Hakikat Books
English

Chapter 84 / 136

Tilavət səcdəsi

Questions answered in this chapter (1)

The question was added by an editor; the answer is the book's own text, unchanged.

  1. Tilavət səcdəsi nədir və necə edilir? draft Report an error

Qurani-Kərimdə 14 yerdə səcdə ayəti vardır. Bunlardan birisini oxuyanın və ya eşidənin mənasını anlamasa da, bir səcdə etməsi vacibdir. Səcdə ayətlərini yazan, hecalayan səcdə etməz. Dağlardan, çöllərdən və başqa yerlərdən əks edib geri gələn sədanı eşidənlərin və quşdan eşidənlərin səcdə etməsi vacib olmaz. İnsan səsi olması lazımdır. Radiodan, səsucaldandan eşidilən səsin insan səsi olmadığı, hafizin səsinə bənzəyən, cansız alət səsi olduğu daha əvvəl bildirilmişdi. Bunun üçün radiodan və maqnitofondan oxunan səcdə ayətlərini eşidənin tilavət səcdəsi etməsi vacib olmaz. Tilavət səcdəsi etmək üçün dəstəmazlı olaraq, qibləyə qarşı ayaq üstə durub, əlləri qulaqlara qaldırmadan “Allahu əkbər” deyərək səcdəyə gedilir. Üç dəfə “Sübhanə rabbiyəl alə” deyilir. Sonra “Allahu əkbər” deyib səcdədən qalxınca səcdəi-tilavət tamamlanmış olur. Öncə niyyət etmək lazımdır. Niyyətsiz qəbul olmaz. Namazda oxuyunca, dərhal ayrıca rüku və ya bir səcdə edib ayağa qalxar. Oxumasına davam edər. Səcdə ayətini oxuduqdan iki-üç ayət sonra namazın rükusuna əyilərsə və tilavət səcdəsinə niyyət edərsə, namazın rükusu və ya səcdələri, tilavət səcdəsi yerinə keçər. Camaat ilə qılan kimsə, imam səcdə ayətini oxuyunca, imamın oxuduğunu eşitməsə də, imamla birlikdə ayrıca bir rüku və iki səcdə edər. Camaatın rükuda niyyət etməsi lazımdır. Namaz xaricində, sonra da edə bilər.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail