Hakikat Books
English

Chapter 67 / 136

İzah (qütblərdə namaz və oruc)

Questions answered in this chapter (3)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Hər məmləkətin namaz vaxtı nəyə görə dəyişir? draft Report an error
  2. 67 dərəcədən şimaldakı soyuq məmləkətlərdə namaz vaxtı necə müəyyən edilir? draft Report an error
  3. Hənəfi məzhəbində vaxt namazın şərtidir, yoxsa səbəbidir? draft Report an error

Hər məmləkətin namaz vaxtı o məmləkətin ekvatordan uzaqlığı və mövsümlərə görə dəyişir:

67 dərəcədən keçən şimal qütb dairəsinin şimalında olan soyuq məmləkətlərdə günəşin meyli çox olduğu zamanlarda şəfəq itmədən fəcr başlayar. Bunun üçün Baltik dənizinin şimal ucunda yayda gecə olmayıb, İşa və sübh namazlarının vaxtı başlamaz.

Hanəfi məzhəbində vaxt namazın şərti deyil, səbəbidir. Səbəb olmazsa, namaz fərz olmaz. O halda, belə məmləkətlərdə olan müsəlmanlara bu iki namaz fərz olmaz. Cənub yarımkürəsində hər yer dəniz olduğu üçün belə məmləkət yoxdur. Şabanın otuzuncu gecəsi bir şəhərdə hilal (ay) görülüncə, bütün dünyada oruca başlamaq lazım olar. Gündüz görülən hilal gələcək gecənin hilalıdır. [Qütblərə və Aya gedən müsəlmanın da, müsafir deyilsə, bu ayda gündüzləri oruc tutması lazımdır. 24 saatdan daha uzun günlərdə, oruca saatla başlayar və saatla pozar. Gündüzü belə uzun olmayan bir şəhərdəki müsəlmanların zamanına tabe olar. Əgər oruc tutmazsa, gündüzləri uzun olmayan yerə gəlincə qəza edər.]

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail