Hakikat Books
English

Chapter 68 / 136

Azan və iqamət

Questions answered in this chapter (6)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Azan nədir və nə üçün oxunur? draft Report an error
  2. Azan və iqamət hansı hallarda oxunur? draft Report an error
  3. Kimlərin azan oxuması məkruhdur? draft Report an error
  4. Fasiq şəxsin azanı niyə səhih olmur? draft Report an error
  5. Azana təzim və hörmət edənlərin halı necədir? draft Report an error
  6. Azan sünnətə uyğun oxunmursa, nə edilir? draft Report an error

Azan hər kəsə bildirmək deməkdir. Beş vaxt namaz və qəza namazları üçün və Cümə namazında xatibin (xütbə oxuyan) qarşısında kişilərin azan oxuması sünnəti müəkkədədir. Qadınların azan və iqamət oxuması məkruhdur. Azan başqasına vaxtı bildirmək üçün yüksək bir yerdə oxunur. Azan oxunarkən iki əli qaldırıb birər barmağını iki qulağın dəliyinə qoymaq müstəhəbdir. İqamət oxumaq azandan daha üstündür. Azan və iqamət qibləyə qarşı oxunur. Oxunarkən danışmaq və salama cavab vermək olmaz.

AZAN VƏ İQAMƏT HANSI HALLARDA OXUNUR?

1. Çöldə, bostanda yalnız və ya camaat ilə qəza qılarkən, kişilərin azanı və iqaməti yüksək səslə oxumaları sünnətdir. Azanı eşidən insanlar, cinlər, daşlar qiyamət günü şahid olacaqlar. Bir neçə qəza namazını bir arada qılan, əvvəlcə azan və iqamət oxuyar. Sonrakı qəzaları qılarkən hamısına sadəcə iqamət oxuyar. Sonrakı qəzalarda azan oxumasa da olar.

2. Evində yalnız və ya camaat ilə vaxt namazı qılan azan və iqamət oxumaz. Çünki o məhəllədəki məsciddə oxunan azan və iqamət evlərdə də oxunmuş sayılır. Lakin oxumaları əfzəldir. Məhəllə məscidində və camaatı müəyyən kimsələr olan hər məsciddə, vaxt namazı camaat ilə qılındıqdan sonra yalnız qılan kimsə azan və iqamət oxumaz. Yollarda olan və ya imamı və müəzzini olmayan və camaatı müəyyən kimsələr olmayan məscidlərdə, müxtəlif zamanlarda gələnlər bir vaxtın namazı üçün müxtəlif camaatlar edərlər. Hər camaat üçün azan və iqamət oxunur. Belə məsciddə yalnız qılan da azan və iqaməti öz eşidəcəyi qədər səslə oxuyar.

3. Səfəri olanlar öz aralarındakı camaat ilə də, yalnız qılarkən də azan və iqamət oxuyar. Yalnız qılanın yanında yoldaşları varsa, azanı tərk edə bilər. Səfəri olan kimsə bir evdə yalnız qılarkən də azan və iqamət oxuyar. Çünki məsciddə oxunan, onun namazı üçün sayılmaz. Səfəri olanlardan bəzisi evdə azan oxuyarsa, sonra qılanlar oxumaz.

Ağıllı uşağın, korun, vələdi-zinanın, azan oxumasını bilən cahil kəndlinin azan oxuması məkruhsuz caizdir. Cünüb kimsənin azan və iqamət oxuması, dəstəmazsız azan oxumaq, qadının, fasiqin (açıqdan günah işləyənin), sərxoşun, ağılsız uşağın azan oxuması və oturaraq azan oxumaq tahrimən məkruhdur. Bunların azanları təkrar oxunur. Azanın səhih olması üçün müəzzin, müsəlman və ağıllı olmalıdır. Mikrofon ilə oxumaq səhih olmaz.

Fasiq kimsənin azanının səhih olmamasının səbəbi ibadətlərdə bunun sözü qəbul edilmədiyi üçündür. Fasiqin və mikrofon azanı ilə vaxtın gəldiyinə inanmaq olmaz. Bunun azanı ilə və ya verdiyi bir işarət ilə oruc pozulmaz.

Azana təzim və hörmət edənlər və onu, hərflərini, kəlmələrini dəyişdirmədən, pozmadan, təğənni etmədən, minarəyə çıxıb sünnətə uyğun oxuyanlar, yüksək dərəcələrə nail olacaqlar.

Lakin azan sünnətə uyğun oxunmursa, məsələn bəzi kəlmələri dəyişdirilmiş, tərcümə edilmişsə və bəzi yerində təğənni edərək oxunursa və ya azan səsi, mikrofon deyilən alətdən gəlirsə, (çünki mikrofondan çıxan səs, imam və ya müəzzinin səsi deyildir. Bunların səsi elektrik və maqnit halına dönür. Bu elektrik və maqnitin hasil etdiyi səs eşidilir) bunu eşidən heç bir kəlməsini təkrar etməz.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail