Hakikat Books
English

Chapter 81 / 136

Namaz necə qılınır?

Questions answered in this chapter (1)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Tək qılan kişi namazı necə qılır (sübh sünnəti nümunəsi)? draft Report an error

Məsələn: “Sübh Namazının Sünnəti” belə qılınır:

1. Öncə qibləyə qarşı dönülür. Ayaqlar bir-birindən dörd barmaq qədər açıq olaraq paralel tutulur. Əllərin baş barmaqları qulağın yumşaq hissəsinə dəydirilir, ovuc içləri qiblə istiqamətinə tərəf açılır. “Niyyət etdim, Allah rızası üçün bu günün sübh namazının sünnətini qılmağa, döndüm qibləyə” deyə qəlbdən keçirildikdən sonra “Allahu əkbər” deyərək göbək altında sağ əl sol əlin üzərinə bağlanır.

2. Gözləri, səcdə ediləcək yerdən ayırmadan: a) “Sübhanəkə” oxunur. b) Əuzu Bəsmələdən sonra “Fatihə” oxunur. c) Fatihədən sonra bəsmələ oxunmadan bir zammı-surə (məsələn; Ələm təra-kəyfə) oxunur. (Şafii məzhəbinə görə Fatihə ilə zammı-surə arasında bəsmələ oxunur).

3. Zammı surədən sonra “Allahu əkbər” deyərək rükuya əyilir. Əllərlə diz qapaqları tutulur, bel düz tutulur və gözləri ayaqlarından ayırmayaraq, üç dəfə “Sübhanə Rabbiyəl-azim” deyilir. Beş və ya yeddi dəfə də söylənə bilər.

4. “Səmiallahü limən hamidəh” deyərək qalxarkən, şalvar çəkilməz və gözlər səcdə yerindən ayrılmaz. Tam dik durunca “Rabbəna ləkəl hamd” deyilir. [Bu cür dik durmağa qövmə deyilir.]

5. Ayaq üstə çox durmadan “Allahu əkbər” deyərək səcdəyə gedilir. Səcdəyə gedərkən sıra ilə; a) Sağ diz, sonra sol diz, sağ əl, sonra sol əl, burun və alın yerə qoyulur. b) Ayaq barmaqları qiblə istiqamətində bükülür. c) Baş iki əlin arasında qalır. d) Əlin barmaqları birləşdirilir. e) Ovuc içləri yerə yapışdırılır. Dirsəklər yerə yapışdırılmaz. f) Bu vəziyyətdə ikən ən az üç dəfə “Sübhanə Rabbiyəl-alə” deyilir. Sonra:

6. “Allahu əkbər” deyərək sol ayaq yerə yayılır, sağ ayağın barmaqları qiblə istiqamətində bükülür və budlarının üzərində oturulur. Ovuclar dizin üzərinə qoyulur və barmaqlar sərbəst buraxılır.

7. Budları üzərində artıq durmadan “Allahu əkbər” deyərək, təkrar səcdəyə gedilir. (İki səcdə arasında oturmağa cəlsə deyilir).

8. Səcdədə yenə ən az üç dəfə “Sübhanə Rabbiyəl-alə” dedikdən sonra “Allahu əkbər” deyərək ayağa qalxılır. Ayağa qalxarkən əllərlə yerdən qüvvət alınmaz və ayaqlar oynadılmaz. Səcdədən qalxarkən əvvəl alın, sonra burun, sonra da sol əl və sağ əl, sonra sol diz və sağ diz yerdən qaldırılmalıdır.

9. Ayaq üstə ikən bəsmələdən sonra “Fatihə” və bundan sonra bir zammı-surə oxunub, “Allahu əkbər” deyərək rükuya əyilir.

10. İkinci rəkət də birinci rəkətdə tərif edildiyi şəkildə tamamlanır. Yalnız ikinci səcdədən sonra “Allahu əkbər” deyincə ayağa qalxmayıb budlar üzərinə oturulur və: a) “Əttəhiyyatu”, “Allahümmə salli”, “Allahümmə barik” və “Rabbəna ətinə” dualarını oxuduqdan sonra əvvəlcə sağa “Əssəlamü aləyküm və rəhmətullah”, sonra sola “Əssəlamü aləyküm və rəhmətullah” deyə salam verilir. b) Salam verdikdən sonra “Allahümmə əntəssəlam və minkəssəlam təbəraktə yə zəl-cələli vəl-ikram” deyilir və heç danışmadan sübh namazının fərzini qılmağa qalxılır. Çünki, sünnət ilə fərz arasında danışmaq namazı pozmazsa da, savabını azaldır. Namazdan sonra üç dəfə “Əstağfirullah” dedikdən sonra “Ayətəl-kürsi” və 33 təsbeh, 33 tahmid və 33 təkbir və bir təhlil, yəni “Lə iləhə illallahü vahdəhu lə şərikələh, ləhül mülkü və ləhül həmdü və hüvə alə külli şəyin qadir” oxunur. Bunlar səssizcə oxunmalıdır. Yüksək səslə oxumaq bidətdir. Daha sonra dua edilir. Duada kişilər qolları sinə səviyyəsinə qaldırır. Qollar dirsəklərdən bükülməz. Ovuclar açılır, ovuc içi səmaya çevrilir. Çünki necə namazın qibləsi Kəbə isə, duanın qibləsi də səmadır. Duadan sonra, hər birində bəsmələ çəkərək on bir İxlas, iki Qul-əuzu və 67 dəfə “Əstağfirullah” demək müstəhəbdir. Duadan sonra “Sübhanərabbikə...” ayəti-kəriməsini oxuyub, əlləri üzünə sürtər. Dörd rəkətli sünnətlərin və fərzlərin ikinci rəkətindən sonra təhiyyat oxuyub qalxılır. Sünnətlərin üç və dördüncü rəkətlərində Fatihədən sonra zammı-surə oxunur. Fərzlərin üçüncü və dördüncü rəkətlərində yalnız Fatihə oxunur, zammı-surə oxunmaz. Axşamın fərzi də belədir. Yəni üçüncü rəkətində zammı-surə oxunmaz. Vitr namazının üç rəkətində də Fatihədən sonra zammı-surə oxunur. Sonra təkbir gətirib əllər qulaqlara qaldırılır. Sonra “Kunut” duaları oxunur. Qeyri-müəkkəd olan əsrin və işanın öncəki sünnətləri də digər dörd rəkətli sünnətlər kimidir. Ancaq ikinci rəkətdən sonrakı oturmada təhiyyatdan sonra Allahümmə salli və bariklər də oxunur.

TƏK QILAN QADININ NAMAZI:

Məsələn: “Sübh namazının sünnəti”ni belə qılar:

1. Bədənin şəkli müəyyən olunmayacaq şəkildə təpədən dırnağa qədər örtünür. Yalnız əllər və üz açıq qalar. Namazda oxuyacağı surə və dualar daha əvvəl izah edilən “Tək qılan kişinin namazı” kimidir. Fərqli qismləri isə belədir:

a) Əlləri kişilər kimi qulaqlara qaldırmaz, əlləri çiyin səviyyəsinə qaldıraraq niyyət edər, təkbir alar, əlləri sinəsi üzərinə bağlayar, namaza başlayar. b) Rükuda tam düz durmaz. c) Səcdədə dirsəkləri yerə yayar. d) Təşəhhüddə budunun üzərinə oturur. Yəni sağ və sol ayaqlar sağ tərəfdə olub, sol budunun üzərinə oturur. Namazda qadınlar üçün yaxşı örtülü vəziyyətdə olmağın ən asan şəkli əllərini də örtəcək geniş bir baş örtüyü və ayaqlarını da örtəcək geniş və uzun bir dondur.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail