Namazın vacibləri bunlardır:
1. Fatihə surəsini oxumaq.
2. Fatihədən sonra bir surə və ya ən az üç qısa ayət oxumaq.
3. Fatihəni surədən əvvəl oxumaq.
4. Fatihəni və Fatihədən sonra oxunan surəni fərzlərin birinci və ikinci rəkətlərində, vacib və sünnətlərin hər rəkətində oxumaq.
5. Səcdələri bir-birinin ardınca etmək.
6. Üç və dörd rəkətli namazların ikinci rəkətində təşəhhüd miqdarı oturmaq. Son oturuş fərzdir.
7. İkinci rəkətdə təşəhhüddən artıq oturmamaq.
8. Səcdədə burnu alnı ilə bərabər yerə qoymaq.
9. Son rəkətdə oturarkən “Əttəhiyyatu” duasını oxumaq.
10. Namazda tadili-ərkana riayət etmək.
11. Namazın sonunda “Əssəlamü aləyküm və rəhmətullah”, demək.
12. Vitr namazının üçüncü rəkətinin sonunda kunut duası oxumaq.
13. Bayram namazlarında təkbir gətirmək.
14. İmamın sübh, cümə, bayram, təravih, vitr namazlarında və şam ilə işanın ilk iki rəkətində yüksək səslə oxuması.
15. İmamın və yalnız qılanın zöhr və əsr fərzlərində və şamın üçüncü, işanın üçüncü və dördüncü rəkətlərində yavaş səslə oxuması vacibdir. İmamın yüksək səslə oxuması vacib olan yerləri, yalnız qılanın, yüksək səs ilə də, yavaş səslə də oxuması caizdir.
Qurban bayramının ərəfəsinin sübh namazından, dördüncü günün əsr namazına qədər 23 fərz namazının arxasınca, “Təkbiri təşrik” oxumaq vacibdir.