Hakikat Books
English

Chapter 26 / 136

Kəlimeyi-şəhadət gətirmək

Questions answered in this chapter (2)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. İslamın şərtləri (beş əsas) hansılardır? draft Report an error
  2. İslamın beş şərtindən ən üstünü hansıdır? draft Report an error

1. İslamın şərtlərindən birincisi “Kəlimeyi-şəhadət” gətirməkdir. Kəlimeyi-şəhadət gətirmək, “Əşhədü ən ləə iləhə illəllah və əşhədü ənnə Muhammədən abdühu və rəsulüh” deməkdir. Yəni ağıllı və həddi-büluğa çatan və danışa bilən hər kəsin bunları dil ilə söyləməsi və qəlb ilə qəti olaraq təsdiq etməsi lazımdır: “Yerdə və göydə, Allahdan başqa, ibadət edilməyə haqqı olan və tapınmağa layiq olan heç bir şey və heç bir kimsə yoxdur. Həqiqi məbud ancaq Allahu təaladır.” O, vacib-ül-vücuddur. Hər üstünlük Ondadır. Onda heç bir qüsur yoxdur. Onun adı “Allah”dır. Və yenə, o gül rəngli, ağ qırmızı, parlaq, sevimli üzlü, qara qaşlı və qara gözlü, mübarək alnı açıq, gözəl xasiyyətli, kölgəsi yerə düşməz və şirin sözlü, Ərəbistanda, Məkkədə doğulduğu üçün Ərəb deyilən, Haşimi övladından “Abdullahın oğlu Muhamməd əleyhissəlam, Allahu təalanın qulu və rəsuludur, yəni Peyğəmbəridir, Vəhəbin qızı olan Həzrəti Əminənin oğludur”.

2. İslamın beş şərtindən ikincisi, şərtlərinə və fərzlərinə uyğun olaraq hər gün beş dəfə “Vaxtı gəlincə namaz qılmaqdır”. Hər müsəlmanın hər gün vaxtı gəlincə beş dəfə namaz qılması və hər birini vaxtında qıldığını bilməsi fərzdir. Namazları fərzlərinə, vaciblərinə, sünnətlərinə diqqət edərək və könlünü Allahu təalaya verərək vaxtları keçmədən qılmalıdır. Qurani-Kərimdə namaza “Salat” buyurulur. Salat lüğətdə insanın dua etməsi, mələklərin istiğfar etməsi (bağışlama diləməsi), Allahu təalanın mərhəmət etməsi, yazığı gəlməsi deməkdir. İslamiyyətdə “Salat” demək, elmi-hal kitablarında bildirildiyi şəkildə, müəyyən hərəkətləri etmək və müəyyən şeyləri oxumaq deməkdir. Namaz qılmağa “İftitah təkbiri” ilə başlanır. Yəni kişilərin əllərini qulaqlarına qaldırıb göbək altına endirərkən “Allahu əkbər” demələri ilə başlanır. Son oturuşda başı sağ və sol çiyinlərə çevirib, salam verilərək bitirilir.

3. İslamın beş şərtindən üçüncüsü, “Malının zəkatını verməkdir”. Zəkatın lüğəvi mənası, təmizlik, tərifləmək və yaxşı, gözəl hala gəlmək deməkdir. İslamiyyətdə zəkat demək, ehtiyacından artıq və “Nisab” deyilən müəyyən bir hədd miqdarında “Zəkat malı” olan kimsənin, malının müəyyən miqdarını ayırıb, Qurani-Kərimdə bildirilən müsəlmanlara başa qaxmadan verməsi deməkdir. Zəkat yeddi sinif insana verilir. Dörd məzhəbdə də dörd cür zəkat malı vardır: Qızıl və gümüş zəkatı, ticarət malı zəkatı, ilin yarısından artığında otlaqda otlayan dördayaqlı qəssab heyvanlarının zəkatı və torpaq məhsullarının zəkatıdır. Bu dördüncü zəkata “Uşr” deyilir. Yerdən məhsul alınar-alınmaz uşr verilir. Digər üç zəkat nisab miqdarı olduqdan bir il sonra verilir.

4. İslamın beş şərtindən dördüncüsü, “Ramazanı-şərif ayında, hər gün oruc tutmaqdır”. Oruc tutmağa “Savm” deyilir. Savm, lüğətdə bir şeyi bir şeydən qorumaq deməkdir. İslamiyyətdə şərtlərinə diqqət edərək, Ramazan ayında, Allahu təala əmr etdiyi üçün hər gün üç şeydən özünü qorumaq deməkdir. Bu üç şey yemək, içmək və cimadır (cinsi münasibət). Ramazan ayı göydə hilalı (yeni ayı) görməklə başlayar. Təqvimlə, əvvəlcədən hesablamaqla başlamaq olmaz.

5. İslamın beş şərtindən beşincisi, “Gücü çatanın ömründə bir dəfə həccə getməsidir”. Yol əmin və bədən sağlam olaraq, Məkkəi-mükərrəmə şəhərinə gedib gələnə qədər, ailəsinin dolanışığına yetəcək qədər maldan artıq qalan pul ilə oraya gedib gələ biləcək kimsənin ömründə bir dəfə, ehramlı olaraq, Kəbəi-müəzzəməni tavaf etməsi və Arafat meydanında durması fərzdir.

Yuxarıda bildirilən islamın beş şərtindən ən üstünü “Kəlimeyi-şəhadət” söyləmək və mənasına inanmaqdır. Bundan sonra üstünü namaz qılmaqdır. Daha sonra oruc tutmaq, həccə getməkdir. Ən sonunda zəkat verməkdir. Kəlimeyi-şəhadətin ən üstün olduğu söz birliyi ilə müəyyən edilmişdir. Geri qalan dördünün üstünlük sırasında, alimlərin çoxunun sözü, yuxarıda bildirdiyimiz kimidir. Kəlimeyi-şəhadət, müsəlmanlığın başlanğıcında və ilk olaraq fərz oldu. Beş vaxt namaz, bisətin on ikinci ilində və hicrətdən bir il və bir neçə ay əvvəl mirac gecəsində fərz oldu. Ramazanı-şərif orucu hicrətin ikinci ilində, Şaban ayında fərz oldu. Zəkat vermək, orucun fərz olduğu il, Ramazan ayı içində fərz oldu. Həcc isə hicrətin doqquzuncu ilində fərz oldu.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)English

Share

WhatsApp Telegram X Facebook E-mail