On bir cür qüsl vardır. Beşi fərzdir. Bunlardan ikisi qadının hayz və nifasdan qurtulandan sonra qüsl almasıdır.
İbn Abidin “Mənhəl-ül-varidin” adındakı əsərində deyir ki: Hər müsəlman kişinin və qadının elmi-hal öyrənməsi fərz olduğunu fiqh alimləri söz birliyi ilə bildirdi. Hər müsəlman qadının hayz və nifas məlumatlarını öyrənməsi fərzdir. Hər müsəlman kişinin evlənəcəyi zaman hayz və nifas məlumatlarını öyrənmələri lazımdır. Evləndikdən sonra xanımına da öyrətməlidir.
Hayz, 8 yaşını bitirib 9 yaşına girmiş və sağlığı yerində bir qızdan və ya “adət günlərinin” son dəqiqəsindən 15 gün keçmiş olan qadından gələn və ən az 3 gün davam edən qana deyilir. Ağdan başqa hər rəngə və bulanıq olana hayz qanı deyilir. Bir qız hayz görməyə başlayınca, yetkinlik çağına girər və qadın hökmündə olub dinin əmr və qadağanlarından məsul olar. Qan görüldüyü andan kəsildiyi günə qədər olan günlərin sayına “Adət günü” deyilir. Bu zamanın ən azı 3, ən çoxu 10 gündür. Hər qadının öz adətinin gün sayını və saatını bilməsi lazımdır. 8 yaşını tamamlayan qıza anasının, anası yoxsa, nənələrinin, bacılarının, xala və bibilərinin hayz və nifas elmini bildirmələri fərzdir.
Nifas- zahılıq deməkdir. Qadından doğuşdan sonra gələn qana deyilir. Bu qanın ən az müddəti yoxdur. Qan kəsildiyi zaman dərhal qüsl almalıdır. Ən çox zamanı 40 gündür. 40 gün tamam olunca qan kəsilməsə də, qüsl edib, namaza başlayar. 40 gündən sonra gələn qan istihaza, “yəni üzr” olar. Qadınların nifas günlərini də əzbərləmələri lazımdır.
İstihaza [üzr qanı], üç gündən, yəni 72 saatdan beş dəqiqə belə az olan və yeni başlayan üçün 10 gündən çox sürən və yeni olmayanlardan adətdən çox olub, 10 günü də aşan və hamilə, 55 yaşını keçmiş (ayisə) qadınlardan, 9 yaşından kiçik qızlardan gələn qanlara deyilir. Bu qan xəstəlik əlamətidir. Uzun zaman axması təhlükəli olub, həkimə müraciət etməsi lazımdır.
İstihaza günlərində olan qadın tez-tez burnu qanayan kimi olub, bu halda namaz qıla bilər və oruc tuta bilər.
Hayz və nifas halında ikən qadın namaz qıla bilməz və oruc tuta bilməz. Tilavət və şükr səcdəsi edə bilməz. Qurani-Kərimə toxuna bilməz. Cami və məscidə girə bilməz, Kəbəni təvaf edə bilməz. Cinsi münasibətdə ola bilməz. Təmizlənincə, oruclarını qəza edər, namazlarını qəza etməz. Qadının hayzın başladığını ərinə bildirməsi lazımdır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) “Hayzın başladığını və bitdiyini ərindən gizləyən qadın məlundur [lənətlənmiş]” buyurdu. Hayz və nifas kəsilincə dərhal qüsl edib yuyunmaq fərzdir. Allahu təalanın əmridir.
Nikahın getməsinə, yəni boşanmağa səbəb olan çox söz vardır. İmanın getməsindən qorxduğu kimi nikahın getməsindən də çox qorxmaq lazımdır. «Tam İlmihal» kitabının 585-ci səhifəsinə baxın!
Haqq Təala, intiqamını yenə qul ilə alar.
Bilməyən “elm-i lədünni”, anı qul etdi sanar.
Cümlə əşya Xaliqindir, qul əli ilə işlənər.
Əmri Bari olmayınca, sanma bir çöp tərpənər!