Hakikat Books
English

Chapter 43 / 136

Dəstəmazın ədəbləri

Ədəb- edilməsi savab olub, edilməzsə günah olmayan şeylər deməkdir. Halbuki sünnəti yerinə gətirmək savab olub, tərk etmək tənzihən məkruhdur. Ədəblərə məndub və müstəhəb də deyilir. Dəstəmazın ədəbləri bunlardır:

1. Dəstəmazı namaz vaxtı girmədən əvvəl almaq. (Üzr sahiblərinin vaxt girdikdən sonra alması lazımdır).

2. Tualetdə təharətlənərkən qibləni sağ və ya sol tərəfə almaq. Dəstəmaz pozarkən qibləyə önünü və arxasını dönmək tahrimən məkruhdur.

3. Nəcasət bulaşmamış isə su ilə təharətlənmək.

4. Təharətləndikdən sonra parça ilə qurulanmaq.

5. Təharətləndikdən sonra övrət yerini dərhal örtmək.

6. Başqasından kömək istəməyib, dəstəmazı özünün alması.

7. Qibləyə qarşı dəstəmaz almaq.

8. Hər üzvü yuyarkən, kəlimeyi-şəhadət oxumaq.

9. Dəstəmaz dualarını oxumaq.

10. Ağzına sağ əl ilə su vermək.

11. Burnuna sağ əl ilə su vermək.

12. Burnu sol əl ilə təmizləmək.

13. Ağzı yuyarkən dişləri “Misvak” ilə təmizləmək. Misvak olmazsa, fırça da istifadə oluna bilər.

14. Ağzı yuyarkən oruclu deyilsə, ağzı çalxalamaq. Boğazında yüngül qarqara etmək, dəstəmazda da, qüsldə də sünnətdir. Oruclu ikən məkruhdur.

15. Burnu yuyarkən suyu sümüyə yaxın yuxarı çəkmək.

16. Qulağı məsh edərkən bir barmağı qulaq dəliyinə soxmaq.

17. Ayaq barmaqlarını tahlil edərkən sol əlin kiçik barmağı ilə tahlil etmək.

18. Əlləri yuyarkən geniş olan üzüyü oynatmaq. Dar, sıx üzüyü oynatmaq isə lazımdır, fərzdir.

19. Su bol olsa da israf etməmək.

20. Suyu yağ sürtmək kimi az istifadə etməmək (üç dəfədə də, yuyulan yerdən, ən az iki damcı su damlamalıdır)

21. Bir qabdan dəstəmaz aldıqdan sonra o qabı dolu buraxmaq.

22. Dəstəmaz bitincə və ya ortasında “Allahümməc-alni minəttəvvabin...” duasını oxumaq.

23. Dəstəmazdan sonra “Sübha”, yəni iki rəkət namaz qılmaq.

24. Dəstəmazlı ikən dəstəmaz almaq, yəni namaz qıldıqdan sonra dəstəmazlı ikən, yeni namaz üçün bir daha dəstəmaz almaq.

25. Üzü yuyarkən göz bucaqlarını, çapaqlarını təmizləmək.

26. Üzü, qolları, ayaqları yuyarkən yuyulması fərz olan yerlərdən bir az artığını yumaq. [Qolları yuyarkən ovuca su doldurmalı, bunu dirsəyə doğru axıtmalı.]

27. Dəstəmaz alarkən, istifadə edilən sudan, paltara, üstünə, başa sıçratmamaq.

28. Öz məzhəbində məkruh olmayan bir şey başqa məzhəbdə fərz isə, bunu etmək müstəhəbdir.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail