdan təmizlənmək üçün niyyət etmək.

32. İki əli təmiz torpağa vurub, üzü məsh etmək və təkrar iki əli təmiz torpağa vurub, hər iki qolu dirsəkdən ovuca qədər sürtmək.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail