1. Dəstəmaza başlayarkən Bəsmələ oxumaq.
2. Əlləri biləkləri ilə bərabər üç dəfə yumaq.
3. Ağzı ayrı-ayrı su ilə üç dəfə yumaq. Buna “Mazmaza” deyilir.
4. Burnu ayrı-ayrı su ilə üç dəfə yumaq. Buna “İstinşak” deyilir.
5. Qaşların, saqqalın, bığların altındakı görünməyən dərini, üzü yuyarkən islatmaq.
6. Üzünü yuyarkən iki qaşın altını islatmaq.
7. Saqqalın sallanan hissəsini məsh etmək.
8. Saqqalın sallanan hissəsinin içinə, sağ əlin yaş barmaqlarını daraq kimi daramaq (hilallamaq).
9. Dişləri, bir şey ilə ovmaq, təmizləmək. [Misvak istifadə etmək, mühüm sünnətdir.]
10. Başın hər tərəfini bir dəfə məsh etmək.
11. İki qulağı bir dəfə məsh etmək.
12. Boyunu hər əlin üç bitişik barmağı ilə bir dəfə məsh etmək.
13. Əl və ayaq barmaqlarının arasını tahlil etmək.
14. Yuyulacaq yerləri üç dəfə yumaq.
15. Üzü yuyacağı zaman qəlb ilə niyyət etmək.
16. Tərtib. Yəni sıra ilə yumaq.
17. Dəlk. Yuyulan yerləri ovmaq.
18. Müvalat. Hər üzvü bir-biri arxasından cəld-cəld yumaq.