Hakikat Books
English

Chapter 51 / 136

Qüslün fərzləri

Questions answered in this chapter (1)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Qüslün fərzləri hənəfi məzhəbində hansılardır? draft Report an error

Hənəfi məzhəbində qüslün fərzləri üçdür:

1- Ağzın içini yumaqdır. Ağzın içində iynə ucu qədər islanmayan yer qalarsa, dişlərin üstü və diş oyuqları islanmazsa qüsl olmaz.

2- Burnu yumaqdır. Burnundakı quru kirin altına və ağızdakı çeynənilmiş çörəyin altına su keçməzsə, qüsl olmaz. Hanbəli məzhəbində, ağzı və burnu yumaq, dəstəmaz alarkən də, qüsldə də fərzdir. Şafii məzhəbində də qüsl edərkən niyyət etmək fərzdir.

3- Bədənin hər yerini yumaqdır. Göbək içini, bığ, qaş, saqqalı və altlarındakı dəriləri və başdakı saçları yumaq fərzdir. Dırnaqlarda, dodaq, göz qapağı və ya bədənin hər hansı bir yerində su keçirməyən maddələr olarsa, [dırnaqda lak olarsa], qüsl alınmış sayılmaz.

QÜSLÜN SÜNNƏTLƏRİ

1- Öncə əlləri yumaq.

2- Ədəb yerlərini yumaq.

3- Bütün bədəni pislikdən təmizləmək.

4- Qüsldən əvvəl dəstəmaz almaq, üzü yuyarkən qüslə niyyət etmək. Şafii məzhəbində niyyət etmək fərzdir.

5- Bütün bədəni üç dəfə ovaraq yumaq.

6- Bütün bədəni yuduqdan sonra iki ayağını yumaq.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail