Hakikat Books
English

Chapter 15 / 136

Mükəlləf kimə deyilir?

Questions answered in this chapter (3)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Mükəlləf kimə deyilir? draft Report an error
  2. Ağıl nədir? draft Report an error
  3. Oğlan uşaqlarının həddi-buluğ çağı nə vaxtdır? draft Report an error

Ağıllı olan və həddi-büluğ çağına girən kişi və qadınlara “mükəlləf” deyilir. Mükəlləf olanlar Allahu təalanın əmr və qadağalarına görə məsuldurlar. Dinimizdə mükəlləf olana ilk əvvəl iman etmək və sonra da ibadət etmək əmr olunmuşdur. Bundan əlavə, işlənməsi qadağan edilən haramlardan və məkruh işlərdən də çəkinmələri lazımdır.

Ağıl anlayan bir qüvvətdir. Faydalı olanları zərərli olanlardan ayırmaq üçün yaradılmışdır. Ağıl bir ölçü aləti kimidir. İki yaxşı şeydən daha yaxşısını, iki pis şeydən daha pisini ayırır. Ağıllı kimsə sadəcə yaxşını və pisi anlayan deyil, yaxşını görəndə onu alan, pisi görəndə isə onu tərk edəndir. Ağıl göz kimidir. İslamiyyət isə işıq kimidir. İşıq olmasa, göz görməz.

Həddi-büluğ çağı yetkinlik yaşı deməkdir. Oğlan uşaqlarının həddi-büluğ çağına girmələri on iki yaşını bitirən kimi başlayar. Oğlan uşağının həddi-büluğ çağına girdiyini göstərən əlamətlər vardır. Bu əlamətlər görünməzsə, on beş yaşına gəlincə dində həddi-büluğ çağına girdiyinə hökm edilir.

Qız uşaqlarının həddi-büluğa çatması isə doqquz yaşı tamam olunca başlayar. Doqquz yaşındakı qız uşağının həddi-büluğa çatdığının əlamətlərinin heç biri görünməzsə, on beş yaşı tamam olunca həddi-büluğ çağına girdiyinə hökm olunur.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail