Hakikat Books
English

Chapter 49 / 136

Dəstəmaz üçün asanlıqlar “məst və yara üzərinə məsh”

Questions answered in this chapter (13)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Məsh nədir və neçə cürdür? draft Report an error
  2. Məst nədir? draft Report an error
  3. Dəri ilə örtülmüş corab üzərinə məsh caizdirmi? draft Report an error
  4. Sərt corab üzərinə məsh caizdirmi? draft Report an error
  5. Məst nəyə yarayır və nə vaxt geyinilməlidir? draft Report an error
  6. Məsh məstin harasına edilir? draft Report an error
  7. Sünnətə uyğun məsh necə edilir? draft Report an error
  8. Məsh əlin hansı hissəsi ilə edilir? draft Report an error
  9. Yaş ot və ya yağışla islanan məst üçün nə olur? draft Report an error
  10. Məst üzərinə məsh müddəti müqim və müsafir üçün nə qədərdir? draft Report an error
  11. Cırıq məst üzərinə məsh caizdirmi? draft Report an error
  12. Yara və sarğı üzərinə məsh necə edilir? draft Report an error
  13. Üzr sahibi nə vaxt dəstəmaz alır və bu dəstəmazla nə qədər namaz qılır? draft Report an error

Məsh, sürtmək, sığallamaq deməkdir. İki cür məsh vardır:

1. MƏST ÜZƏRİNƏ MƏSH:

Məst, ayağın yuyulması fərz olan yerini örtən su keçirməz ayaqqabı deməkdir. Məst böyük olarsa, barmaqlar məstin ucuna qədər getməz və məsh boş yer üzərinə edilərsə, caiz olmaz. Məstin bir saat yol yeriyincə, ayaqdan çıxmayacaq şəkildə sağlam və ayağa uyğun olması lazımdır.

Dabanı ilə ayağın üstü və ya yalnız dabanı dəri örtülmüş corab üstünə məsh etmək caizdir.

Möhkəm olan və yeriyərkən aşağı düşməyən corab üzərinə məsh etmək caizdir.

Məstlər dəstəmazın pozulmasının ayaqlara keçməsinə mane olurlar. Ayaqları yuduqdan sonra məstləri geyinmək və bundan sonra dəstəmaz almaq caizdir.

Məsh məstlərin üstünə edilir. Məstlərin altına, yəni dabanına məsh edilməz.

Sünnət üzrə məsh etmək üçün sağ əlin yaş beş barmağı, sağ məst üzərinə, sol əlin barmaqları da sol məst üzərinə boylu boyunca yapışdırılıb, məstin ucundan yuxarıya doğru çəkilir. Əl ovucları məstə dəyməz. Məshin üç əl barmağı enində və boyunda olması fərzdir.

Məsh əlin çöl tərəfi ilə caiz isə də, iç tərəfi ilə etmək sünnətdir.

Yaş ot üstündə yeriyərək və ya yağış ilə məstlərin üzəri islanarsa məsh yerinə keçər.

Məst üzərinə məsh müddəti müqim (səfərdə olmayan) olan üçün 24 saatdır. Müsafir üçün üç gün üç gecə, yəni 72 saatdır. Bu müddət məsti geyindiyi zaman deyil, məsti geyindikdən sonra dəstəmazın pozulduğu zaman başlayar. Məstli kimsə dəstəmazı pozulduqdan sonra 24 saat keçmədən səfərə çıxsa, bu məstlərə üç gün və gecə məsh edə bilər. Müsafir ikən müqim olsa, 24 saat keçmiş isə, məstləri çıxarıb ayaqlarını yuyaraq dəstəmaz alar.

Ayağın üç barmağı sığacaq qədər yırtığı olan məst üzərinə məsh etmək caiz deyildir. Yırtıq bundan az isə, məsh caiz olar. Bir məstin bir neçə yerində kiçik yırtıqlar varsa, bunlar toplanaraq üç barmaq qədər olarsa, buna məsh etmək caiz olmaz. Bir məstdə iki barmaq, digər məstdə də iki və ya bir barmaq görünəcək qədər yırtıq varsa, bunlara məsh edilə bilər. Məsh caiz olmayan yırtıq üç barmağın ucu deyil, üç barmağın bütünü görünəcək qədərdir.

2. YARA VƏ SARĞI ÜZƏRİNƏ MƏSH:

Yaranın, çibanın, dəridəki çatlaq və yarıqların üzərinə və ya içinə qoyulan məlhəm, pambıq, fitil, cuna, plastır, sarğı bağı kimi şeylərin açılması, çıxarılması yaraya zərər verərsə, üzərinə məsh edilir.

Üzr sahibi olan istədiyi zaman dəstəmaz alar. Alınan dəstəmaz ilə istədiyi qədər fərz və nafilə qılar və Qurani-Kərim oxuyar. Namaz vaxtı çıxınca dəstəmazı pozulmuş olar. Hər namaz vaxtı girdikdən sonra, yeni dəstəmaz alıb bu vaxt çıxana qədər hər ibadəti edər.

Üzr sahibi ola bilmək üçün dəstəmazı pozan şeyin davamlı olaraq mövcud olması lazımdır. Yəni hər hansı bir namaz vaxtı içində dəstəmaz alıb yalnız fərzi qılacaq qədər bir zaman dəstəmazlı qala bilməyən kimsə üzr sahibi olar. Üzr sahibinin üzrü sonrakı hər namaz vaxtında bir dəfə, bir az axarsa, üzrü davam edir sayılır.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail