Tilavət səcdəsi kimidir. Özünə nemət gələn və ya bir dərddən qurtulan kimsənin, Allahu təala üçün “səcdəi-şükr” etməsi müstəhəbdir. Səcdədə əvvəlcə “Əlhamdulillah” deyər. Sonra səcdə təsbehini oxuyar. Namazdan sonra səcdə etmək məkruhdur.
Namazda tadili-ərkana riayət etməyənin bütün məxluqlara zərəri toxunur. Çünki o kimsənin günahı səbəbi ilə yağışlar yağmaz, yerdə əkinlər bitməz və vaxtsız olaraq yağış yağar, fayda yerinə zərər vermiş olar buyurulmuşdur.