Hakikat Books
English

Chapter 87 / 136

Namazın müstəhəbləri

1. Namaz qılarkən səcdə yerinə baxmaq.

2. Rükuya getdiyi zaman ayaqlarına baxmaq.

3. Səcdədə burnunun ucuna baxmaq.

4. Təhiyyata oturunca dizlərinin üstünə baxmaq.

5. Fatihədən sonra oxunacaq ayət miqdarı, sübh və zöhr namazlarında uzun, şam namazlarında qısa olmaq.

6. İmama tabe olan kimsə təkbiri yavaş səslə almaq.

7. Rükuda barmaqlarını açıb, dizi üzərinə qoymaq.

8. Başını boyun ilə birlikdə rükuda düz tutmaq.

9. Səcdəyə gedərkən əvvəl sağ, sonra sol dizlərini yerə qoymaq.

10. Səcdəni iki əli arasında etmək.

11. Səcdəyə burnundan sonra alnını qoymaq.

12. Namaz vaxtı əsnəyərsə, əlinin arxası ilə ağzını örtmək.

13. Kişilərin səcdədə dirsəklərini qaldırıb, yüksəkdə tutmaq. Qadınlar isə qollarını yerə sərərlər.

14. Kişilərin səcdədə qollarını və ayaqlarını qarnından ayrı tutmaq.

15. Rüku və səcdədə üç dəfə təsbeh edəcək qədər durmaq.

16. Səcdədən başını qaldırdıqdan sonra əllərini yerdən qaldırmaq.

17. Əllərini qaldırdıqdan sonra dizlərini qaldırmaq.

18. Təhiyyatda əllərini budları üzərinə qoyub, barmaqlarını qibləyə qarşı düz tutmaq, bükməmək və heç birini oynatmamaq.

19. Sağına, soluna salam verərkən başını çevirmək.

20. Salam verərkən çiyin başlarına baxmaq.

Read this chapter in another language

Türkçe中文(普通话)中文(繁體)EnglishবাংলাБългарски

Share

WhatsApp Telegram X Facebook E-mail